Azərbaycanda koronavirus pandemiyasına qarşı sistemli mübarizə aparılır
02.04.2021 [22:36]
Məlum olduğu kimi, bu gün dünya ölkələri koronavirus pandemiyası ilə mübarizəyə səfərbər olunub. Azərbaycan da bu baxımdan istisna deyil. Qeyd edək ki, ötən ilin əvvəllərindən başlayaraq ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlər sayəsində müsbət nəticələr əldə edilib.
Məsələ ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru Rəşad Mahmudov bildirib ki, koronavirusla mübarizədə “qızıl açar” rolunu oynayan vaksinlərin ölkəyə vaxtında gətirilməsi təqdirəlayiqdir: “Ölkəmizdə peyvəndləmə işinə Avropanın qabaqcıl ölkələri ilə birlikdə start verildi. Azərbaycan həm də Cənubi Qafqazda xəstəliklə mübarizədə peyvənd prosesinə ilk başlayan ölkədir. Təsadüfi deyil ki, Azərbaycan peyvənd olunmuş əhalinin faizinə görə MDB regionunda liderdir”.
Millət vəkilinin sözlərinə görə, əhalinin xeyli hissəsi artıq peyvənd olunub və insanlar bunun faydasını anlayırlar: “Vaksinasiya işi davam edir və Azərbaycan qalan əhalinin də peyvənd olunması üçün bütün mümkün tədbirlərdən istifadə edir. Yaxın bir il ərzində əhalinin 70 faizinin peyvənd olunması qarşıda duran vacib məsələdir. Bu, bizim sağlam və təhlükəsiz həyatımızın təmin olunması deməkdir”.
Tibb elmləri doktoru vaksinasiyanın faydasından da danışıb: “Vaksin olunan insanlar ay yarımdan sonra orqanizmdə yaranan immunitet və anticisimlər səbəbindən özünü gələcəkdə baş verəcək ağırlaşma halına qarşı hazırlayır. Yəni həm tibbi nöqteyi-nəzərdən, həm də psixoloji cəhətdən insan buna hazır olur. Peyvənd olunan insanların sayının artması, təbii ki, xəstəliklə mübarizədə təhlükəsizliyin təminatıdır”.
“Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə COVID-19-un ölkəmizdə yayıldığı ilk günlərdən vəziyyəti nəzarətə götürüb, genişmiqyaslı tədbirlər həyata keçirməyə başlayıb, istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələləri uğurla həll edib”. Bu fikirləri isə Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
Millət vəkilinin sözlərinə görə, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, ümumi strategiyanın həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb, ölkədə karantin rejimi tətbiq olunub, səhiyyə sisteminin restruktizasiyası, tibbi sənayenin inkişafı fonunda COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı laborator testlər Azərbaycana gətirilib, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar, karantin zonaları yaradılıb, eləcə də modul tipli xəstəxanalar qurulub. Deputat qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkəmizdə koronavirusla mübarizədə görülən tədbirləri çox yüksək qiymətləndirərək digər ölkələri də Azərbaycanın təcrübəsindən yararlanmağa çağırıb: “Bütövlükdə, Azərbaycan dövləti pandemiya ilə mübarizədə bir sıra qlobal təşəbbüslərlə çıxış edib. Bu təşəbbüslər beynəlxalq təşkilatlar tərəfindən təqdir olunub”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45

