Azərbaycanın Baş Prokurorluğunun nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir
18.02.2021 [09:00]
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində qardaş ölkənin Ali Məhkəməsinin sədri Mehmet Akarca ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimizin prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilərək, ötən müddətdə hakimlərin və prokurorların ixtisaslarının artırılması məqsədilə qarşılıqlı səfərlərin təşkilinə və səmərəli hüquqi əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub.
Baş prokuror qeyd edib ki, ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk anlarından Türkiyə Respublikasının rəhbərliyi və qardaş türk xalqı ölkəmizə siyasi və mənəvi dəstək nümayiş etdirməklə bir millət, iki dövlət olduğumuzu bir daha bütün dünyaya göstərdi.
Mehmet Akarca Vətən müharibəsində qazanılmış Qələbə münasibətilə ölkəmizi və xalqımızı bir daha təbrik edərək Türkiyənin daim qardaş Azərbaycan xalqının yanında olduğunu bildirib və Azərbaycanı hər zaman olduğu kimi gələcəkdə də dəstəkləyəcəyini qeyd edib.
Daha sonra nümayəndə heyətinin Türkiyənin Ədliyyə Akademiyası ilə tanışlığı olub.
Akademiyanın rektoru Muhittin Özdemir ilə görüşdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin Türkiyənin Ədliyyə Akademiyası ilə əməkdaşlığının perspektivləri, ölkəmizin prokuror və müstəntiqlərinin Türkiyənin Ədliyyə Akademiyasında keçirilən ixtisasartırma kurslarında iştirakı məsələləri müzakirə olunub.
Həmçinin nümayəndə heyəti Ankara bölgə apellyasiya məhkəməsini ziyarət edərək məhkəmənin Baş prokuroru Hüseyn Çinar və sədri Ramazan Aksan ilə görüşüb. Nümayəndə heyəti prokurorluğun və məhkəmənin fəaliyyəti haqqında məlumatlandırılıb, yaradılmış şərait, iclas zalları və dindirmə otaqları ilə tanış olub.
Görüşlərdə ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim də iştirak edib.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

