“Sevinirəm ki, Azərbaycanda fəaliyyət göstərmək xoşbəxtliyini yaşadım”
29.01.2020 [09:39]
Cihan Özdəmir: Dostlarımın sevgisini, Azərbaycanla bağlı xoş xatirələri özümlə aparıram
İki qardaş ölkə olan Azərbaycanla Türkiyə arasında əməkdaşlıq hər keçən gün daha da güclənir, ölkələrimizin müxtəlif qurumlarının uğurlu fəaliyyəti qardaşlıq əlaqələrinin yeni və daha keyfiyyətli mərhələyə qədəm qoymasına təkan verir. Təbii, bu sırada artıq 10 ildən çoxdur ki, Türkiyənin, türk dilinin və mədəniyyətinin dünyada daha yaxından tanıdılması və təbliğinə xidmət edən Yunus Əmrə İnstitutunun, o cümlədən bu qurumun ölkəmizdəki şöbəsinin fəaliyyətini xüsusi olaraq qeyd etmək yerinə düşər. Belə ki, hazırda dünyanın 50-yə yaxın ölkəsində şöbələri olan Yunus Əmrə İnstitutu Azərbaycanda da uğurla fəaliyyət göstərir. Onu da bildirmək yerinə düşər ki, Bakı Yunus Əmrə İnstitutunun son iki ildəki fəaliyyəti xüsusilə yaddaqalan olub. Bu müddət ərzində müxtəlif sahələri və yaş qruplarını əhatə edən tədbirlərin, seminar, elmi simpozium, dəyirmi masa və beynəlxalq konfransların keçirilməsinin, həmçinin film nümayişlərinin iki qardaş ölkə arasında ədəbi, bədii, elmi əməkdaşlığın daha da dərinləşməsinə təkan verdiyini söyləmək olar. Heç şübhəsiz ki, bu istiqamətdə son iki il ərzində Bakı Yunus Əmrə İnstitutuna rəhbərlik etmiş və artıq Türkiyəyə dönən Cihan Özdəmirin fəaliyyətini xüsusi vurğulamaq vacibdir. Bəs, Bakıdakı fəaliyyəti dövründə dildə, fikirdə, işdə birlik ideyasına bağlılığını hər addımda hiss etdirən, iki ölkə arasında qardaşlıq körpülərinin daha da güclənməsi üçün var gücü ilə çalışan, Azərbaycana xüsusi sevgi bəsləyən Cihan Özdəmir bundan sonra hansı sahədə çalışacaq? Bakıdakı əksər dostlarının “şirin, lakin qısa sürən yuxu”ya bənzətdikləri bu fəaliyyətin cəmi iki il davam etməsinə səbəb nədir? Bakı Yunus Əmrə İnstitutunun müdiri kimi son müsahibəsini “Yeni Azərbaycan” qəzetinə verən Cihan Özdəmir bu və digər suallara aydınlıq gətirib.
“Azərbaycan ikinci vətənimdir”
Öncə Bakıdan belə tez ayrılmasının səbəbinə toxunan müsahibimiz “Bakıda fəaliyyət göstərmək çox xoş idi. Azərbaycan bir millət, iki dövlət dediyimiz ikinci vətənimdir. Burada özümü heç qərib hiss etmədim. Amma mən həm də elm adamıyam. Uzun illərdir Yunus Əmrə İnstitutu ilə bağlı fəaliyyət göstərdiyim üçün elmi fəaliyyətdən ayrı düşmüşdüm. Lakin zaman gedir və düşünürəm ki, elmi fəaliyyətə dönmək vaxtımdır. Buna görə də bundan sonrakı fəaliyyətimi Biləcik Universitetində davam etdirməyə qərar verdim” deyib.
