Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakıda 1000, Sumqayıt və Gəncədə 100-dən çox könüllüdən seroloji test nümunəsi götürülüb

Bakıda 1000, Sumqayıt və Gəncədə 100-dən çox könüllüdən seroloji test nümunəsi götürülüb

10.09.2020 [09:02]

Ölkəmizdə ilk dəfə olaraq Bakıda keçirilən seroloji testlər yekunlaşmaq üzrədir. Güman edirik ki, bu həftə testlər başa çatacaq və onun ilkin nəticələri barədə məlumat verə biləcəyik.
Bu barədə AZƏRTAC-a açıqlamasında tibb üzrə fəlsəfə doktoru, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova deyib.
Onun dediyinə görə, artıq təsadüfi seçilmiş 1000-dən artıq könüllü test edilib və onların qan zərdabında virus əleyhinə anticisimlərin yaranıb-yaranmadığı aşkar ediləcək. İşçi qrupunun rəhbəri seroloji testlərin proqnostik əhəmiyyət daşıdığını və hazırda əhalinin neçə faizinin yeni növ koronavirus (COVID-19) xəstəliyi keçirməsini öyrənməyə imkan verəcək: “Seroloji testlər nəticəsində əhalinin yarıdan çoxunda anticisimlərin yaranmasının aşkar edilməsi karantin rejimində məhdudiyyətlərin ləğv olunması üçün əsas verəcək. Nümunə götürülənlərin az qismində anticisimlərin aşkar edilməsi karantin rejimində sərtləşdirməyə ehtiyac olduğunu ortaya çıxaracaq. Nəticələr haqqında yəqin ki, gələn həftə danışmaq mümkün olacaq”.
Bu həftə Gəncə və Sumqayıt şəhərlərində də seroloji testlərin aparılmasına başlanılıb və hər iki şəhərdə təsadüfi seçilmiş könüllülərdən 100-ə yaxın nümunə alınıb. Şəhər sakinləri testlərin aparılmasını anlayışla qarşılayır və COVID-19 infeksiyası ilə mübarizədə onun oynadığı həlledici əhəmiyyəti nəzərə alaraq skrininqlərdən həvəslə keçirlər.

Paylaş:
Baxılıb: 613 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30