Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yevlaxda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüş

Yevlaxda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüş

27.11.2019 [17:43]

Yevlax Şəhər İcra Hakimiyyətində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin nümayəndələri ilə görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev ölkəmizdə Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrin göstərilən diqqət və qayğıdan, bu qəbildən olan insanların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən danışıb.

Görüşdə Qarabağ müharibəsi əlilləri Mənsur Əliyev, Elçin Babayev, Əhliman Əliyev, şəhid anası Kübra Ağayeva və başqaları çıxış edərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, eyni zamanda, gündəlik həyatda üzləşdikləri bəzi çətinliklərlə bağlı təkliflərini söyləyiblər.

Anar Tağıyev qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib. Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

Paylaş:
Baxılıb: 380 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31