Diaspor təşkilatlarının gücü: media gözləntiləri doğruldurmu?
04.10.2020 [11:33]
Son tədqiqatlar göstərir ki, diaspor təşkilatları üçün məlumat mühitinin formalaşmasında medianın, xüsusilə, internet mediasının rolu getdikcə artır
Artıq ilk 20 ilini geridə qoyduğumuz yeni əsr, minillik yeni şərtlərini bütün sahələrdə, o cümlədən, diaspor təşkilatlarının fəaliyyətində də diktə etdi. Sürətlə qloballaşan dünyada gedən qarşısılanmaz bu prosesə müqavimətin mənasız olduğu dərkedilən anda onun gətirdiyi dəyişikliklərdən maksimum yararlanmaq istəyinə uyğun olaraq yeni fəaliyyət modelləri, sistemlər formalaşdırıldı. Bu təşəbbüskarlıq, fəallıq, qeyd etdiyimiz kimi, diaspor qurumlarının işgüzarlığına da sirayət etdi. Bu da təbii qarşılanmalıdır, çünki diaspor öz ətrafında yüz minlərlə insanı birləşdirən nəhəng canlı orqanizmdir.
Təsadüfi deyil ki, diaspor ilə əlaqələr bir çox ölkələr tərəfindən xarici siyasətin vacib istiqaməti kimi müəyyən edilib. Diaspor eyni zamanda milli mədəniyyətin qorunmasında, milli kimliyin formalaşmasında da əhəmiyyətli amil hesab edilir.
Araşdırmalar göstərir ki, sürətlə gedən qloballaşma və miqrasiyanın artması kontekstində diasporlaşma prosesi intensivləşir və diasporların özləri müasir dünya siyasətinin getdikcə daha fəal iştirakçılarına çevrilirlər. BMT-nin hesablamalarına görə, planetin hər 35-ci sakini miqrantdır. İnkişaf etmiş ölkələrdə bu rəqəm artıq 10-dur. Yeni ölkəyə köçən immiqrantlar məskunlaşdıqları ölkələrdə etnik mənsubiyyətə görə birləşirlər. Birlik onlara milli şəxsiyyətlərini, mədəniyyətlərini və adətlərini kənar təsirlərin fonunda qoruyub saxlamaq və yaşatmaq imkanı verir. Nəticədə miqrantların və xarici diasporların sayı durmadan artır. Diasporlar vətənə iqtisadi və siyasi dəstək üçün vacib mənbədir. Ehtiyac duyulan dəstəyi zamanında vermək üçün isə fəallığın və olduğu ölkədə nüfuzunun artırılması diaspor qurumları qarşısında dayanan ümdə vəzifələrdəndir.
Hazırda dünyada diasporlaşma o dərəcədə əhəmiyyətli miqyas alıb ki, bu gün diaspor fəaliyyəti qeydə alınmayan ölkə tapmaq çətindir. Müəyyən maliyyə qaynaqlarına malik diaspor təşkilatları iqtisadi, mədəni, sosial və digər əlaqələrin davam etdiyi tarixi vətənlərinin maraqlarına fəal şəkildə lobbiçilik edirlər. Son tədqiqatlar göstərir ki, diasporlar üçün məlumat mühitinin formalaşmasında medianın, xüsusilə, internet mediasının rolu getdikcə artır.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, 2019-cu ilin sonlarında Brüsseldə "Azərbaycan diasporu və media: əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları” mövzusunda konfrans keçirildi. Bu konfransı xatırlatmağımız təsadüfi deyildir. Çünki diaspor qurumları ilə medianın qarşılıqlı əlaqəsi və səmərəli işbirliyinin qurulması sayəsində hansı nailiyyətlərin əldə edilməsi və bundan sonrakı hədəflərin müəyyənləşdirilməsində konfrans yetərincə ciddi rol oynadı. Konfransda diaspor qurumlarına çox ciddi mesajlar ötürüldü. Yerli media orqanları ilə əməkdaşlığın vacibliyi vurğulandı. Azərbaycan həqiqətlərinin çatdırılmasında yeni təbliğat üsullarından istifadə və müasir informasiya texnologiyalarının tətbiqi – mövcud təcrübə və perspektivlər barədə danışıldı.
Olduqca sürətlə inkişaf edən texnologiyalar tədricən güclü təsir vasitəsinə çevrilməkdədir. Bu mənada, sosial şəbəkələrin Azərbaycan reallıqlarının təbliğində hüdudsuz virtual məkanın yaratdığı imkanlardan yetərincə və effektli şəkildə istifadəsi çox vacib məsələdir. Müəyyən nəticələr əldə etmək, hədəflərə yetişmək üçün bu üsulun digər kommunikasiya vasitələrindən üstün olmasından işin uğuru naminə istifadə etmək, əlbəttə ki, diaspor təşkilatlarının fəaliyyətinə güc qatacaqdır. Təbii ki, bu sahədə gənclər, gənc könüllülər xüsusilə, fəal olmalıdırlar. Çünki texnologiyanı mənimsəmək, tətbiq etmək bacarığı və vərdişlərinə gənclər daha tez yiyələnirlər. Burada, həmçinin, dil amili də qeyd edilməlidir. Məhz bu səbəbdən də təbliğat sahəsində müasir informasiya texnologiyalarının tətbiqi, sosial şəbəkələrin imkanları azərbaycanlı gəncləri maraqlandıran və cəlb edən əsas amillərdən biridir. Gənclərin bu bacarıqlarını müəyyən məcraya yönəltmək, daha effektli etmək, faydalılığını, səmərəsini artırmaq üçün bu işə mütləq təcrübəli, peşəkar insanların iştirakı da əlavə olunmalıdır.
Virtual məkanda dünya azərbaycanlılarının həmrəyliyini qorumaq, vahid məkanda fəaliyyəti əlaqələndirmək çox ciddi məsələdir. Çünki hazırda “informasiya zəhərlənməsi”nin çox sürətlə yayıldığı zaman kəsiyində, xüsusilə də sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatından sonra başlanmış Vətən müharibəsinin gedişində Azərbaycanı tək qoymaq olmaz. Yəni ölkəmizin haqq davası ilə bağlı doğru məlumatları dünya ictimaiyyətinə çatdırmaq üçün dünyanın müxtəlif qütblərinə, bölgələrinə səpələnmiş azərbaycanlıları da prosesə cəlb etmək, onların dəstəyini qazanmaq, prosesdə iştiraklarına nail olmaq vacib idi və son günlər müşahidə olunanlar Diasporla İş üzrə Dövlət Komitəsinin, həmçinin Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin öncüllüyü ilə bu istiqamətdə aparılan işlərin uğurla davam etdiyindən xəbər verir. Son günlər xarici ölkələrin yazılı və elektorn KİV-lərində Azərbaycanın haqq davası haqqında çoxsaylı məqalə, müsahibə və məlumatların dərc edilməsi də deyilənləri təsdiqləyir.
Yeri gəlmişkən, sentyabrın 27-də Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diaspor nümayəndələrinə müraciət edib. Müraciətdə deyilir: “Əziz həmvətənlər, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən, sentyabrın 27-si saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qaravənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Hazırda Azərbaycan Respublikası silahlı qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirləri həyata keçirir. Azərbaycan Ordusu qüdrətlidir, Ermənistanın hərbi təxribatlarına layiqli cavab verməyə və işğal olunmuş torpaqlarımızı düşməndən azad etməyə hazırdır”.
(davamı növbəti sayımızda)
Nüşabə Hüseynova
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) "Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması" layihəsi çərçivəsində dərc olunub
Xəbər lenti
Hamısına baxAnalitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31

