Ceyhun Bayramov: Təhsilin inkişafı dövlət siyasətində əsas prioritetlərdən biridir
28.01.2020 [10:24]
Azərbaycanda aparılan genişmiqyaslı islahatlar təhsil sektoruna da müsbət təsir göstərir. Son illər təhsil üzrə strategiya və proqramlar qəbul edilib. Təhsilin inkişafı dövlət siyasətində əsas prioritetlərdən biridir.
AZƏRTAC xəbər verir ki, bu fikri Təhsil naziri Ceyhun Bayramov yanvarın 27-də keçirdiyi mətbuat konfransında söyləyib. 2019-cu ilin yekunlarına və 2020-ci ilin hədəflərinə həsr edilən mətbuat konfransında Təhsil naziri ümumi təhsil müəssisələri infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldığını qeyd edib. Bildirib ki, 2019-cu ildə 84 yeni məktəb binası tikilib və əsaslı təmir olunub. Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd edilməlidir. Ötən il Fondun təşəbbüsü ilə onlarca məktəb tikilib və təmir edilib. Bununla da ötən ildə 100-ə yaxın məktəb istifadəyə verilib. Yeni məktəb binalarının tikintisi və təmiri bu il də davam etdiriləcək.
Məktəblərdə şagird sıxlığı məsələsinə toxunan Təhsil naziri məlumat verib ki, nazirlik bununla bağlı ciddi addımlar atıb, məsələ 2020-ci ildə də diqqət mərkəzində saxlanılacaq. Görülən işlərə baxmayaraq bəzi məktəblərdə hələ də şagird sıxlığı var. Azərbaycanda 4500-ə yaxın məktəb fəaliyyət göstərir. Onların təxminən 50 faizində şagirdlərin sayı 200 nəfər və ondan aşağıdır. Ölkə əhalisinin artımını nəzərə alsaq son illərdə şagirdlərimizin sayı 50 min nəfər artıb. Lakin ölkədə əhalinin sıxlığı bərabər paylanmayıb. Əhali artımı bütün ərazilərdə eyni templə getmir. Daxili miqrasiya da şagird sıxlığına təsir edir. Bütün bunların nəticəsi olaraq müəyyən məktəblərin siniflərində şagird sıxlığı müşahidə olunur. Bunun aradan qaldırılması üçün dövlət səviyyəsində intensiv işlər görülür. Xəzər rayonu Binə qəsəbəsi, Binəqədi rayonu kənd Binəqədi, Sulutəpə, Xırdalan şəhəri, Masazır və Saray yaşayış məntəqələrində yeni məktəb binalarının tikilməsi nəzərdə tutulur.
C.Bayramov bildirib ki, məktəblər üçün nəqliyyat vasitələri sisteminin qurulması ilə bağlı Təhsil Nazirliyinə xeyli müraciətlər edilib. Müraciətləri nəzərə alaraq 2019-cu ildə Bakı Nəqliyyat Agentliyi ilə sıx əməkdaşlığa başlamışıq. 2020-2021-ci tədris ilinin başlanğıcına qədər şagird sayı sıx olan məktəblər üçün nəqliyyat sisteminin təşkilinə nail olacağıq. Bu, birinci mərhələdə bütün məktəbləri əhatə etməyəcək, lakin uğurlu başlanğıc hesab oluna bilər.
Ceyhun Bayramov dərsliklərlə bağlı görülmüş və görüləcək işlərdən də bəhs edib. O deyib ki, 2019-cu ildə hazırlanan və 100 məktəbdə təcrübə üçün istifadə olunan yeni dərsliklər təcrübədə özünü doğruldub. Bu dərsliklərin 2020-2021-ci tədris ilində də tətbiqi nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Rəqəmsal bacarıqlar” və STEAM layihələrinin müsbət nəticələri nəzərə alınaraq növbəti illərdə müvafiq istiqamətdə fəaliyyət daha da genişləndiriləcək.
Qeyd olunub ki, təmayülləşmə istiqamətində aparılan işlər nəticəsində şagirdlərin sayı 47 minə çatdırılıb. Ötən il təmayülləşməyə cəlb olunan şagirdlərin nəticələrini təhlil edərkən aydın olur ki, onların nəticələri qeyri-təmayül siniflərindən fərqlənir. Ona görə də 2020-ci ildə təmayül siniflərinin və təmayülləşməyə cəlb olunan şagirdlərin sayının artırılması planlaşdırılır.
“Ötən il şagirdlərimizin uğurları ilə də yaddaqalan oldu. Onlar beynəlxalq olimpiadalarda 40 medal qazanıblar. İnanıram ki, ölkədə təhsil sahəsində atılan addımlar şagirdlərimizin uğurlarının bol olmasına təkan verəcək”, - deyə C.Bayramov qeyd edib.
Ölkədə ali təhsil sistemində xeyli islahatlar aparıldığını xatırladan nazir deyib ki, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixtisaslı, peşəkar kadrlar hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində ölkə Prezidenti tərəfindən əhəmiyyətli qərarlar qəbul olunub. 2019-cu ildə dövlət hesabına təhsil alan tələbələrin sayı 66 faiz artıb. Belə ki, 2018-ci ildə 12 min 300 nəfər dövlət hesabına ali təhsil müəssisələrinə qəbul olunubsa, 2019-cu ildə bu rəqəm 20 min 500-ə çatdırılıb. Təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı Sərəncama əsasən, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı artırılıb. 2020-2021-ci tədris ilində isə təqaüd alan tələbələrin sayının 50 faizə çatdırılması nəzərdə tutulur. Tələbələrin yataqxana şəraitinin yaxşılaşdırılması istiqamətində də işlər görülüb.
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

