Şuşa var! Şuşalılar da olacaq!
05.04.2022 [10:56]
İlhamə HƏKİMOĞLU
Şuşa ilində şuşalı jurnalist Hikmət Sabiroğluya bir-iki sualla üz tutduq.
28 il yarımlıq işğal dönəmində Şuşa onun da xatirələrində yaşayıb, deyir, elə yazım olmayıb ki, Şuşanın adı, havası keçməmiş olsun.
Onun Şuşa səfəri barədə təəssüratını oxuyanda elə ilk sətirlərindən yurd həsrətinin qoxusunu alırsan, onun gözləri ilə xaraba qalmış yurd yerinə, ata ocağına baxıb o pərişanlığı yaşayırsan. Onunla birlikdə qəhərlənib, onunla birlikdə gəzib-dolanırsan Şuşanın məhəllələrini, baxımsızlıqdan kol-kos basmış yollarını, cığırlarını: “Evimiz hələ şəhər işğal olunmamış, 1992-ci il martın 14-də düşmənin raket atəşindən yanıb dağılmışdı. O evdən, həyətdən qalan bir hasarın yarısıdır. Oranı da cəngəllik basıb.
Sutka yarıma yaxın Şuşada oldum, üç dəfə Mirzə Həsən qəbiristanlığına getsəm də, babamın və atamın dəfn olunduğu yeri tapa bilmədim. Tək-tük qəbir yarısalamat qalıb.
Şəhəri gəzdim. Viran qalıb hər yan. Salamat evlər belə insan nəfəsinə həsrət qalıb deyə qəddini əyib. Elə bil daş-divar əriyib...
Bir şeyə gücü çatmayıb düşmənin Şuşada... O da havadır. Bircə hava həmənkidir”.
Yazır ki, illər uzunu həyətimizin girəcəyindəki armud ağacına sarılıb ağlamağı xəyal eləmişdim: “Kəsiblər. Yoxa çıxarıblar”.
1992-ci ilin yazında armud ağacının yanından ötüb ayrılığa doğru getdiyimi düz 20 il sonra qələmə almışam. O yazının son cümləsini xatırlayıram: “Ayrılığın əvvəli varsa, yəqin sonu da olar...”.
Ayrılığın sonu varmış Hikmət müəllim. İndi azad Şuşanın yubileyini etməyə hazırlaşırıq.
Bu yerdə Hikmət Sabiroğlu bir qeydi vacib bilir: “2022-ci ilin Şuşa ili elan olunması həm də şəhərin 270 illiyi ilə əsaslandırılıb. Amma 2022-ci ildə Şuşa şəhərinin 272 yaşı tamam olur. Bütün tarixi mənbələr Şuşa şəhərinin əsasının 1750-ci ildə qoyulduğunu göstərir. Gözümüzü açandan bu tarixə öyrəşmişik. 1992-ci ildən düşmən əlində olan Şuşanı şanlı Azərbaycan əsgəri şəhərin 270 illiyində, 2020-ci ildə əsl sahiblərinə qovuşdurdu. Aydındır ki, həmin il yubiley keçirməyə imkan yox idi. Mən 2022-ci ildəki yubileyə məhz həmin qələbə ilində mümkün olmamış yubiley kimi baxıram!”
Şuşa Azərbaycana saysız-hesabsız ziyalı bəxş edib, bu ziyalılar Azərbaycan mədəniyyətinin inkişafında mühüm rol oynayıblar. Qədim Şuşanın o küçəsi yox idi ki, orada adı tarixə yazılmamış bir şəxsiyyət yaşamamış olsun. “100 il öncəki Şuşa camaatı ilə indiki şuşalılar arasında fərq görürsünüzmü?” sualıma belə cavab verir Hikmət müəllim: “Şuşa camaatını nəinki 100 il öncəki, heç 30 il öncəki Şuşa camaatı ilə müqayisə etmək mümkün deyil. Əvvəla, 1920-ci illərin təkrar rus işğalından, Dağlıq Qarabağda erməni muxtariyyəti yaradılandan Şuşanın həmin məşhur yaradıcı mühiti darmadağın olmuş, şəhər bu mənada çox aşınmışdı. 1992-ci ilin işğalı isə bütün Qarabağ camaatını bir elat kimi məhv dərəcəsinə gətirdi. Şükür, 30 ilə yaxın davam etmiş bu faciə böyük ölçüdə arxada qaldı. İndi yeni Qarabağ, yeni Şuşa qurulur. Çox istərdim ki, bu, həm də tarixi Qarabağın və tarixi Şuşanın yenidən qurulması olsun.
Kübarlıq şuşalıların qanındadır, amma mən bunun yekəxanalıq dərəcəsinə çatdırılmasını heç zaman qəbul etmədim.
Uşaqlığımın, yeniyetməliyimin şəhəri Şuşanı mən üzündən nur tökülən ağsaqqalların, ağbirçəklərin yurdu kimi xatırlayıram. Şuşanın daşı kimi əziz adamların şəhəri kimi.
Azadlıqdan sonra Şuşada bir dəfə olmuşam - 2021-ci ilin sentyabr ayında. Mənim üçün ən ağrılısı şəhərin üzünə baxmağa utanmağım oldu. Namusumuzu qoyub getmişdik...
Hər zaman getmək istərdim Şuşaya.
İşğaldan əvvəlki Şuşanı daha çox şuşalıların şəhəri sayardıq. İşğal dövründə bu şəhər xalqımızın ürəyinin başında bir yara idi. İndi isə Şuşa bütün azərbaycanlıların şəhəridir. İlk növbədə, o torpağı düşmən əlindən almış şəhid balaların, qazilərin yurdudur.
Şuşanın əvvəlkindən çox-çox gözəl və yaraşıqlı şəhər kimi qurulacağına mənim heç bir şübhəm yoxdur. Təbii, o, başqa bir Şuşa olacaq. O əbədi Şuşada bütün şuşalılar kimi mən də yaşamaq istərdim.
2012-ci ildə, Şuşanın işğalının 20 ilində yazmışdım ki, 1992-ci ilin şuşalısından çox az adam qalıb. 1900-cü, 1910-cu, 1920-ci, 1930-cu illərdə doğulanların çoxu həyatda yox idi onda. 1940-cı illərdə doğulanlar da gedirdi, 1950-ci illərdə doğulanlar da, 1960-cı illərdə doğulanlar da. İndi daha 10 il ötüb.
Amma Şuşa var! Şuşalılar da olacaq”.
Hikmət müəllim, qucaqlayıb ağlamaq istədiyiniz o armud ağacı kəsilmiş ola bilər, siz yenidən bağ salacaqsınız. O dağılmış evin yerində bir əbədi yurd salacaqsınız. Ocağınız tüstüləyəcək.
Yolları, cığırları, əyilmiş evləri sizin kimi şuşalıların əlləri yenidən abad edəcək, keçmişin xatirələri yeni günümüzün reallıqlarına qarışıb, sabahlarımız üçün yeni hekayələrə dönəcək. Əsas odur Şuşanı sevənlər yaşayır. Yeni şuşalıların Şuşası bir başqa gözəl olacaq.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21

