Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Azərbaycanın praqmatik və çoxvektorlu xarici siyasət kursu: yeni geostrateji reallıqlar kontekstində”

“Azərbaycanın praqmatik və çoxvektorlu xarici siyasət kursu: yeni geostrateji reallıqlar kontekstində”

29.08.2020 [00:40]

“Yeni Azərbaycan” qəzeti KİVDF-nin elan etdiyi müsabiqə üzrə bu mövzuda onlayn “dəyirmi masa” keçirib

Xəbər verildiyi kimi, “Yeni Azərbaycan” qəzeti Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun  (KİVDF) elan etdiyi müsabiqə üzrə layihələrin icrası çərçivəsində müvafiq mövzuların müzakirəsi ilə bağlı onlayn “dəyirmi masa”lar keçirir. Avqustun 27-də növbəti “dəyirmi masa” “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi” istiqaməti üzrə “Azərbaycanın praqmatik və çoxvektorlu xarici siyasət kursu: yeni geostrateji reallıqlar kontekstində” mövzusunda keçirilib.

“Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru, layihə rəhbəri Nurlan Qələndərlinin moderatorluğu ilə keçirilən  “dəyirmi masa”da Milli Məclisin deputatları Sevil Mikayılova, Ramin Məmmədov və Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov iştirak ediblər.

Tədbirdə müasir dünya siyasəti və beynəlxalq münasibətlər sisteminin mövcud reallıqlarından, həmçinin qlobal miqyasda müşahidə edilən geosiyasi proseslərin dinamikası, xarakteristikası və mahiyyətindən geniş bəhs olunub. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu rasional və praqmatik xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan güclü və nüfuzlu dövlətə, etibarlı tərəfdaşa çevrilib və respublikamızın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir. Diqqətə çatdırılıb ki, milli maraqlara əsaslanan xarici siyasət həyata keçirən Azərbaycan yeni geostrateji reallıqlar fonunda regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, inteqrasiya və əməkdaşlığın dərinləşməsinə mühüm töhfələr verir. Vurğulanıb ki, ikitərəfli və çoxtərəfli əlaqələrini uğurla davam və inkişaf etdirən Azərbaycan Respublikasının uğurlu xarici siyasət kursu ölkəmiz qarşısında yeni perspektivlər açır.

Onlayn “dəyirmi masa”da mövzu ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 494 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31