“Bu iki il ərzində siz az qala 20 illik bir fəaliyyət göstərdiniz. Bəs geriyə baxanda “keşkə bunu da edə biləydim” dediyiniz işlər qaldımı” sualına cavabında isə C.Özdəmir bu müddət ərzində qarşıya qoyulan bütün işlərin görüldüyünü deyib: “Bu müddət ərzində qarşımıza qoyduğumuz bütün işləri gördük. Şükür Allaha ki, bu məsələdə gözümüz arxada qalmayacaq. İki ölkə arasındakı ədəbi, bədii, elmi əməkdaşlıq baxımından nələr etmək mümkündürsə, etdik. Xalqlar arasında körpülərin daha da güclənməsi üçün üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışdıq və əminliklə deyə bilərəm ki, buna nail olduq. Əminəm ki, bundan sonra da Bakı Yunus Əmrə İnstitutu eyni sürətlə və keyfiyyətlə fəaliyyətini davam etdirəcək”.
“Ötən iki ildə Azərbaycanda çox maraqlı tədbirlər həyata keçirdik”
Bakı Yunus Əmrə İnstitutunun bundan sonrakı fəaliyyətində, əməkdaşlıqda nələrə üstünlük verilməsinin məqsədəuyğunluğuna dair suala gəlincə, Cihan Özdəmir “Hər bir qurum kimi, Bakı Yunus Əmrə İnstitutunun da ümumi fəaliyyət proqramı var. Eyni zamanda, mənim rəhbər kimi burada fəaliyyət göstərdiyim müddətdə bizimlə əməkdaşlıq edən qurumlar, şəxslər, dostlar oldu. Bəhs edilən dövrdə bir çox maraqlı tədbirlər həyata keçirdik. Eyni zamanda, bu müddət ərzində daim bizimlə olan dostlarımız oldu. Mən bu sırada dəyərli millət vəkili Hikmət Babaoğluna xüsusi təşəkkür etmək istəyirəm. Hikmət bəy bu müddət ərzində hər zaman bizimlə oldu, tədbirlərimizə dəstək verdi. Beləliklə, qayıdaq sualınızın cavabına. Bəli, bu müddət ərzində gördüyümüz işlər, əməkdaşlıq etdiyimiz qurumlar, KİV və şəxslərlə bağlı bir siyahımız var. Və bu siyahı məni əvəz edəcək yeni şəxsə təqdim ediləcək ki, işlər davam etsin”, - deyə cavab verib.
Yeri gəlmişkən, Bakı Yunus Əmrə İnstitutunun müdiri kimi fəaliyyətindən bir neçə ay sonra qəzetimizə müsahibəsində Cihan Özdəmir bəzi KİV-lərin tədbirlərə yanaşması ilə bağlı kiçik incikliyini dilə gətirmişdi. Lakin artıq bu inciklik aradan qalxıb: “Ötən iki il ərzində fəaliyyətimizə göstərdikləri diqqətə görə həm Azərbaycan KİV-nə, həm də burada fəaliyyət göstərən Türkiyə KİV-nə minnətdarlıq edirəm. Bizim istər təkbaşına, istərsə də ortaq həyata keçirdiyimiz tədbirləri həm televiziyalar, həm də qəzet və saytlar mütəmadi olaraq işıqlandırdılar. Jurnalist dostlarımız daim yanımızda oldular ki, Nadir bəy, bu sırada sizi də qeyd etməyə bilmərəm. Buna görə hər kəsə təşəkkür edirəm və əminəm ki, bundan sonra da KİV Bakı Yunus Əmrə İnstitutunun yaxın dostu olaraq qurumun fəaliyyətinə dəstək verəcək”.
