/ / Milli Məclis sədrinin müavini: Ermənistan rəhbərliyinin apardığı təcavüz siyasəti bu dövlətin tənəzzülünə səbəb oldu
Milli Məclis sədrinin müavini: Ermənistan rəhbərliyinin apardığı təcavüz siyasəti bu dövlətin tənəzzülünə səbəb oldu
25.05.2021 [08:54]
Mayın 24-də Milli Məclis sədrinin müavini Adil Əliyev Vətən müharibəsində arxa cəbhədə fəallıq göstərmiş gənclər, siyasi şərhçilər və jurnalistlərlə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, A.Əliyev Vətən müharibəsindən söhbət açaraq onun şanlı tariximizin ən böyük hadisələrindən biri olduğunu deyib, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Ordumuzun 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı düşmən təcavüzündən həmişəlik azad etməsinin hamımıza qürur yaşatdığını diqqətə çatdırıb. Bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən ordu quruculuğu, yüksək ixtisaslı hərbi kadrların hazırlanması döyüş meydanında düşmənə ağır zərbənin vurulması ilə nəticələndi. Müharibədə qazanılmış Qələbənin diplomatik müstəvidə uğurla davam etdirilməsi isə bir neçə rayonumuzun düşmən tərəfindən dərhal boşaldılmasını təmin etdi.
Milli Məclis sədrinin müavini son 6 ayda Ermənistanda davam edən xaosun səbəbinin müharibədəki məğlubiyyətin olduğunu diqqətə çatdıraraq, 30 illik işğal siyasətindən əl çəkməyən, hər addımda humanitar hüququn tələblərini kobud şəkildə pozan Ermənistanın bununla da özünü regionda həyata keçirilən bütün layihələrdən kənarda qoyduğunu vurğulayıb. Qeyd edib ki, bu gün Ermənistanda da başa düşürlər ki, böyük səhvə yol veriblər, vaxt itiriblər. Ölkələri müstəqillik əldə etdikdən sonra inkişaf yolu ilə getməyə başlasaydı, indi bu vəziyyətdə olmazdı. İtirilən bu illər Ermənistanın daha da müflisləşməsinə səbəb olub. Vətən müharibəsindəki məğlubiyyət isə Ermənistan dövlətinin vəziyyətini daha da gərginləşdirib.
Adil Əliyev bildirib ki, Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinin əsasını qoyub. Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi ilə eyni vaxtda “Xarıbülbül” musiqi festivalının yenidən Şuşada təşkil edilməsi isə Qarabağa yeni nəfəs gətirdi.
Səmimi görüşə görə təşəkkürlərini bildirən gənclər bundan sonra da istər yerli, istərsə də xarici media orqanları vasitəsilə ölkəmizin haqq səsinin dünyaya çatdırılmasına çalışacaqlarını qeyd ediblər. Bildiriblər ki, Ermənistanın minalanmış sahələrin xəritəsini təqdim etməməklə törətdiyi növbəti humanitar hüququn pozulması faktı barədə geniş məlumat verəcək, habelə şəhid və qazi ailələrinin qayğılarını hər zaman diqqət mərkəzində saxlayacaqlar.
Sonda görüş iştirakçılarına Vətən müharibəsində arxa cəbhədə göstərdikləri xidmətlərə görə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim edilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43

