Qədim Şuşanın 4 fəsli...
18.05.2022 [10:36]
Dünyanın məşhur fotoqrafları Şuşaya səfər edəcəklər
MÜŞFİQƏ
“Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə cari il ərzində Mədəniyyət Nazirliyi tərəfindən Şuşa şəhərində bir sıra beynəlxalq tədbirlərin təşkili nəzərdə tutulur.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə “4 seasons of Shusha” adlı beynəlxalq fotoqrafiya layihəsi keçiriləcək. Məqsəd Şuşanın zəngin mədəniyyətini, memarlığını məşhur fotoqrafların əsərləri vasitəsilə dünyada təbliğ etməkdir. Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva açıqlamasında bildirib ki, layihə çərçivəsində azərbaycanlı və xarici fotoqrafların 2022-ci ilin qış, yaz, yay və payız fəsillərində Şuşa şəhərinə səfərləri təşkil olunacaq, hər fəsil üzrə fotoqraflar tərəfindən Şuşanın fotoşəkilləri lentə alınacaq və sərgi açılacaq. Həmin fotoların dünya sərgilərində nümayişi gözlənir.
Müsabiqənin kuratoru isə italiyalı Angelo Buçarellidir. O, dünyanın bir çox ölkələrində mədəni layihələrdə iştirak edib. Çin, Meksika, ABŞ və Avropanın bir neçə ölkələrində çalışıb.
Azərbaycanda belə bir layihədə iştirakından məmnunluğunu ifadə edən A.Buçarelli layihənin yaranma səbəbindən danışıb. Qeyd edib ki, Qarabağı dünyada təbliğ etmək istəyi təsadüfi yaranmayıb. İkinci Qarabağ müharibəsində qazanılan qələbə bütün dünyada Azərbaycan xalqının vətənpərvərliyinə, yurd sevgisinə böyük rəğbət hissi doğurub: “Biz müasir dünyada yaşadığımız üçün şəkillər vasitəsilə məlumatı dünyaya çatdırmağı daha məqsədəuyğun hesab edirik, çünki bütün dünyada baş verənlərə şəkillə baxmaq daha maraqlıdır. Biz Şuşanı 4 fəsildə təqdim etməyi qərara aldıq. Düşündük ki, hər fəsli fərqli fotoqraf lentə alsın. Dörd müxtəlif fotoqraf 4 müxtəlif ölkədən Azərbaycana səfər edəcək. Bu qlobal bir layihədir. Türkiyə, Almaniya, İsveçrə və Finlandiyadan gələcək fotoqraflar layihəyə qoşularaq ümumilikdə 120 şəkil çəkəcəklər. Şəkillər toplandıqdan sonra kataloq halında dərc ediləcək, daha sonra müxtəlif ölkələrdə sərgi şəklində nümayiş olunacaq. Həmçinin şəkillər onlayn formada da yayımlanacaq. Mədəniyyət Nazirliyi bu şəkillərdən istədiyi formada istifadə edəcək. Şəkillərlə virtual tanışlıq üçün veb sayt yaradılması da planlaşdırılır”.
Layihənin ilk iştirakçısı ölkəmizdədir
“4 seasons of Shusha” beynəlxalq fotoqrafiya layihəsinin ilk iştirakçısı ölkəmizdədir. Belə ki, dünyaca məşhur türk fotoqraf Hüseyin Taşkın öz baxış prizmasını əks etdirən möhtəşəm fotoşəkilləri ilə bu beynəlxalq layihədə ilk olaraq iştirak edəcəkdir. Şuşada yaz fəslindən fotoları lentə alacaq fotoqraf mayın 23-dək ölkəmizdə səfərdə olacaqdır. Eləcə də Hüseyin Taşkın tərəfindən gənc fotoqraflar üçün treninq keçiriləcək.
Səfər çərçivəsində türk fotoqraf Hüseyin Taşkın və layihənin kuratoru Angelo Buçarelli mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ilə görüşüb və layihənin məqsədi və gözləntilər barədə fikir mübadiləsi aparılıb.
Layihə Türkiyə ilə yanaşı, Almaniya, Finlandiya və İsveçrənin tanınmış fotoqraflarının iştirakı ilə reallaşacaqdır.
Əminliklə deyə bilərik ki, bu layihə Şuşanın dünya miqyasında tanıdılması üçün bir çağırış olacaqdır. Şuşanın Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği üçün sözügedən layihəyə xarici mütəxəssislərin cəlb olunması mühüm əhəmiyyət kəsb edir.
Xarici mütəxəssislərin Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri ilə yaxından tanış olmaları və qısa bir müddət Şuşada yaşamaları onlarda bu ecazkar şəhər haqqında tam təsəvvür yaranmasına səbəb olacaqdır.
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06

