Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / 20 Yanvar faciəsinin qurbanları Rumıniyada da anılıb

20 Yanvar faciəsinin qurbanları Rumıniyada da anılıb

23.01.2019 [09:54]

20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Azərbaycanın Rumıniyadakı səfirliyində anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfov 20 Yanvar tarixinin Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olduğunu qeyd edib, milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağına əmin olduğunu diqqətə çatdırıb.
Tədbirdə 1990-cı il 20 Yanvar tarixində sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi və öz qəddarlığı ilə seçilən təcavüzdən söhbət açılıb, konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan silahsız vətən övladlarının, mülki əhalinin vəhşicəsinə qətlə yetirilməsindən bəhs edilib. Faciə zamanı 147 nəfərin qətlə yetirildiyi və 744 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilib.
Diplomat bildirib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev 1990-cı ilin 21 yanvar tarixində Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış edib, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırıb. Səfir bu hadisələrə ilk dəfə siyasi-hüquqi qiymətin də məhz Ulu öndər tərəfindən verildiyini bildirib.
Sonra 20 Yanvar faciəsinə dair filmlər nümayiş olunub.
Tədbirdə rumıniyalı ziyalılar, tələbələr, KİV təmsilçiləri, “SOCAR Petroleum SA” şirkətinin nümayəndələri, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatasının, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyasının İdarə Heyətinin üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.
Tədbir iştirakçıları daha sonra səfirlikdə təşkil edilmiş Qanlı Yanvar faciəsini özündə əks etdirən kitab və fotosərgi ilə tanış olublar.
Eyni zamanda, səfirliyin təşəbbüsü ilə Rumıniyanın milli xəbər agentliyi olan “Agerpres”in internet səhifəsində 20 Yanvar faciəsinə həsr olunmuş məqalə dərc olunub.

Paylaş:
Baxılıb: 638 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30