Tuğ kilsəsində ibadət
16.04.2022 [11:11]
F.Uğurlu
Xristian dini icmalarının təşəbbüsü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyilə aprelin 14-də Xocavənd rayonuna səfərə çıxanların arasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı kimi mən də vardım. Pasxa bayramı ərəfəsində haqq dərgahına ünvanlanan dualar göylərə Qarabağın işğaldan qurtarılmış məbədlərindən bülənd olacaqdı.
Əvvəlcə Hünərli kəndindəki kilsəyə döndük, kəndə enməmiş yol qırağından Hadrutun tamaşasına durduq. Qəsəbə də, kənd də miskin haldaydı, evlərin çoxuna on illərlə əl gəzdirilmədiyi ilk baxışdan görünürdü. Əcəba, “qalib” xalq beləmi yaşayıb? Bir Hünərli kəndinin gününə baxmaq yetər ki, anlayasan: bu otuz ildə qələbə anlayışı ermənilərin kollektiv təhtəlşüurunda heç vaxt legitimlik qazanmayıb. Özünü yaşadığı yerin əbədi sakini, şəriksiz yiyəsi sayan bəndə üstündə bəsləndiyi torpağın nazıyla oynamazmı? Evlər cəhənnəmə, öz allahının hüzuruna (o başqa məsələ ki, körpələri, qocaları qətlə yetirəndən sonra hansı üzlə) çıxdığı məbədinə əl gəzdirməzmi?
Mənim uşaqlığımda belə bir mif dolaşırdı ki, guya ən yaxşı usta erməni ustasıdır. Hətta bir qondarma zərb-məsəl də uydurmuşdular: “Erməni aşığının dilini, müsəlman ustasının əlini kəsəsən”. İşğal illərində bu yalançı ehkam da puça çıxdı: olmaya bütün Azərbaycan boyu yayılmış topdağıtmaz evləri erməni ustaları tikib başa gətirib? Millətdə aşağılıq kompleksi yaradan belə saxta ehkamlar uzun müddət başımızdan basıb...
Hünərli kilsəsində xristian ruhanilər müsəlman icması ağsaqqallarının iştirakıyla ölkəmizin, xalqımızın dincliyi, rifahı, xoşbəxtliyi üçün dua elədilər, bir ağızdan dönə-dönə “Allah Azərbaycanı sevir” dedilər. Xristian ruhaniləri xristian məbədində bəşəriyyətin ATAsından İsa peyğəmbər xatirinə Azərbaycana səadət dilədilər. Mənə elə gəlirdi dünənəcən (qismən elə bu gün də) ermənilərin torpaq oğurluğunu xristian-müsəlman savaşı kimi qələmə verənlər, sadə azərbaycanlıların, elə sadə ermənilərin də sümüklərindən özlərinə qala quranlar gizləndikləri kolun dalından bu möhtəşəm mənzərəyə yana-yana tamaşa eləyirlər. Hələ də belə düşünənlər var, onlara da görk olsun!
Sonra Tuğ məbədinə döndük. Tuğ - Azərbaycanın ən qədim kəndlərindən biri. Burada yüz illərlə iki xalq, iki dil, iki din iç-içə yaşayıb. Azərbaycan türklərinə aid nə varsa, hamısını ya dağıdıblar, ya da zədələyiblər. Xüsusən də bir əsr yarıma yaxın yaşı olan qocaman Tuğ məktəbi bu barbar münasibətə heç layiq deyil.
Səkkizinci sinfə adlayana qədər mənim uşaqlığım, yeniyetməliyim Bakının yeddinci mikrorayonunda keçib. Beş mərtəbəli, səkkiz bloklu binamızda talışdan, ləzgidən, rusdan, tatardan, yəhudidən, ermənidən, gürcüdən, tatdan, kürddən belə hər millətdən yaşayan vardı. Hamısıyla yoldaşlıq eləmişik, cürbəcür oyunlar oynamışıq. Məktəbdə də eləcə. Heç vaxt heç kim bizi hansısa xalqın balalarına qarşı körükləməyib, filankəsin uşağı filan millətdəndir deyə ona qoşulma deməyib. İndi Tuğun dağılmış evlərini gördükcə düşünürdüm: necə ola bilər ki, sənin gözünün qabağında uşaqlıq dostunun, sinif yoldaşının xanimanına od vuralar, sən də buna qulağının ardıyla baxasan?
Mənə elə gəlir artıq Ermənistanı idarə eləyənlər də “Dağlıq Qarabağ məsələsi”nin erməni xalqının boynundan asılmış dəyirman daşı olduğunu anlayıblar. O daşı boynundan atmayınca ermənilərə rahatlıq, azadlıq, çörək yoxdur...
Tuğ kilsəsində də ruhanilər Tanrının hüzuruna çıxdılar, Tanrının İsa dilində Azərbaycana dinclik, şəfqət dilədilər. Onlar dua elədikcə bəzi İncil ayələri başımda dolanırdı.
Əsgərlikdən yeni qayıtdığım vaxtlar olardı, keçmiş Hüsü Hacıyev küçəsiylə üzü Azdramaya gedəndə bir kitabçının masası üstündə Matfeyin İncilini gördüm. Kitabı aldım ki, evdə oxuyaram (ondan əvvəl Kraçkovskinin tərcüməsində Quranı da almışdım), ancaq evə gedib çıxana hövsələm çatmadı, özümü Füzulinin heykəlinin dövrəsindəki skamyalardan birinə yıxıb İsa peyğəmbərin kəlamlarını gözümə təpməyə başladım.
Sonradan Əhdi-Cədidin o biri bölmələrini də tapıb oxudum, Məryəm oğlu mənim həyat ideallarımdan birinə çevrildi. İndi İsa yolunun yolçuları Tuğ kilsəsində özlərinə dalıb dualarını göylərə uçurduqca Yəhyanın müjdəsində təsvir olunmuş bir məqam gözümün qarşısına gəlirdi. Sonuncu şam süfrəsində şagirdlərinə son öyüdlərini, son tapşırıqlarını verən Müəllim vəsiyyətini bu sözlərlə bitirir: “Bu dünyada sizi çox sınaqlar gözləyir, ancaq haqdan dönməyin. Mən şərə qalib gəldim!”
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

