/ / Şeyxülislam Allahşükür Paşazadə: Ermənilər guya xristian məbədlərinin dağılmasını bəhanə gətirərək, müsəlman və xristian aləmini üz-üzə qoymaq istəyirlər
Şeyxülislam Allahşükür Paşazadə: Ermənilər guya xristian məbədlərinin dağılmasını bəhanə gətirərək, müsəlman və xristian aləmini üz-üzə qoymaq istəyirlər
21.10.2020 [09:17]
Azərbaycan dindarları adından konfransa ev sahibliyi edən Türkiyə Respublikası Diyanet İşleri Başkanlığına və onun dəyərli rəhbəri, qardaşım Ali Erbaş həzrətlərinə dərin ehtiramımı bir daha izhar edir, Rəbbimdən bütün səy və fəaliyyətlərimizə yardımçı olmasını diləyirəm. İslam dünyasının və bütün bəşəriyyətin dini və siyasi zəmində narahat günlər yaşadığı bir dövrdə İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin dini rəhbərlərinin məşvərət toplantısının təşkil edilməsi həm düzgün təşəbbüs, həm də məntiqi bir qərar kimi dəyərləndirilməlidir. Çünki məhz bu gün - minlərlə günahsız insanın həlak olduğu, dövlətlərin miqrant ordusu və virus bəlası ilə üzləşdiyi, dünyanın müharibələr və terrorizm savaşı ilə sarsıldığı bir dönəmdə müsəlman aləmi özünün sülh məramını və qarşılıqlı ehtiram məfkurəsini bir daha bəşəriyyətə bəyan etməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İstanbulda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dini liderlərinin videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.
Qarabağdakı mövcud vəziyyətlə bağlı İƏT üzvü olan ölkələrin dini liderlərinə məlumat verən bütün Qafqazın Şeyxi çıxışında Ermənistanın islamofob ölkə olduğunu və ermənilərin guya xristian məbədlərinin dağılmasını bəhanə gətirərək məkrli niyyətləri ilə müsəlman dünyasını xristian aləmi ilə üz-üzə qoymaq istədiyini bildirib
Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycan torpaqlarının 20 faizi 30 ildən artıqdır işğal altında saxlanılır. Azərbaycan Ermənistan dövləti ilə münaqişəni sülh yolu ilə aradan qaldırmaq üçün illərlə səylər göstərib. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən zəbt edilməsi, Xocalı şəhərində mülki əhalinin amansız qətliamı, 1 milyondan artıq soydaşımızın məcburi köçkünə çevrilməsi, işğal olunmuş ərazilərimizdə tarixi-mədəni abidələrin məhv edilməsi xalqın səbrini daşdırıb. Müharibə qanunlarını, beynəlxalq hüququn normalarını pozan, BMT-nin 4 qətnaməsini, Cenevrə konvensiyalarının maddələrini nəzərə almayan Ermənistan qadağan olunmuş raketlərdən istifadə edərək təmas xəttindən xeyli uzaqda yerləşən Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Goranboy, Xızı şəhər və rayonlarını, kənd və qəsəbələri atəşə tutub. Nəticədə 5-i uşaq olmaqla 46 mülki şəxs həlak olub, 200 nəfərdən çox insan yaralanıb, mindən çox ev və mülki obyekt dağıdılıb.
Şeyxülislam erməni təcavüzünü qətiyyətlə qətnamələrin qəbuluna, Azərbaycan gerçəklikləri, xüsusən Xocalı soyqırımı haqqında çoxsaylı bəyanatlar verdiyinə, həmçinin bölgəmizdə baş verən son hadisələr ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə, Ermənistanın hərbi təxribatlarını kəskin şəkildə qınayan müraciətlər etdiyinə görə İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Useyminə Azərbaycan xalqı adından dərin təşəkkürünü bildirib.
Allahşükür Paşazadə qeyd edib ki, illər boyu Ermənistan dövlətinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri ört-basdır etmək istəyən qüvvələr bu gün də ikili standartlarla erməni terrorizminə və azərbaycanlılara qarşı törədilən soyqırımına haqq qazandırmaq niyyətindədirlər. Onlar guya xristian məbədlərinin dağılmasını bəhanə gətirərək məkrli niyyətləri ilə müsəlman dünyasını xristian aləmi ilə üz-üzə qoymaq istəyirlər. Halbuki, məhz ermənilər tərəfindən bizim məbədlərə qarşı vandalizm aktları törədib, hətta zəbt olunan torpaqlarımızda yerləşən məscidlərdə donuz saxlamaqdan belə çəkinməyiblər. Özlərini məzlum qurban kimi göstərsələr də, həqiqətin bir adı var: Ermənistan islamofob və işğalçı dövlətdir, onun yalan təbliğatlarına inanmaq haqqın yox, zalimin yanında olmaq deməkdir! Əminik ki, Xocalıda 613 nəfəri işgəncələrlə qətlə yetirərək soyqırımı aktı törədənlər, eyni vəhşiliklərini bu gün Gəncədə mülki əhaliyə qarşı davam etdirənlər, günahsız insanların, məsum körpələrin qanlarının axmasına bais olanlar, həm bu dünyada tarix qarşısında, həm də qiyamət günü Allah-Təala qarşısında layiqli cəzadan yaxa qurtara bilməyəcəklər. Biz bir daha beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə müraciət edərək, Ermənistanın qəsbkar rejiminə qarşı sanksiyalar tətbiq etməyə, xüsusilə İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətləri Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstək verməyə və ən əsası, haqqın tərəfdarı olmağa çağırırıq.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

