Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi milli mədəniyyətimizin, adət-ənənələrimizin təbliği və qorunması ilə bağlı tədbir keçirib

Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi milli mədəniyyətimizin, adət-ənənələrimizin təbliği və qorunması ilə bağlı tədbir keçirib

03.11.2020 [09:35]

Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Milli mədəniyyətimizin, adət-ənənələrimizin təbliği və qorunması istiqamətində beynəlxalq onlayn konfransların təşkili” layihəsi çərçivəsində tədbir keçirib.
İctimai Birliyin sədri Xoşbəxt Seidova layihə haqqında geniş məlumat verib. O qeyd edib ki, layihənin məqsədi xaricdə yaşayan soydaşlarımızı, o cümlədən gənclərimizimilli mədəniyyətimiz, incəsənətimiz, tarixi həqiqətlərimiz, adət və ənənələrimizlə tanış etmək, onlarda milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirməkdir.
Onun sözlərinə görə, vətənpərvərlik şəxsiyyəti səciyyələndirən ən mühüm keyfiyyətlərdən biri olduğu üçün uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, milli ideyanın xüsusilə təhsil müəssisələrində təbliğ olunması böyük əhəmiyyətə malikdir.
Tədbirdə Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, professor Hikmət Babaoğlu, Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və protokol şöbəsinin baş məsləhətçisi İlqar Məcidli, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun direktor müavini Məlahət Fərəcova iştirak və çıxış ediblər. Çıxışlarda milli mədəniyyətimizin, adət-ənənələrimizin təbliği və qorunmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Paylaş:
Baxılıb: 728 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30