/ / Bakıda “Mənəvi dəyərlərə dövlət qayğısı İlham Əliyev siyasətinin tərkib hissəsi kimi” mövzusunda konfrans keçirilib
Bakıda “Mənəvi dəyərlərə dövlət qayğısı İlham Əliyev siyasətinin tərkib hissəsi kimi” mövzusunda konfrans keçirilib
19.12.2018 [09:52]
Dekabrın 18-də Mənəvi Dəyərlərin Təbliği Fondu “Mənəvi dəyərlərə dövlət qayğısı İlham Əliyev siyasətinin tərkib hissəsi kimi” mövzusunda konfrans təşkil edib.
AZƏRTAC xəbər verir ki, konfransda eyniadlı kitabın təqdimatı da olub.
Tədbirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov qeyd edib ki, Azərbaycanda milli ruhun yüksəlməsində Ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub. O, Ümummilli liderin azərbaycançılıq ideologiyasının adət-ənənələrimizin qorunması baxımından çox əhəmiyyətli olduğunu deyib. Vurğulanıb ki, əsası Ulu öndər tərəfindən qoyulmuş dövlət-din siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dövlət səviyyəsində qayğı göstərilir. Bu dəyərlər cəmiyyətdə milli həmrəylik, birlik ruhunu oyadır, yad təsirlərin qarşısını alır.
Bildirilib ki, kitab hazırlanarkən AZƏRTAC-ın materiallarından istifadə olunub.
Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, “SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev bildirib ki, Azərbaycanda mənəvi dəyərlərin qorunub saxlanılmasına böyük önəm verilir. Bu siyasətin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Sağlam cəmiyyətin formalaşdırılmasında, milli dəyərlərimizə bağlı gəncliyin yetişməsində bu siyasətin böyük rolu var. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən “SƏS” Media Qrupun rəhbəri vurğulayıb ki, bu gün mənəvi dəyərlərimizin qorunması və təbliği işi xüsusi diqqət mərkəzindədir.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, bu gün dünyada gedən səssiz müharibədə Azərbaycan xalqının ən mühüm sipəri milli-mənəvi dəyərlərimiz və ailə institutudur. O, milli-mənəvi dəyərlərimizin təbliği işinin dövlət səviyyəsində aparıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan xalqının söykəndiyi bu dəyərlər Ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasında durur. Müxtəlif dövrlərdə milli-mənəvi dəyərlərimiz təzyiqlərə məruz qalsa da, Azərbaycan müstəqil olandan sonra mənəvi dəyərlərimiz dövlətin əsas strategiyasına çevrildi.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Ulu öndər xalqda milli heysiyyəti gücləndirmək, habelə zəngin irsimizi, mədəniyyətimizi, incəsənətimizi, adət-ənənələrimizi yaşatmaq, ana dilimizi inkişaf etdirmək üçün bir sıra mühüm tədbirlər həyata keçirib. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın - azərbaycançılığın təşəkkül və inkişafında müstəsna rol oynayıb. Bu uğurlu siyasətin davamı olaraq bu gün Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasını, təbliğ və təşviq edilməsini daim diqqət mərkəzində saxlayır.
Konfransda xarici qonaq qismində iştirak edən Pakistan Dövlət Televiziyasının əməkdaşı, jurnalist Afşan Malik Azərbaycan ilə Pakistan arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışıb. Pakistanlı jurnalist qeyd edib ki, ölkələrimizi ortaq mənəvi dəyərlər birləşdirir.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “Şərq” qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev və tarix elmləri doktoru, professor İradə Hüseynova tədbirdə çıxış edərək milli-mənəvi dəyərlərimizin qorunub saxlanması istiqamətində görülən işlər barədə fikirlərini bildiriblər. Qeyd edilib ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun təsis edilməsi dövlətimizin başçısının milli-mənəvi dəyərlər sahəsinə göstərdiyi diqqət və qayğını bir daha sübut edir.
Xəbər lenti
Hamısına baxDünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24

