Yersiz ajiotaj...
21.04.2022 [10:04]
Qadınlar Polis Orqanlarında fəaliyyət göstərə biləcəkər
Ehsan Zahidov “Yeni Azərbaycan”a danışdı
Günel ABBAS
Ölkəmizdə mütəmadi olaraq bütün iş sahələrində gender bərabərliyinin təmini və qadın hüquqlarının qorunması ilə bağlı maarifləndirici tədbirlər aparılır. Prosesin gücləndirilməsi məqsədilə müvafiq qərarlar qəbul edilir. Bunun nəticəsidir ki, hətta ən ağır hesab edilən iş sahələrində belə qadınların kişilərlə bərabərhüquqlu çalışması təmin edilir. Son günlər KİV və sosial media platformalarında qadınların daxili işlər orqanlarında xidmətə və Polis Akademiyasına qəbulunun dayandırılması ilə bağlı müxtəlif məlumatlar yayılıb. Bu fikirlər cəmiyyətdə birmənalı qarşılanmayıb. Xüsusilə bu sahədə fəaliyyət göstərmək istəyən bir çox vətəndaşların narazılığına səbəb olub. “Yeni Azərbaycan” məsələni dəqiqləşdirmək üçün Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti ilə əlaqə saxlayıb.
DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov sorğumuza cavab olaraq bildirib ki, iddialar tamamilə əsassızdır və şayə xarakterlidir. Onun sözlərinə görə, gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq DİN tərəfindən gender siyasəti daim diqqət mərkəzində saxlanılır. Eləcə də bu sahədə məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir. Qanuna uyğun olaraq Nazirlikdə gender məsələləri üzrə vəzifə də təsis olunub və həmin vəzifəni polis polkovnik-leytenantı rütbəsi daşıyan qadın əməkdaş icra edir”.
E.Zahidov qeyd edib ki, hazırda Azərbaycan Respublikasının daxili işlər orqanları şəxsi heyətinin 11 faizini qadın əməkdaşlar təşkil edir. “Bu da bir çox dövlətlərin anoloji göstəricilərindən yüksəkdir. Qadın həmkarlarımız polis serjantından polis polkovnikinə qədər xüsusi rütbə daşıyırlar. Bu gün Azərbaycan Polisi sıralarında polis nəfərindən tutmuş idarə rəisinə kimi xidmət edən qadın əməkdaşlar var. Bundan başqa, DİO-da xidmət edən qadınlar öz kişi həmkarları ilə çiyin-çiyinə ölkəmizdə sabitliyin və ictimai asayişin qorunması sahəsində üzərlərinə düşən vəzifələri böyük əzmlə yerinə yetirirlər.
Bununla yanaşı daxili işlər orqanlarının sıralarında idmanın cüdo, karate-do, stend və güllə atıcılığı və digər növləri üzrə dünya çempionatlarının və kuboklarının, beynəlxalq turnirlərin və Azərbaycan birinciliyinin qalibləri var. Bu gün qadın polis əməkdaşları respublikanın “ASAN xidmət” mərkəzlərində və daxili işlər orqanlarının istintaq, təhqiqat, pasport-qeydiyyat, statistika, “102 Zəng-Mərkəzi”, post-patrul, tibb və digər sahələrində vətəndaşlarımızın xidmətindədirlər”.
Nazirlik rəsmisi onu da vurğulayıb ki, hazırda qadın vətəndaşlarımız daxili işlər orqanlarında xidmətə yalnız Polis Akademiyasında təhsil alaraq qəbul olunmurlar. O cümlədən orta təhsili tam başa vurduqdan, digər mülki ali təhsil ocaqlarını bitirdikdən sonra DİN tərəfindən əvvəlcədən elan olunan müsabiqələri müvəffəqiyyətlə keçdikləri təqdirdə xidmətə qəbul olunurlar.
DİN mətbuat xidmətinin digər əməkdaşının sözlərinə görə isə hələ də akademiyaya qəbul üçün müraciət edən qadınlar var: “Sadəcə beşillik təhsil və bu müddətdəki fiziki hazırlıq məsələsi akademiyada həmin şəxslərə izah olunduqdan sonra müraciətlərini geri götürüblər. Yəni hazırda qadın vətəndaşların akademiyada olmaması bununla əlaqədardır. Bu o demək deyil ki, qadınların sənəd qəbuluna hansısa qadağa tətbiq olunub”.
Xəbər lenti
Hamısına baxGündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21

