Moskvada Seçenov Universitetinin Bakı filialının tələbələrinin klinik rotasiyası keçirilib
11.01.2019 [09:46]
İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (birinci MDTU, Seçenov Universiteti) Bakı filialının dördüncü kursunda oxuyan əlaçı tələbələr 2018-ci il dekabrın 6-17-dək İ.M. Seçenov adına Birinci MDTU-nun klinik xəstəxanaları bazasında “Anesteziologiya və reanimotologiya” fənni üzrə praktiki məşğələlər keçmək üçün Moskvaya göndərilmişdi.
Seçenov Universitetinin Bakı filialının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tələbələr praktikanın ilk günündə Universitetin 1 nömrəli kilinik xəstəxanasının Anesteziologiya və reanimotologiya şöbəsi ilə tanış olub, şöbə müdiri, professor Andrey Yavorovskinin “Müasir anestologiyanın nailiyyətləri” mövzusunda mühazirəsini dinləyib, habelə Elmi-Tədqiqat Uronefrologiya İnstitutunda Seçenov Universiteti tələbələrinin İngiltərə Universitetlərində təcrübə keçməsinə həsr olunmuş konfransda iştirak ediblər.
Klinik praktikanın ikinci günündə tələbələrə aortal klapanın və aortanın yüksələn bölməsinin protezləşdirilməsi əməliyyatında iştirak etmək imkanı yaradılıb. Tələbələr anesteziya prosesi və intraoperasiya monitorinqi ilə ətraflı tanış olublar. Əməliyyatdan sonra doktor A.M.Popov “Kəskin ürək çatışmazılığı” mövzusunda interaktiv seminar keçirib. Seminarda tələbələrə ürək çatışmazlığının patofiziologiyası və onun müalicəsi prinsipləri izah edilib.
Klinik rotasiya dövründə tələbələr üçün çox maraqlı və mühüm təcrübələrdən biri də Fasiləsiz Peşə Təhsili Mərkəzində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Anesteziologiya və reanimotologiya kafedrasının dosentləri Y.L.Bulanova və Y.Y.Xalikovanın rəhbərliyi ilə keçirilən simulyasiyalı təlim məşğələsi olub. Tələbələr müxtəlif təxirəsalınmaz klinik vəziyyətlərin simulyasiya edilməsi sayəsində komanda şəklində işləməyi öyrəniblər. Bundan əlavə, tələbələr Ambu kisəsinin və üç Səfər üsulunun tətbiq edilməsi vərdişlərinə yiyələnib, təxirəsalınmaz hallarda pasiyentin intubasiya edilməsi yollarını öyrəniblər.
Praktiki məşğələlər dövründə tələbələr İ.M. Seçenov adına Birinci MDTU-nun professor-müəllim heyətinin “Sepsis, intensiv terapiya”, “Qarındaxili yüksək təzyiq”, “Massiv və ifrat massiv qan itkilərinin intensiv terapiyası”, “Bədxassəli hipertermiya”, “Əməliyyatqabağı dövrdə orqanların və sistemlərin funksiyasının monitorinqi” mövzularında çox maraqlı mühazirələrini dinləyiblər.
Tələbələr klinik praktikanın sonuncu gününü 31 nömrəli şəhər kilinik xəstəxanasının böhran hallarının intensiv terapiyası bölməsində keçiriblər. Burada hər tələbəyə bir klinik hadisə təqdim edilib və pasiyenti müstəqil surətdə müayinə etmək, anamnez toplamaq, laboratoriya tədqiqinin və EKQ-nin nəticələri əsasında diaqnoz qoymaq tapşırılıb.
Tələbələr peşə vərdişlərini və bacarıqlarını inkişaf etdirməklə bərabər, Universitetin ictimai həyatı ilə də yaxından tanış ola biliblər. Ali məktəbin Təhsilalanlar Şurasında görüşlər keçirilib. Gənclər filialın və Moskva kampusunun Tələbə Şuraları arasında tərəfdaşlıq münasibətlərinin inkişaf etidirilməsi, beynəlxalq fəaliyyətin genişləndirilməsi, elmi araşdırmalar sahəsində tərəfdaşlıq məsələlərini müzakirə ediblər. Bundan əlavə, tələbələr Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) nümayəndələri ilə görüşüblər. Birgə iclasda Seçenov Universitetinin Azərbaycan Klubunun layihələri və xeyriyyə aksiyaları tələbələrə təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