“Azərbaycanı heç vaxt unutmayacağam”
Bir Azərbaycan sevdalısı olan Cihan Özdəmirin ölkəmizdən hansı təəssüratlarla ayrılması, özü ilə maddi və mənəvi baxımdan nələri aparmasına dair suala öncə “Bir qədər çətin sual verdiniz” şəklində reaksiya verən müsahibimiz daha sonra aşağıdakıları əlavə edib: “Əvvəla, buradan gedərkən dostlarımın sevgisini, Azərbaycanla bağlı xoş xatirələri özümlə aparıram. Buradakı gözəl xatirələri götürəcəm. Həm Bakı, həm də bu müddət ərzində olduğum Gəncə, Quba və digər gözəl rayonlarla bağlı şirin xatirələrim var. Təbii ki, Azərbaycanın dadlı mətbəxini hər zaman xatırlayacağıq. Onu da xüsusi olaraq deyim ki, mən rəsmi olmasa da, burada hər zaman özümü Azərbaycanın vətəndaşı kimi hiss etmişəm. Dediyim kimi bura ikinci vətənimdir. Azərbaycan hələ SSRİ-nin tərkibində olanda bura haqqında düşünmüşəm, ədəbiyyatı ilə maraqlanmışam. 1984-cü ildə Qazi Universitetində magistr dərəcəsi almaq üçün Hüseyn Cavidin yaradıcılığı mövzusuna müraciət etdim və 1987-ci ildə bitirdim. Biz universiteti bitirərkən diplom işimin mövzusu isə Süleyman Rüstəm idi. Yəni kommunist S.Rüstəmin də, romantik milliyyətçi H.Cavidin də yaradıcılığı ilə bağlı araşdırma aparmışam. Bütün bunlar mənim Azərbaycana olan sevgimdən, marağımdan irəli gəlirdi. Və çox sevinirəm ki, məhz uzun illər haqqında düşündüyüm Azərbaycanda fəaliyyət göstərmək xoşbəxtliyini də yaşadım. Bundan sonra da harada olmağımdan asılı olmayaraq, Azərbaycanı unutmayacağam. Son nəfəsimizə qədər Azərbaycan bizim qəlbimizin və beynimizin bir tərəfində daim yaşayacaq”.
Bundan sonra Türkiyədəki Biləcik Universitetində elmi fəaliyyətlə məşğul olacaq müsahibimiz orada həm də Azərbaycanın bir könül elçisi kimi fəaliyyət göstərəcəyini deyib: “Bizlər nə qədər bir-birimizə yaxın olsaq, yenə də azdır. Hesab edirəm ki, xalqlar və dövlətlərimiz arasındakı sevgi bağlarının daha sıx olması üçün fəaliyyətimizi daha da intensivləşdirməliyik. Hər kəs öz sahəsində bu qardaşlığa daha dərindən xidmət etmək üçün çalışmalıdır. Mən bir elm adamı olaraq bundan sonrakı fəaliyyətimdə də bu amala xidmət edəcəm. Elmi, ədəbi tədbirlər, elmi simpoziumlar, beynəlxalq konfranslar keçirilməsinə çalışacağam. Təbii ki, bu tədbirlərə Azərbaycandan da qardaşlarımızı dəvət edəcəyik və qardaşlarımız da bu dəvəti sevərək qəbul etməlidirlər. Yəni qarşılıqlı bir fədakarlıq, qarşılıqlı bir yaxınlıq, bir-birimizə doğru addımların atılması daha da intensivləşməlidir”.
Sonda iki qardaş ölkənin xalqlarının hər zaman ayıq-sayıq olmasının vacibliyini də dilə gətirən Cihan Özdəmir “Biz bir millət, iki dövlətik. Dilimiz, dinimiz, irqimiz birdir. Təbii ki, bizim bu birliyimiz, qardaşlığımız bəzi məkrli qüvvələri narahat edir. Məhz buna görə də ara-sıra iki xalqın və dövlətin münasibətlərini pozmaq üçün təxribatlar törədirlər, aramıza fitnə-fəsad salmağa çalışırlar. Amma belə vəziyyətdə soyuqqanlılığı qorumaq, düşmənlərə fürsət verməmək lazımdır. Qardaş olduğumuz inancını əsla itirməməliyik. Elə etməliyik ki, gələcək nəsillər bizdən daha artıq bir-birinə bağlansınlar”, - deyib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxGündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25

