Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Vətəndaşların #prokurorluqlasualcavab sessiyasında müraciətləri əsasında turizm şirkətinin rəhbəri barəsində cinayət işi başlanıb

Vətəndaşların #prokurorluqlasualcavab sessiyasında müraciətləri əsasında turizm şirkətinin rəhbəri barəsində cinayət işi başlanıb

01.09.2020 [08:47]

Xəbər verildiyi kimi, vətəndaşların müraciətlərinin operativ həlli, aşkarlıq və müraciətlərə baxılması zamanı çevikliyin təmin olunması məqsədilə Baş Prokurorluğun “Instagram” sosial şəbəkəsindəki səhifəsində sual-cavab sessiyası (#prokurorluqlasualcavab) keçirilir. Sessiya zamanı daxil olmuş müraciətlər zəruri tədbirlərin görülməsi məqsədilə Baş Prokurorluğun mətbuat xidməti tərəfindən dərhal Baş Prokurorluğun rəhbərliyinə, o cümlədən əlaqədar idarə və şöbələrə təqdim olunur.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 28-də keçirilmiş növbəti sessiya zamanı “Avanqard” turizm şirkətinin direktoru Yeganə Nağıyevanın vətəndaşları aldadaraq xarici ölkələrə turlar təşkil etmək adı altında müxtəlif məbləğlərdə pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olub.
Həmin müraciətlər Baş prokuror tərəfindən nəzarətə götürülüb və “Avanqard” turizm şirkətinin direktoru Yeganə Nağıyevanın qanunsuz hərəkətləri barədə daxil olmuş ərizələr əsasında Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində aparılmış araşdırma nəticəsində toplanmış material əsasında avqustun 31-də Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə istintaqın aparılması Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə tapşırılıb.
Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri aparılır, qanun pozuntularına yol vermiş və cinayətin törədilməsində bu və ya digər formada iştirak etmiş şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Paylaş:
Baxılıb: 493 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31