Bir məktəbin uğur hekayəsi...
23.05.2018 [09:33]
Natiq Behbudov adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin 11 A sinfinin 8 şagirdi qəbul imtahanlarında 600-dən çox bal toplayıb
Xəbər verildiyi kimi, Natiq Behbudov adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin 11 A sinfinin 8 şagirdi Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 600-dən çox bal toplayıb. Onlardan biri isə 700 bal toplayıb. 700 bal toplayan şagird Vasif Əsədovdur. Bundan başqa, Sabrina Yolçuyeva 656, Ramil Ağayev 655, Səbinə Kərimova 635, Murad Hacıyev 620, Rəşad Musayev 616, Kənan Məmmədov 610, Ceyran Mehdiyeva isə 605 bal toplayıb.
Təbii ki, Azərbaycan təhsili adına belə bir uğur olduqca sevindiricidir. Eyni zamanda, bölgələrimizdə təhsilin səviyyəsinin və keyfiyyətinin ildən-ilə daha da yüksəlməsi dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan xəbər verir. Qeyd etmək yerinə düşər ki, Azərbaycanda təhsilin inkişafı ümumi inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Bir sözlə, Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin strateji istiqamətlərindən biri və bəlkə də, ən başlıcasıdır.
Beləliklə, bu gün Azərbaycanda həyata keçirilən Dövlət proqramları və islahatlar çərçivəsində təhsilin bütün sahələri, o cümlədən orta təhsil inkişaf edir. Təhsildə idarəetmə, müəllim hazırlığı və digər sahələrin inkişafına xüsusi diqqət yetirilir. Eyni zamanda, təhsilin inkişafı ilə bağlı dövlət başçısının təsdiq etdiyi müvafiq Dövlət proqramları hazırda Azərbaycan hökuməti tərəfindən uğurla icra edilir.
Elə İsmayıllı rayon 6 saylı tam orta məktəbin şagirdlərinin belə bir uğura imza atması da Azərbaycan təhsilinin inkişafından xəbər verir. Yeri gəlmişkən, məktəbin direktoru Qalib Bəşirov qəzetimizə açıqlamasında bildirib ki, Natiq Behbudov adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəb 11 illik məktəbdir və orada 576 şagird təhsil alır, 52 müəllim fəaliyyət göstərir. Direktorun sözlərinə görə, məktəb istər rayon, istərsə də respublika səviyyəsində müsbət göstəriciləri ilə seçilir: “Məktəbimiz hər zaman öz nizam-intizamı, şagirdlərin dərsə davamiyyəti və ən əsası, təhsilin keyfiyyətinə görə müsbət dəyərləndirilib. “İlin ən yaxşı məktəbi” nominasiyası üzrə mükafata layiq görülən məktəbimizin şagirdləri dəfələrlə intellektual yarışların iştirakçısı və qalibləri olublar. Eləcə də respublika səviyyəli bilik yarışlarında məktəbimizi təmsil edən komandalar dəfələrlə çempion olub və kubok əldə ediblər. Bir uğurumuz da ondan ibarətdir ki, məktəbimizin şagirdlərindən birinin inşa yazısı 42 ölkə arasında keçirilən beynəlxalq müsabiqədə qalib gəlib. Bu mənada, məktəbimizin yetirmələrinin yüksək nəticələr əldə etməsi təsadüfi deyil. Hər il şagirdlərimizin bir neçəsi 600-dən yuxarı bal toplayıb. Ötən il şagirdlərimizdən biri 695 bal toplamışdı. Builki göstərici isə daha yüksəkdir”.
Q.Bəşirov adıçəkilən sinifdə 27 şagirdin təhsil aldığını və sinif üzrə ümumi bilik səviyyəsinin çox yüksək olduğunu dilə gətirib. Onun sözlərinə görə, belə bir uğur gözlənilirmiş: “Vasifin və digər şagirdlərimizin yüksək nəticələr əldə edəcəyinə şübhəmiz yox idi. İnanırıq ki, digər şagirdlərimiz ikinci turda öz göstəricilərini daha da yaxşılaşdıracaqlar. Müəllimlərimizin, valideynlərin tələbkarlığı və övladlarının təhsilinə göstərdikləri diqqət bu uğurun qazanılmasında böyük rol oynayıb”.
11 A sinfinin sinif rəhbəri Qumru Hacıyeva da bu nəticəni gözlədiklərini diqqətimizə çatdırıb. Onun sözlərinə görə, qarşıdakı ikinci mərhələdə şagirdlər öz göstəricilərini daha da yaxşılaşdırmağa ümidlidirlər: “Hətta yeni 700 balın olacağına da inanırıq. Bu, illərlə çəkilən zəhmətin nəticəsidir. İstər valideynlər, istər məktəb rəhbərliyi, istərsə də müəllim kollektivi şagirdlərin keyfiyyətli təhsil almaları üçün bütün güclərini səfərbər edirlər. Ümumiyyətlə, bizim məktəbimiz həm təhsil səviyyəsinə, həm də nizam-intizamına görə müsbət mənada dəyərləndirilir, seçilir. Şagirdlərimiz dəfələrlə respublika olimpiadalarında, fənn olimpiadalarında bilik və intellektual yarışlarda qalib olublar. İki il ard-arda bu sinifdən zona turu olimpiadasına qalib kimi 11 nəfər qatılıb. Respublika turunun iştirakçısı olublar. “Əlaçı” verilişində iştirak ediblər və orada qalib olublar. Vasif Əsədovun 700 bal toplayacağını gözləyirdik. Çünki o, dərslərində nizam-intizamlı, çalışqan şagird kimi özünü göstərib. Həmçinin sınaq imtahanlarında daim yüksək bal toplamışdı. Çox sevinirik ki, nəticə də gözəl oldu, Vasif hamının ümidlərini doğrultdu. Başqa bir şagirdimiz də var ki, ondan da ikinci mərhələdə daha yüksək nəticə gözləyirik. İnanırıq ki, bu uşaqlar aşağı siniflərə də nümunə olacaqlar”.
