Azərbaycan həqiqətləri Dənizlidə təbliğ olunur
13.10.2020 [08:47]
Türkiyənin bu şəhərindəki azərbaycanlı tələbə və gənclərin diaspor quruculuğu işinə daha yaxından cəlb olunması üçün addımlar atılır
Yaşadığımız 2020-ci il tarixdə bir çox hadisələrlə yadda qalmaqdadır. Bu il həm də ölkəmizdə “Könüllülər ili”dir. Azərbaycanın beynəlxalq aləmdə imicinin formalaşmasında diaspor könüllüləri bu il xüsusilə fəal şəkildə iştirak etməyə başladılar. Bu il iyul ayının 12-də və sentyabrın 27-də düşmənin növbəti təxribatlarından sonra Azərbaycan həqiqətlərinin, Ermənistan tərəfindən Dağlıq Qarabağda və digər işğal olunmuş Azərbaycan torpaqlarında törədilən qətliamlar haqqında məlumatların dünya birliyinə çatdırılmasında diaspor könüllülərinin fəallığı isə xüsusi olaraq müşahidə edilməkdədir. Diaspor təmsilçilərimiz tərəfindən dünyanın müxtəlif ölkələrində keçirilən etiraz aksiyalarında həmin ölkələrdəki azərbaycanlı gənclərin fəallıq nümayiş etdirdiklərinin şahidi olduq.
Beləliklə, dünyanın dörd bir tərəfində yaşayan soydaşlarımız, eləcə də, xaricdə işləyən və təhsil alan gənclərimiz sıx birləşərək daha mütəşəkkil şəkildə haqq səsimizi dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışırlar. Bu dəfə biz belə gənclərdən ikisi ilə sizi tanış edəcəyik. Hər ikisi qardaş Türkiyənin Dənizli şəhərindəki Pamukkale Universitetinin tələbəsidir. Beləkilə, ilk müsahibimiz İslam Məmmədovdur.
İslam Məmmədov: “Ölkəmizi tanıtmaq üçün tədbirləri gözləməyə ehtiyac yoxdur”
– İslam, özünüz barədə məlumat verin. Dənizliyə gedən yolunuz haradan başladı?
– 2015-2019-cu illərdə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin Türkiyə üzrə Regionşünaslıq ixtisası üzrə təhsil almışam. Qeyri-təvazökarlıq olmasın, fəal tələbə olmuşam, müxtəlif yerli və xarici layihələrdə, həmçinin, simpozium və konfranslarda iştirak etmişəm. İntellektual oyunlar və debat turnirlərinə də böyük marağım olub deyə həm iştirakçı, həm də təşkilatçı olaraq qatılmışam. 2019-cu ildən Türkiyə Bursları proqramı ilə Türkiyənin Pamukkale Universitetində Müasir türk dilləri və ədəbiyyatları ixtisası üzrə magistr dərəcəsi üzrə təhsil alıram. Bu seçimi BDU-da qazandığım ixtisas zəruri etdi.
– Dənizli şəhərində, eləcə də, təhsil aldığınız Pamukkale Universitetində yəqin ki, müxtəlif ölkələrdən gənclər, tələbələr var. Hər kəs də öz mədəniyyətinin, tarixinin və milli-mənəvi dəyərlərinin daşıyıcısıdır. Bəs, azərbaycanlı tələbələr bunun məsuliyyətini yetərincə dərk edirlərmi?
– Tanıdığım və rastlaşdığım əksər azərbaycanlı tələbələr, özüm də daxil olmaqla, bilirlər ki, onlar xaricdə təkcə özlərini deyil, ümumilikdə, ölkəmizi təmsil edirlər. Hər biri Azərbaycan haqqında formalaşan fikirdə vacib pay sahibidir. Bizim özümüzü hansı yöndən tanıtmağımız, tədrisə, təlimə, ümumi kollektivə, çevrəmizə olan münasibətimiz xalqımız barədə fikir formalaşdırır. Bu mənada, vəziyyətin qənaətbəxş olduğunu düşünürəm.
– Orada Azərbaycan diasporu necə təmsil olunub? Onların fəaliyyətində iştirak edirsinizmi?
– Doğrusu, Dənizli şəhərində diasporun fəaliyyəti ilə yaxından tanış olmamışam. Ümumiyyətlə, bu istiqamətdə bəzi boşluqların olduğunu düşünürəm. Məncə, Dənizlidə azərbaycanlılar çox olsalar da, hansısa qurum daxilində birləşdirkləri o qədər də hiss olunmur.
– Bəs, həm ümumilikdə Azərbaycan, həm də Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri ictimaiyyətə çatdırmağın yollarını tələbə gənc olaraq nədə görürsünüz?
– Azərbaycanlı tələbələr kifayət qədər hazırlıqlı və məlumatlı olsalar da, bizdən öncə bəzən resurs çatışmazlığından əziyyət çəkiblər. Bunun bir səbəbi də həmin tələbələrin hər hansı tədbir keçirmək üçün lazımi vəsaitlərin, avadanlıqların əldə edilməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət etməməsi olub. Ancaq bu ilin əvvəlində Şəmsiyə İsmayıllının Komitəyə etdiyi müraciət dərhal müsbət qiymətləndirildi. Ölkəmiz, o cümlədən Xocalı faciəsi, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin əks olunduğu, həmçinin Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi işlərdən bəhs edən müxtəlif dillərdə nəşr edilmiş kitablarla təmin edildik. Ümumiyyətlə, hesab edirəm ki, Dağlıq Qarabağ məsələsi xüsusilə vacib və ciddi mövzudur. Bu mövzu hər zaman hər bir azərbaycanlının gündəmində olmalıdır.
– Maraqlıdır, şəxsən siz Vətənimizi, mədəniyyətimizi, tarix və milli adət-ənənələrimizi tanıtmaq istiqamətində hansı addımları atmısınız?
– Ümumilikdə, fəaliyyətim az olmayıb. İstər mədəniyyət, istər tarix, istər kulinariya, istərsə də coğrafiya baxımından ətrafımdakı insanları məlumatlandırmağa çalışmışam. Son olaraq bu il fevralın 28-də isə Pamukkale Universitetinin təşkilatçılığı ilə "Qətliamdan soyqırımına – Xocalı" adlı konfrans keçirildi. Bu tədbirdə mən də iştirak etdim. Universitetin Fənn-Ədəbiyyat fakültəsinin nəzdində yaradılan Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları Bölümünün və bu ali təhsil ocağının nəzdində fəaliyyət göstərən Dənizli Sosial Bilimlər Məslək Yüksəkokulunun da dəstək verdiyi tədbirdə öncə Xocalı soyqırımının qurbanlarının xatirəsi yad edildi, həmçinin Azərbaycanın və Türkiyənin dövlət himnləri oxundu. Xocalı faciəsi haqqında videofilmin nümayişi oldu və çıxışlar oldu. Təəssüf ki, pandemiya səbəbindən Novruz bayramı ilə bağlı düşündüyümüz ideyaları həyata keçə bilmədik.
– Dənizlidə azərbaycanlı tələbələrin mütəşəkkilliyi özünü nədə göstərir? Və bunun ölkəmizə, xalqımıza hansı faydaları dəyir?
– Azərbaycanlı tələbələr arasında birlik var. Birliyin olması, xüsusilə də, xaricdə çox yaxşı haldır. Təbii ki, bu həm fərdlər, həm də ölkə üçün müsbət nəticələr doğurur.
(davamı növbəti sayımızda)
Nüşabə Hüseynova
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) "Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması" layihəsi çərçivəsində dərc olunub
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

