Hüseyn Cavidin əsərləri ədəbiyyat tariximizə əbədi olaraq həkk olunub
03.02.2018 [01:09]
“Hüseyn Cavid-135” şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb
Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə “Kaspi” təhsil şirkəti, “Kaspi”qəzeti, artkaspi.az mədəniyyət və ədəbiyyat portalının birgə təşkil etdikləri “Hüseyn Cavid - 135” şeir müsabiqəsinin mükafatlandırma və müsabiqəyə göndərilən poetik nümunələrdən ibarət antologiyanın təqdimat mərasimi keçirilib.
SİA-nın xəbərinə görə, tədbirdə “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva, Mətbuat Şurasının sədri Əflatun Amaşov, media kapitanları, şairlər və digərləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanın böyük şairi Hüseyn Cavid haqqında məlumat verib. O bildirib ki, Cavid Azərbaycan ədəbiyyatının mühüm simalarından biridir. Görkəmli şairin Naxçıvanın Şahtaxtı kəndində anadan olduğunu deyən Ə. Amaşov məlumat verib ki, böyük dramaturq bir müddət Təbrizdə mədrəsədə, daha sonra isə İstanbulda təhsil alıb: “Təhsil aldıqdan sonra böyük şair Azərbaycanda müəllimlik fəaliyyəti ilə məşğul olub. Lakin o dövrün amansız sürgün həyatı ondan da yan keçməyib. Böyük şairimiz Sibirə sürgün olunub. Ulu öndər Heydər Əliyevin səyi nəticəsində görkəmli şairin məzarı tapılaraq Azərbaycana gətirilib”.
Ə.Amaşov söyləyib ki, Hüseyn Cavid Azərbaycan ədəbiyyatında əbədi iz qoyan sənətkardır: “Hüseyn Cavid elə sənətkardır ki, onun əsərləri ədəbiyyat tariximizə əbədi olaraq həkk olunub”.
Daha sonra tədbirdə Hüseyn Cavidin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirin davamında çıxış edən “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva söyləyib ki, Hüseyn Cavid çox xoşbəxt sənətkarlardandır. Onun sözlərinə görə, sənətkarına böyük qiymət verə biləcək xalqın nümayəndəsi olmaq xoşbəxtlikdir: “Şəxsiyyətləri mühit yetişdirir. Bu, birmənalıdır. Cavidin taleyi elə yazılmışdır ki, onun atası mütləq Şahtaxtdan köçməli idi. Böyük dramaturq atasının qoyduğu molla məktəbindən qaçmalı, Sidqinin məktəbinə gəlib dünyəvi elmlərlə məşğul olmalı idi. O, öz yaradıcılığını iki böyük məfkürənin qovşağının bünövrəsində qurmalı idi. Çünki dahi şairimizin taleyi əvvəldən görəvli idi. Hüseyn Cavidin taleyində türk dünyasının ən böyük filosoflarından, insanlarından dərs almaq yazılmışdı. O, məfkürənin nədən başlandığını və digər prinsipləri öyrənməli idi”.
S.Vəliyeva bildirib ki, Hüseyn Cavidin istər bədii, istər publisistik, istərsə də nəsrlə yazdığı əsərlərdə məfkürə hakimliyi var: “O nə yazıbsa, orada iki xətt var. Biri tanrıya, biri də milli məfkürəyə bağlılıq”.
“Kaspi” qəzetinin təsisçisi qeyd edib ki, Caviddən danışanda onun acı taleyinə yanmamaq mümkün deyil: “Böyük dramaturq Allahına, tanrısına bağlı idi. Onun böyüklüyü də onda idi. O sonuna qədər öz əqidəsinə, məsləyinə, arxalandığı məfkürəyə sadiq qaldı. Bu gün biz Cavidə qayıtmaqla özümüzə qayıdırıq”.
Ümummilli liderin görkəmli şairin məzarının Azərbaycana gətirilməsi istiqamətində fəaliyyətindən söz açan S.Vəliyeva qeyd edib ki, Ulu öndər ailəni böyük məqbərə altına topladı: “Bu, böyük şairə verilən böyük qiymət, tarixi xidmətdir”.
Müsabiqə haqqında məlumat verən “Kaspi” qəzetinin təsisçisi vurğulayıb ki, müsabiqəyə 108-ə qədər müəllif şeir göndərib: “Qaliblərin müəyyənləşdirilməsi üçün çox görkəmli söz adamlarından ibarət münsiflər heyəti təşkil olunub.
Bildiyiniz kimi Cavidin əsas pinsipi ədalət idi ki, qaliblərin seçilməsində bu prinsipə əməl olunub. Qaliblər üçün diplom və pul mükafatı ayrılıb. Mən bütün qalibləri təbrik edirəm. Bu səpkidə tədbirlərimiz davamlı olacaq”.
Müsabiqənin münsiflər heyətinin üzvü, şair Sabir Rüstəmxanlı bildirib ki, Cavidin Azərbaycana qayıdışı tarixi bayram idi.
Tədbirdə çıxış edən digər natiqlər bu cür müsabiqələrin keçirilməsinin mühüm və əhəmiyyətli olduğunu dilə gətiriblər. Sonda qaliblər mükafatlandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

