Tibb işçiləri hansı şərtlərlə mənzil ala biləcəklər?
03.05.2022 [10:32]
Mübariz ABDULLAYEV
Sosial dövlət olan Azərbaycanda ədalətli resurs bölgüsü həyata keçirilir və cəmiyyətin bütün kateqoriyalarının təmsilçiləri davamlı olaraq dövlət dəstəyindən bəhrələnirlər. Bu baxımdan 2006-cı ildən etibarən ölkəmizdə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditləşməsi mexanizminin tətbiqi xüsusilə diqqət çəkir. Mənzil təminatı mexanizmlərinin təkmilləşdirilməsi və əhali üçün əlçatanlığın artırılması Fondun qarşısına qoyulan əsas vəzifələrdəndir. Bu hədəfə uyğun olaraq ipoteka kreditləşməsi sisteminin fəaliyyət göstərdiyi son 15 il ərzində davamlı dövlət dəstəyi sayəsində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan əhali qrupları üçün effektiv və səmərəli maliyyələşmə mexanizmi formalaşdırılıb. İpoteka kreditləri üzrə əlverişli faiz dərəcələrinin qorunub saxlanılması, dövlət qarşısında xüsusi xidmətləri olan şəxslər üçün güzəştli ipoteka proqramlarının tətbiqi bu mexanizmin sosial dövlət proqramı olaraq kifayət qədər uğur qazanmasını şərtləndirib. Güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün davamlı olaraq dövlət büdcəsindən vəsaitlərin ayrılması təmin edilir. Qeyd edək ki, 2022-ci ilin yanvar ayınadək qanunvericilikdə nəzərdə tutulan əhali qruplarına verilən ipoteka kreditlərinin həcmi 2 000 000 000 manatı keçib. Bəhs olunan dövrdə ipoteka kreditləşməsi mexanizmi çərçivəsində 37000-ə yaxın ailə mənzil şəraitininyaxşılaşdırılmasına nail olub. İpoteka kreditlərindən faydalananların 70%-ə yaxını gənclər və gənc ailələrdir.
Respublikamızda dövlətin sosial siyasətinə uyğun olaraq ipoteka kreditləşməsinin, o cümlədən də güzəştli ipoteka kreditləşməsinin əhatə dairəsi getdikcə genişləndirilir. Elə bu günlərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi güzəştli ipoteka krediti və sosial mənzil almaq
hüququ verilən şəxslərin siyahısına dövlət tibb müəssisələrində çalışan tibb işçilərinin əlavə edilməsi ilə bağlı təklif hazırlayıb. “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na təklif olunan dəyişikliklər tibb işçilərinin mənzilə olan tələbatının ödənilməsi və onların mənzil- məişət şəraitini yaxşılaşdırmaq məqsədi daşıyır.
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyevin sözlərinə görə, təklifdə güzəştli ipoteka kreditindən istifadə etmək hüququ əldə etmək üçün gənc ailənin üzvü olaraq ən az 3 il dövlət tibb
müəssisələrində tibbi fəaliyyətlə məşğul olmaq tələbi var. Eyni zamanda gənc ailənin üzvü olmayan tibb işçilərinin güzəştli ipoteka kreditindən yararlanması üçün ən az 15 il dövlət tibb müəssislərində tibbi fəaliyyətlə məşğul olmaq tələbi irəli sürülüb.
Təklif artıq aidiyyəti dövlət orqanlarına və qurumlarına təqdim olunub. Sənəd qəbul olunduğu təqdirdə dövlət orqanlarının (qurumlarının) nəzdindəki tibb müəssisələrində çalışan həkimlər, orta və kiçik tibb işçiləri (tibb müəssisəsinin rəhbəri istisna olmaqla) güzəştli ipoteka kreditindən yararlanmaq imkanı əldə edəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21

