Abbas İsmayılov: 31 mart soyqırımı ermənilərin şovinist xislətinin təzahürüdür
03.04.2019 [09:26]
Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz. 31 mart məhz fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz günlərdəndir.
AZƏRTAC Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici əlaqələr üzrə baş mütəxəssisi Abbas İsmayılovun 31 mart - Azərbaycanlıların Soyqırımı Günü barədə yazısını təqdim edir.
Azərbaycanlıların soyqırımı 200 il ərzində ermənilərin əli ilə azərbaycanlılara qarşı həyata keçirilən qəddar siyasətdir. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın tarixdə görünən ən vəhşi, ən qəddar və millətimizə qarşı törədilmiş növbəti bir haqsızlıq kimi tarixə qanlı hərflərlə yazılıb. Ermənilərin Azərbaycan xalqına qarşı uzun illər ərzində həyata keçirdiyi ardıcıl etnik təmizləmə, soyqırımı və təcavüz nəticəsində minlərlə insan evindən-obasından didərgin düşüb.
Rəsmi mənbələrə görə, bu soyqırımı nəticəsində 12 minə yaxın insan qətlə yetirilib. Bir o qədəri isə itkin düşüb. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanına əsasən 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub.
Kulner soyadlı bir alman həmin hadisələrin canlı şahidi olub və 1925-ci ildə bunları yazıb: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.
Azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabit Ovanes Apresyan söhbətlərinin birində bildirib ki, öz məqsədlərinə çatmaq üçün ingilislərin və rusların yardımlarından faydalanmışlar və sadəcə Bakıda mart hadisələri zamanı 25 min azərbaycanlı qətlə yetirilmişdir.
Bütün bu cinayətlərə beynəlxalq ictimaiyyətin laqeyd münasibətləri erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı növbəti soyqırımı və deportasiya haqlarının törədilməsinə şərait yaradan əsas amillərdən biri olub. İrəvan quberniyasının Azərbaycan əhalisinin sayının 375 min nəfərdən 1922-ci ildə 70 min nəfərə qədər azalması, 1948-ci ildə 100 min nəfərdən çox azərbaycanlının Ermənistandan deportasiya edilməsi dünyada bütöv bir xalqa qarşı həyata keçirilən zorakılıq siyasətinə biganəliyin nəticəsidir.
Bunlar erməni faşizminin yalnız ötən əsrin əvvəllərində xalqımıza qarşı həyata keçirdiyi faciələrdən biri idi. Onu da qeyd etmək lazımdır ki, ermənilər şovinist məqsədlərinə nail olmaq üçün hər bir vasitədən istifadə edərək Cənubi Qafqazda, o cümlədən Azərbaycan torpaqlarında yaşayan müxtəlif xalqlara qarşı soyqırımı siyasəti yürütmüşlər. Bu siyasətin qurbanları sırasında isə qədim dövrlərdən ölkəmizdə məskunlaşmış bir çox xalqların - ləzgilərin, yəhudilərin, tatların, kürdlərin, talışların və digərlərinin nümayəndələri də olub.
Xəbər lenti
Hamısına baxGündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17

