/ / Ədliyyə naziri Almaniyanın ölkəmizdəki səfirini Ermənistanın müharibə cinayətləri barədə məlumatlandırıb
Ədliyyə naziri Almaniyanın ölkəmizdəki səfirini Ermənistanın müharibə cinayətləri barədə məlumatlandırıb
20.10.2020 [09:41]
Oktyabrın 19-da Ədliyyə naziri Fikrət Məmmədov Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Volfqanq Maniqlə onun xahişi ilə görüşüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişafını qeyd edən nazir ölkələrimizin Ədliyyə nazirliklərinin səmərəli qarşılıqlı fəaliyyətini, o cümlədən hüquqi sahədə Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) və Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu (İRZ) ilə sıx əlaqələrini vurğulayıb.
Nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və beynəlxalq aləmdə təqdir olunan məhkəmə-hüquq islahatlarından danışıb, bu sahədə alman ekspertlərinin iştirakını qeyd edib.
Görüşdə səfir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, xüsusilə son vaxtlar dinc əhaliyə qarşı törətdiyi müharibə cinayətləri barədə məlumatlandırılıb. Bildirilib ki, razılaşdırılmış humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan tərəfindən insanların sıx yaşadığı şəhər və rayonlarımız ağır artilleriya atəşinə məruz qalıb, təmas xəttindən on kilometrlərlə uzaqda yerləşən Gəncə şəhərinə endirilmiş raket zərbələri nəticəsində qadınlar və uşaqlar olmaqla 25 nəfər həlak olub, 120-dən çox insan yaralanıb. Bütövlükdə isə 61 dinc vətəndaş vəfat edib, 282 nəfər xəsarət alıb, 2200 mülki infrastruktur obyekti yararsız vəziyyətə düşüb. Ermənistan törətdiyi bu müharibə cinayətləri ilə beynəlxalq humanitar hüquq normalarını, 1949-cu il Cenevrə Konvensiyalarını kobud surətdə pozur.
Həmçinin qeyd olunub ki, işğal altındakı ərazilərimizdə qeyri-qanuni iqtisadi fəaliyyəti, Azərbaycana aid tarixi, mədəni və digər abidələrin dağıdılması və ya adlarının saxtalaşdırılması, qanunsuz məskunlaşdırma siyasətini həyata keçirən və bununla da torpaqlarımızı qaytarmaqda niyyətinin olmadığını göstərən Ermənistan rəhbərliyi açıq-aşkar müharibəyə təhrik edən bəyanatları ilə çıxış edərək danışıqlar prosesini tam pozub.
Bütün bunların Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən BMT Baş Assambleyasının 75-ci sessiyasında dünya ictimaiyyətinin diqqətinə çatdırıldığı vurğulanıb.
Eyni zamanda, Almaniya Bundestaqı deputatlarının qanunsuz olaraq işğal altındakı torpaqlarımıza səfərinin təəssüf doğurduğu bildirilib. Səfir V.Maniq həmin deputatların ölkəsinin məhkəmə qərarlarına əsasən faşist mövqeyi ilə seçilən radikal partiya təmsilçiləri olduqlarını söyləyib, Federal Hökumətin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. O, son hadisələrlə bağlı dəqiq və dolğun məlumatlara görə təşəkkürünü ifadə edib, Azərbaycan həqiqətlərinin ölkəsində daha geniş təbliğ olunmasının əhəmiyyətini qeyd edib. Səfir Azərbaycanın dostu olduğunu bildirərək, ölkəmizin tolerantlığını vurğulayıb, ikitərəfli əlaqələrin genişləndirilməsinə hazır olduğunu diqqətə çatdırıb. Bildirib ki, Almaniyanın Avropa İttifaqında bu yaxınlarda edəcək sədrliyi əməkdaşlıq üçün əlavə imkan yaradacaq. Səfir, həmçinin Ədliyyə Nazirliyi ilə sıx əlaqələri yüksək qiymətləndirib.
Söhbət zamanı iki ölkə arasında ədliyyə sahəsində qarşılıqlı fəaliyyətin perspektivlərinə toxunulub, hüquqi yardım, ekstradisiya və digər əməkdaşlıq edilə bilən yeni sahələrlə bağlı faydalı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45

