/ / Mark Şnayer: Dünya ictimaiyyəti Azərbaycanın multikulturalizm sahəsində nailiyyətlərini yüksək dəyərləndirir
Mark Şnayer: Dünya ictimaiyyəti Azərbaycanın multikulturalizm sahəsində nailiyyətlərini yüksək dəyərləndirir
04.02.2021 [09:35]
Fevralın 3-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayerlə görüşüb.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Şeyxülislam A.Paşazadə Azərbaycandakı tolerant mühitdən söhbət açaraq, ölkəmizdə əsrlərdən bəri multikultural dəyərlərin son dərəcə önəmli yer tutduğunu, müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını diqqətə çatdırıb. Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək uğrunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə apardığı 44 günlük Vətən müharibəsində bir yumruq kimi birləşən Azərbaycan vətəndaşları arasında yəhudi xalqının nümayəndələrinin də olduğunu bildirən Şeyxülislam A. Paşazadə yəhudilərin də şəhidlik zirvəsinə ucaldığını fəxrlə vurğulayıb. Bildirib ki, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov yolunun davamçıları, yəhudi milliyyətindən olan şəhidlərimizin xatirəsi bizim üçün əzizdir. Azərbaycan Prezidentinin Şuşada etdiyi çıxışda vurğuladığı kimi, Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərdə ölkəmizdə yaşayan bütün millətlərin və dinlərin nümayəndələrinin rolu olub. QMİ sədri vurğulayıb ki, dövlətimiz azad olunmuş Qarabağ torpaqlarında quruculuq-bərpa işlərini həyata keçirdikdən, məhv edilmiş dini-mənəvi abidələrimizi dirçəltdikdən sonra orada multikultural ənənələrimizə uyğun həyat bərqərar olacaqdır.
Şeyxülislam A.Paşazadə Mark Şnayeri Azərbaycanın, xalqımızın dostu kimi dəyərləndirib, ölkəmizin haqlı mübarizəsinə həmişə dəstək verməsinə görə ona dərin minnətdarlığını bildirib. QMİ sədri dünyada, o cümlədən ABŞ-da ermənilər tərəfindən Azərbaycana qarşı aparılan mənfur kampaniyaları, məkrli şəkildə yayılan təxribatçı mahiyyətli informasiyaları qonağın diqqətinə çatdırıb. Qeyd edilib ki, Azərbaycan dövlətinin tolerant, multikultural imicinə qətiyyən uyğun gəlməyən qərəzli, uydurma məlumatların qarşısının alınmasında ABŞ-ın nüfuzlu yəhudi icmasının rolu böyük ola bilər.
Səmimi qəbula görə təşəkkürünü bildirən ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayer öz növbəsində Azərbaycandakı multikultural və tolerant mühiti yüksək qiymətləndirdiyini, Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin, o cümlədən ABŞ-dakı yəhudi icması ilə əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Mark Şnayer Azərbaycan Prezidenti İlham Əliyev və QMİ sədri ilə hər görüşündən gözəl təəssüratlar yaşadığını, Bakıda və ABŞ-da keçirdikləri görüşləri, habelə dövlətimizin başçısının elan etdiyi Multikulturalizm, İslam Həmrəyliyi illəri çərçivəsində keçirilmiş tədbirlərdə iştirakını məmnunluqla xatırladıb. Azərbaycanda müxtəlif xalqların və etnik qrupların, o cümlədən yəhudi icması nümayəndələrinin dinc yanaşı və əmin-amanlıq şəraitində yaşamaları üçün hər cür şəraitin yaradıldığını qeyd edən Mark Şnayer onların Azərbaycanın ictimai həyatında fəal iştirak etdiyini, hörmət, ehtiram gördüklərini xüsusi vurğulayıb.
Bildirilib ki, multikulturalizm siyasəti vasitəsilə etnik-mədəni və dini müxtəlifliyin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətləri dünya ictimaiyyəti yüksək dəyərləndirir. Azərbaycanın qlobal ideyalarının dünyaya yayılmasına hər zaman dəstək olacağını bildirən M.Şnayer rəhbərlik etdiyi ABŞ Etnik Anlaşma Fondunun bu işə töhfəsini əsirgəməyəcəyini qeyd edib. QMİ sədrinin fikirlərinə münasibət bildirən qonaq diqqətə çatdırıb ki, erməni lobbisinin ABŞ-da Azərbaycanın əleyhinə apardığı çirkin kampaniyalara qarşı hər zaman olduğu kimi, yenə də Azərbaycan həqiqətləri ilə mübarizə aparırıq - sübutlarla bəyan edirik ki, Azərbaycan dövləti nəinki öz ölkəsində, İslam dünyasında, bütün dünyada dinlərarası münasibətlərdə nümunəvi dialoq və əməkdaşlıq təcrübəsinə malikdir, multikultural həyat modelini yaşadır. Etnik anlaşma Fondunun rəhbəri Mark Şnayer ABŞ-ın NBC kanalında hər həftə ravvin kimi çıxışlar etdiyini, bu həftəki çıxış-moizəsində Azərbaycana səfərindən bəhs edəcəyini, Azərbaycan Prezidenti və Şeyxülislamı ilə görüşlərindən xoş təəssüratlarını bölüşəcəyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycandakı dini konfessiyaların rəhbərləri - Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr İşeyin, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski iştirak ediblər.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