İndi isə, necə deyərlər, əsərin qəhrəmanları ilə tanış olaq. Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda 700 bal toplamış Vasif Əsədov dəqiq fənlərlə yanaşı, digər fənləri də yüksək səviyyədə bilir. Çalışqanlığı və tərbiyəsi ilə nümunəvi şagird olan Vasif hər zaman öz üzərində çalışan, daim zirvələri fəth etmək arzusunda olan bir insandır. Vasif özü də çox sevindiyini bildirir və belə bir nəticəyə yalnız zəhmət nəticəsində nail olunduğunu deyir: “İmtahanlarda yüksək nəticələr qazanmaq istəyən abituriyentlərə müntəzəm çalışmağı məsləhət görürəm. Müəllimlərin tapşırıqlarını dəqiq yerinə yetirmək, yüksək bal toplamağa can atmaq lazımdır. Ən əsası isə, məktəb illərində yaxşı oxuyaraq təməli möhkəm qoymaq lazımdır ki, sonrakı hazırlıq dövrü daha asan olsun”.
700 bal toplamış qəhrəmanımız bildirir ki, dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artmaqdadır: “Heç şübhəsiz, ölkəmizin daha da inkişaf etməsi üçün biz gənclər də əlimizdən gələni etməliyik. Yaxşı oxumalı, harada olmağımızdan asılı olmayaraq, ölkəmizi layiqincə təmsil etməyi bacarmalıyıq. Bu istiqamətdə bizim üçün hər cür şərait yaradılıb”.
Sinfin başqa bir şagirdi - Ramil Ağayev isə imtahanlarda 655 bal toplayıb. Xüsusilə vurğulamaq gərəkdir ki, söhbətimiz zamanı həm məktəb direktoru, həm də sinif rəhbəri Ramilin ikinci mərhələdə daha yüksək nəticə göstərəcəyinə, hətta 700 bal yığacağına böyük ümidlər bəslədiyini bildirib. Ramil özü isə iqtisadçı olmaq arzusundadır. Hələlik ixtisas seçimi etməyib. Ramil ötən iki il ərzində daha çox çalışıb: “Ali məktəbə daxil olmaq istəyənlər birinci növbədə uğur qazanmağı, yüksək bal toplamağı qarşılarına məqsəd qoymalıdırlar. Məqsədə çatmaq üçün isə çox çalışmaq, oxumaq lazımdır. Yalnız 1-2 illik hazırlığa arxayın olmaq olmaz. Mən özüm 2 il ərzində qəbul imtahanlarına daha ciddi hazırlaşsam da, bütövlükdə, məktəb illəri ərzində dərslərimi yaxşı oxumuşam. Etdiyim səhvlər isə, yəqin ki, həyəcandan irəli gəlib. İnanıram ki, ikinci mərhələdə daha yüksək nəticəyə imza ata biləcəm və müəllimlərimin gözləntilərini doğruldacam”.
DİM-in imtahanlarında 656 bal toplamış Sabrina Yolçuyeva isə mexaniki səhvlərin və həyəcanın “qurbanı” olub. Onun da 700 bal toplamaq şansı yüksək dəyərləndirilir və müsahibimiz özü də ikinci mərhələdə imtahanlarda iştirak edəcəyini dedi. Vurğulayaq ki, Sabrina da digər sinif yoldaşları kimi, uzun müddətdir ki, müntəzəm imtahana hazırlıq prosesi keçir: “Qəbul imtahanından öncə keçirilən sınaq imtahanlarında iştirak etmişəm, onların hamısında nəticələrim yüksək olub. Bundan sonra qəbul imtahanında yüksək bal toplayacağıma inamım daha da artmışdı. Təəssüf ki, müəyyən mexaniki səhvlər və imtahan həyəcanı daha yüksək bal toplamama imkan vermədi. Amma inanıram ki, ikinci mərhələdə daha yüksək nəticə göstərə bilərəm”.
Əldə etdiyi uğura görə valideynlərinə və müəllimlərinə borclu olduğunu deyən Sabrina bundan sonra da təhsilini yüksək səviyyədə davam etdirəcəyini bildirib: “Oxumağımda, yüksək nəticə göstərməyimdə ailəmin mənə çox böyük dəstəyi olub. Dərslərlə yaxşı məşğul olmağım üçün onlar mənə hər cür şərait yaratmışdılar. Eyni zamanda, anam öz müəllimim olub. Məktəbimizdə yüksəkkeyfiyyətli təhsil almaq üçün yaxşı şərait yaradılıb. Dərslər yüksək səviyyədə keçirilir, müəllimlərimiz yüksək hazırlıqlıdırlar. Bunun da şagirdlərin ali məktəbə hazırlaşmasına böyük köməyi oldu”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxHadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18

