Babək rayonunda icbari tibbi sığorta uğurla tətbiq edilir
11.01.2020 [10:51]
İcbari tibbi sığortanın tətbiqi məqsədilə Babək Rayon Mərkəzi Xəstəxanasında yenidənqurma və təmir-bərpa işləri həyata keçirilib, mərkəzi oksigen sistemi qurulub, fiber-optik xətlər vasitəsilə internet şəbəkəsi, mərkəzi server və Medisoft “Səhiyyə informasiya idarəetmə sistemi” yaradılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Babək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 24 dekabr tarixli Sərəncamından irəli gələn məsələlərin icrasını təmin etmək üçün əhalinin maarifləndirilməsi məqsədilə keçirilən tədbirdə ətraflı danışılıb.
Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov çıxış edərək bildirib ki, müvafiq sərəncama əsasən, bu il yanvarın 1-dən etibarən Babək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb.
Qeyd olunub ki, hazırda xəstələrin qeydiyyatı “Səhiyyə informasiya idarəetmə sistemi” vasitəsilə aparılır. Xəstəxananın Təcili tibbi yardım şöbəsi yenidən təşkil edilib, maddi-texniki bazasını gücləndirmək və göstərilən tibbi xidmətin keyfiyyətini yüksəltmək məqsədilə müasir tibbi cihaz və avadanlıqlar quraşdırılıb. Həmçinin agentliyin qeydiyyat məntəqəsi yaradılaraq fəaliyyəti təmin edilib.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov çıxışında bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərman və sərəncamlarına uyğun olaraq icbari tibbi sığortanın mərhələli şəkildə ilk olaraq Sədərək, sonra isə Şərur, Kəngərli, Şahbuz və Ordubad rayonlarında tətbiqinə başlanılıb və tibb müəssisələrinə publik hüquqi şəxs statusu verilib. İcbari tibbi sığortanın tətbiqi məqsədilə rayon mərkəzi xəstəxanalarında və icbari tibbi sığortanın tətbiqində iştirak edən digər tibb müəssisələrində agentliyin qeydiyyat məntəqələri yaradılıb və fəaliyyətləri təmin edilib.
Sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları Vüsal Məmmədovun “İcbari tibbi sığorta nədir?”, Nazəni Rüstəmlinin “İcbari tibbi sığortada tibbi xidmətin təşkili” mövzularında çıxışları dinlənilib. Həmin mövzularla bağlı slaydlar nümayiş etdirilib, tədbir iştirakçılarının sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

