Professor Əhəd Canəhmədovun “Mühəndislik fəlsəfəsi” traktatının yenilənmiş nəşri çapdan çıxıb
24.01.2020 [09:58]
Texnika elmləri doktoru, professor, bir sıra xarici ölkələrin akademiyalarının akademiki, Azərbaycan Milli Aviasiya Akademiyasının nəqliyyat mexanikası kafedrasının müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, “Science and Applied Engineering Quarterly” (İngiltərə) jurnalının baş redaktoru mexanik-filosof Əhəd Canəhmədovun “Mühəndislik fəlsəfəsi” - məkan, zaman və həyatın mənası haqqında elmi-fəlsəfi traktatının Azərbaycan dilində, yenilənmiş nəşri çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, traktatın elmi redaktoru və “Ön söz”ün müəllifi Beynəlxalq Mühəndislik Akademiyasının prezidenti, SSRİ və Rusiya Federasiyası Dövlət mükafatları laureatı, akademik Boris Qusevdir. Akademik Boris Qusev “Ön söz”də qeyd edir ki, “Əgər XX əsrdə Qərbdə Anri Berqson “Yaradıcılıq təkamülü”nü yaradıbsa, XXI əsrdə Şərqdə Əhəd Canəhmədov “Mühəndislik fəlsəfəsi”ni yaratdı”.
Müəllif elmi-kütləvi traktatda bəşəriyyət tarixində ən tutarlı səhifələrdən birinə - əvvəlki nəsillərin nailiyyətləri olan elmin və müasir elmi biliklərin inkişaf tarixinə nəzər salır. O, zamana görə səyahət edərək, oxucuları zaman oxu nəzəriyyəsinin valehedici paradiqması və entropiyası ilə tanış edərək, onları orta əsrlərin türkdilli dünyasında təbiətşünaslıq elminin ən maraqlı inkişaf yolu ilə aparır.
Əsərdə elmi-fəlsəfi sübutlarla Fövqəlmühəndisin (Yaradanın) mövcudluğuna və təkamülün anlaşılmasına nüfuz edilərək “Kainat niyə mövcuddur?”, “Keçmiş gələcəkdən nə ilə fərqlənir?” kimi suallara cavab axtarılır.
Bu traktat ruh, şüur, həyat və ölüm, həyatın mənası haqqında və bu kimi mühüm suallara cavab axtaranlar və dünyamızın bənzərsiz quruluşunun, elm və biliklə keçilmiş yolun dərk edilməsinə marağı olan geniş əhatəli oxucular üçündür.
Kitab elmin kütləviləşdirilməsi məqsədilə geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Qeyd edək ki, Əhəd Canəhmədov dünyanın bir sıra ölkələrində nəşr olunmuş 30-dan çox monoqrafiyanın, 3 elmi kəşfin və 400-dək elmi məqalə və patentin müəllifi və həmmüəllifidir.
Xəbər lenti
Hamısına baxDünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48

