“Hücum diplomatiyası: strateji reallıqlar nəyi ifadə edir?”
31.10.2020 [08:31]
“Yeni Azərbaycan”qəzeti KİVDF-nin elan etdiyi müsabiqə üzrə bu mövzuda onlayn “dəyirmi masa” keçirib
“Yeni Azərbaycan” qəzeti Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) elan etdiyi müsabiqə üzrə layihələrin icrası çərçivəsində müvafiq mövzuların müzakirəsi ilə bağlı onlayn “dəyirmi masa”ları davam etdirir. Oktyabrın 30-da növbəti “dəyirmi masa” “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi” istiqaməti üzrə “Hücum diplomatiyası: strateji reallıqlar nəyi ifadə edir?” mövzusunda keçirilib.
“Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru, layihə rəhbəri Nurlan Qələndərlinin moderatorluğu ilə keçirilən “dəyirmi masa”da politoloqlar Ramiz Alıyev və Şəbnəm Həsənova iştirak ediblər.
Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin strateji diplomatiya siyasəti və hücum diplomatiyasından ətraflı bəhs olunub. Diqqətə çatdırılıb ki, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, həmçinin etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs ölkəmizin maraqlarının təmin olunmasına xidmət edir, qarşıya qoyulan strateji hədəflərə çatmağa imkan verir. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun ən mühüm prioritetlərindən biri Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaqdır. Bu istiqamətdə həm uğurlu hücum diplomatiyası həyata keçirilir, həm ölkəmizin hərbi qüdrəti kifayət qədər artırılıb.
Onlayn “dəyirmi masa”da vurğulanıb ki, Azərbaycan Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olsa da, imitasiya naminə danışıqlarda iştirak etmək niyyətində olmadığını dəfələrlə bəyan edib. Ermənistan isə qeyri-konstruktiv mövqe ilə danışıqlar prosesini pozub. Ermənistanın hərbi təxribatının qarşısını layiqincə alan qüdrətli Azərbaycan dövləti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz qətiyyət və güclü iradə nümayiş etdirir, müzəffər Azərbaycan Ordusu əks-hücum əməliyyatlarını uğurla davam etdirir. Azərbaycan uzun illər mövcud olmuş status-kvonu aradan qaldırıb, təmas xəttini ləğv edib. Şübhəsiz ki, ordumuzun döyüş meydanında qazandığı uğurlar diplomatik müstəvidə də üstünlüyümüzü şərtləndirib. Bundan sonra ölkəmiz diplomatiya cəbhəsində diktə edən tərəf kimi çıxış edir. Bildirilib ki, bütövlükdə Azərbaycanın Ermənistan üzərində hərbi və siyasi-diplomatik üstünlüyü ölkəmizin ərazi bütövlüyünün tam təmin olunmasına imkan verir.
Onlayn “dəyirmi masa”da mövzu ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54

