/ / Bakının erməni-bolşevik işğalçılarından azad olunmasının 102-ci ildönümü münasibətilə onlayn videokonfrans keçirilib
Bakının erməni-bolşevik işğalçılarından azad olunmasının 102-ci ildönümü münasibətilə onlayn videokonfrans keçirilib
16.09.2020 [09:28]
Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalçılarından azad etməsinin 102-ci ildönümü münasibətilə sentyabrın 15-də Türkiyənin Azərbaycandakı səfirliyinin və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə onlayn videokonfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra Bakını azad edilməsi uğrunda döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqlik sükutla anılıb.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral təbrik iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, bu, eyni zamanda, Türkiyə və Azərbaycan qardaşlığının bayramdır. 102 il əvvəl Osmanlı dövləti azərbaycanlı qardaşlarının dəvəti ilə Qafqaz İslam Ordusunu quraraq Azərbaycana göndərib. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun zəfər yürüşünün zirvəsi 1918-ci il sentyabrın 15-də Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etməsi olub. Bakı üzərinə hücumu uğurla başa çatdırmaq üçün Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin sayı 14 minə çatdırılıb. Bunların 8 mini Osmanlı, 6 mini isə azərbaycanlı əsgər və zabitlər idi. Qafqaz İslam Ordusunun töhfələri ilə qurulan Azərbaycan Xalq Cümhuriyyəti bu günlərimiz üçün böyük miras qoyub. Bu gün müstəqil Azərbaycan Respublikası Cümhuriyyətin əmanət qoyduğu mirasın təməlləri üzərində gələcəyə doğru inamla irəliləyir.
Səfir qeyd edib ki, Türkiyə 100 il əvvəl olduğu kimi, hər zaman qardaş Azərbaycanın yanındadır. Bu gün Türkiyə və Azərbaycan sevincini və kədərini paylaşan iki dövlətdir. Hazırda 15 sentyabr hər il daha böyük mərasimlərlə Azərbaycanda qeyd olunur. Qafqaz İslam Ordusunun Bakının xilasında, onun tarixi keçmişindəki rolunu gələcək nəsillərin bilməsi vacibdir.
Milli Məclisin deputatı, professor Anar İsgəndərov bildirib ki, XX əsrin əvvəllərində Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinə əsl qardaş yarımı etdi. 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar hələ də erməni-bolşevik işğalı altında idi. Belə bir şəraitdə özünün çox ağır durumda olmasına baxmayaraq, Osmanlı dövləti Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini respublikamıza göndərib. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa edəndə onu ilk tanıyan dövlət də məhz Türkiyə olub. Azərbaycan tarixçiləri də Qafqaz İslam Ordusunun tarixi ilə bağlı araşdırmalara dövlət müstəqilliyimizin bərpasından sonra başlayıblar. 15 sentyabr Azərbaycan xalqının tarixində əhəmiyyətli hadisədir. Hər bir azərbaycanlı bu əlamətdar günün təbliğində mühüm rol oynamalıdır. Çünki Bakının xilası, onun milli şəhər simasının bərpa edilməsi Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfərdir.
Qafqaz İslam Ordusunun xidmətlərini anmaq üçün konfransın təşkilatçılarına minnətdarlığını bildirən Anar İsgəndərov qeyd edib ki, Ordunun Nuru Paşanın rəhbərliyi ilə Gəncədən Bakıya gəlməsi, bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim qəlbində yaşadacaq.
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli diqqətə çatdırıb ki, Bakı uğrunda döyüşlərdə 5-ci Qafqaz diviziyası 1300-ə qədər şəhid verib. Ümumilikdə isə iyunun ortalarından sentyabrın 15-dək Qafqaz İslam Ordusunda döyüşlər zamanı şəhid olanların sayı isə təxminən 4 min nəfər olub. Azərbaycan da Çanaqqala savaşında üç mindən çox şəhid verib. Biz şəhidlərin əziz xatirəsini daim uca tuturuq. Bu gün Türkiyə Azərbaycana ordu quruculuğunda dəstək göstərir. Ümid edirik ki, erməni işğalı altındakı Azərbaycan əraziləri də düşməndən azad olunacaq.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, 15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının əbədiyyətə qədər davam edəcək şərəf tarixidir. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakının işğaldan azad edilməsi XX əsr dövlətçilik tariximizdə ən əhəmiyyətli günlərdən biridir və olduqca strateji əhəmiyyətə malikdir.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında da böyük rolu olan Nağı bəy Şeyxzamanlı nəslinin nümayəndəsi Arifə Şeyxzamanlı, Türkiyənin görkəmli hərbi və siyasi xadimi Kazım Qarabəkir Paşanın qızı Timsal Karabəkir, ehtiyatda olan general Namiq Kamal Çalışqan, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik Mehman Süleymanov, tarixçi Nəsiman Yaqublu, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və başqaları konfransda çıxış edərək mühüm tarixi məqamlara toxunublar. Tədbirdə, həmçinin Nuru Paşanın Bakıda abidəsinin ucaldılması və digər təkliflər səsləndirilib.
Xəbər lenti
Hamısına baxMədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07

