/ / “Könüllülər ili” çərçivəsində görüləcək işlər gənclər siyasətinin səmərəliliyini daha da artıracaq
“Könüllülər ili” çərçivəsində görüləcək işlər gənclər siyasətinin səmərəliliyini daha da artıracaq
14.01.2020 [09:31]
Ekspertlərin qənaətinə görə, könüllülük fəaliyyəti ilə bağlı həyata keçirilən layihələr gənclərə əlavə stimul verəcək, onların mühüm təcrübələr qazanmasında əsaslı rol oynayacaq
Ölkəmizin sürətli inkişafı, ictimai həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Azərbaycanda həyata keçirilən gənclər siyasəti özünün mütərəqqiliyi ilə fərqlənir, başqa sözlə, dünyada nümunə kimi çıxış edir. Öz növbəsində Azərbaycan gəncləri də ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edirlər.
Respublikamızın ictimai-siyasi, iqtisadi həyatında fəal rol oynayan Azərbaycan gəncləri vətənpərvər, yüksək intellektli, milli mənəvi dəyərlərinə, tarixi köklərinə, dövlətə və Vətənə sadiq olmaqla yanaşı, ictimai-siyasi məsələlərlə bağlı əsl vətəndaşlıq mövqeyindən çıxış edərək yüksək fəallıq və təşəbbüskarlıq göstərirlər. Ölkə gəncliyi müxtəlif sahələrdə, o cümlədən qanunverici, icraedici və məhkəmə orqanlarında, eləcə də özəl sektorda uğurla fəaliyyət göstərir, gənclərin intellektual potensialından, kreativ ideyalarından, bilik, bacarıq və vərdişlərindən səmərəli istifadə olunur.
Ölkəmizdə gənclər siyasətinin səmərəliliyini təmin edən mühüm amillərdən biri isə könüllülük fəaliyyətinə xüsusi diqqət göstərilməsidir. Məlumat üçün qeyd edək ki, Azərbaycanda 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlayıb. 1998-2000-ci illərdə bu proqramın nəticəsində Azərbaycanda güclü könüllü komandası yaradılıb və könüllülük prinsiplərinin geniş auditoriyaya təbliği prosesi başlanıb. 2009-cu ildə isə Milli Məclisin “Könüllü fəaliyyət haqqında” qanun qəbul etməsi ölkəmizdə könüllülük fəaliyyətinin inkişafında mühüm rol oynayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclər siyasəti sahəsində, xüsusilə könüllülük hərəkatının inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Xüsusilə də, son zamanlar müxtəlif dövlət qurumlarına könüllülərin cəlb olunmasına başlanılması Azərbaycanda könüllülük hərəkatının inkişafına əlavə təkan verib. Bunun nəticəsidir ki, 2020-ci il Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Könüllülər ili” elan edilib. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il dekabrın 5-də Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında bu məqamlara toxunaraq deyib: “...Xalqımıza xas olan xüsusiyyətlər könüllülər hərəkatı ilə üst-üstə düşür. Artıq minlərlə, bəlkə də on minlərlə könüllümüz var. Mən onu da bildirməliyəm, nisbətən bu yaxınlarda göstəriş vermişdim ki, dövlət orqanlarında da könüllülər fəaliyyətə başlasın, oraya cəlb olunsunlar. Artıq nazirliklərdə, dövlət şirkətlərində könüllülər qrupları vardır. Özəl şirkətlər könüllüləri işə cəlb etməlidirlər. Çünki bu, həm onlara xeyir gətirəcək, həm ümumi işimizə töhfə verəcəkdir. Ona görə könüllülər qarşısında hesab edirəm ki, bütün imkanlar açıqdır”.
Məsələ ilə bağlı fikirlərini bölüşən Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri Fəridə Qafarova bildirib ki, respublikamızın sürətli inkişafı, ictimai həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Bu mənada, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi gəncliyin potensialından respublikamızın dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək baxımından mühüm əhəmiyyət kəsb edir: “Partiyamızın rayon təşkilatlarının Gənclər Birliyinin, o cümlədən YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin üzvləri ölkəmizin milli maraqlarının keşiyində durublar və öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Bu mənada, könüllük fəaliyyəti ilə bağlı həyata keçirilən layihələr gənclərin gələcək fəaliyyətinə əlavə stimul verəcək, onlarda peşəkarlıq vərdişlərinin formalaşmasına yaxından köməklik göstərir. Qeyd etməliyəm ki, məhz könüllülük fəaliyyətinin geniş yayılması və olduqca müsbət qiymətləndirilməsi gənclərin bu fəaliyyətə marağını da xeyli artırır. İstər partiyamızın sıralarında olan gənclər, istərsə də digər gənclərimiz ölkəmizdə keçirilən mühüm tədbirlərdə könüllülük fəaliyyəti ilə məşğul olaraq həm də böyük təcrübə qazanmış olurlar. Bu mənada, “Könüllülər ili”nin gənclərin formalaşmasında, mühüm təcrübələr qazanmasında əsaslı rol oynayacağına inanıram”.
F.Qafarova bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın könüllülük fəaliyyətinin inkişafına yüksək diqqət və qayğı göstərməsi də müstəsna əhəmiyyətə malikdir. Onun sözlərinə görə, son illərdə Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci ildə birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları və digər mötəbər beynəlxalq tədbirlərin təşkilinə on minlərlə könüllü cəlb olunub və onların əməyi yüksək qiymətləndirilib. Bütövlükdə, həyata keçirilən tədbirlərin nəticəsində respublikamızda təcrübəli könüllülər bazası, könüllülər ordusu formalaşıb.
YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin sədri Ülvi Qasımlı isə bildirib ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti özünün mütərəqqiliyi ilə fərqləndiyi kimi, Azərbaycan gəncləri də ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edirlər. Onun sözlərinə görə, bu gün dövlətçiliyə və milli maraqlara sadiq fəal gənclər Azərbaycanın inkişafına mühüm töhfələr verirlər. Ü.Qasımlı deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclər siyasəti sahəsində, xüsusilə könüllülük hərəkatının inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir: “2017-ci ildə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarının qarşısına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulub. 2020-ci ilin “Könüllülər ili” elan edilməsi gənclərimiz üçün yeni fürsətlər yaradıb. İmzalanmış müvafiq Sərəncamda da qeyd edilir ki, könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə edib. Belə demək mümkündürsə, könüllülük fəaliyyəti Azərbaycan gənclərinin potensialının üzə çıxarılması və səmərəli istifadəsi üçün əlverişli imkanlar yaratmış olacaq”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

