Kiberhücumlar artır...
11.08.2022 [10:32]
İnformasiya ehtiyatlarımızı necə qoruyaq?
N.DİLQƏMLİ
Dövrümüzdə ən aktual olan məsələlərdən biri də informasiya texnologiyaları sahəsinin inkişafının, xüsusilə təhlükəsizliyinin təmin olunmasıdır. Yaşadığımız texnologiya əsrinin əsas tələblərindən birinə çevrilən informasiya texnologiyaları (İT) sahəsi həyatın bütün sferalarını əhatə edir. İstər dövlət, istərsə də özəl qurumların fəaliyyətinin böyük bir hissəsi rəqəmsallaşdırılıb. Təbii ki, yeni çağırışların tələblərinə cavab vermək, müasirləşmək üçün bütün xidmət növlərinin rəqəmsallaşdırılması olduqca önəmlidir və bu addım birmənalı olaraq alqışlanmalıdır.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, artıq uzun illərdir dünya əhalisinin geniş istifadəsində olan, insanların həyatını olduqca asanlaşdıran texnologiyalar həm də ciddi təhlükə mənbəyi hesab olunur. İT sahəsinin daha da təkmilləşdirilməsi, qorunması üçün bir çox dövlətlər birgə fəaliyyət planları hazırlayır, yeni-yeni konsepsiyalar üzərində işləyir. Digər tərəfdən, internet resurslarının əlçatanlığı həm də kibercinayətkarlıqla məşğul olan şəxslərin işini asanlaşdırmış olur. Belə olan halda isə hər nə qədər mürəkkəb təhlükəsizlik sistemlərindən, üsullarından istifadə edilsə də, kibercinayətkarlıq faktlarının sayı azalmır. Bu da həm sadə insanlar, həm də dövlət strukturları üçün aktiv təhlükə mənbəyi deməkdir. Çünki İT sahəsində dərin biliklərə sahib olan xakerlər istədikləri zaman hansısa sistemə kənardan müdaxilə edə bilərlər. Kiçik bir araşdırma etdikdə aydın olur ki, sözügedən şəxslərin əsas hədəf obyekti dövlət qurumları və banklardır. Bu isə heç də təsadüfi deyil. Çünki söhbət yüksək məbləğdə pul vəsaitlərinin mənimsənilməsindən, oğurlanmasından gedir.
Ölkəmizdə də İT sahəsinin inkişafı, təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi, bu səbəbdən də ən müasir texnoloji üsulların tətbiq edilməsi hər zaman dövlətin diqqət mərkəzindədir. Görülən işlərə, həyata keçirilən təhlükəsizlik tədbirlərinə baxmayaraq, kibercinayətkarlar tərəfindən sistemdə mövcud olan müəyyən boşluqların aşkar edilərək bu və ya digər xidmət sahəsinin daxili sisteminə kənardan müdaxilə edilməsi hallarına şahidlik etmiş oluruq. Belə hücumlardan biri də iki gün öncə reallaşıb. Belə ki, avqustun 8-də Azərbaycanın bir sıra dövlət qurumuna, eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən banklara qarşı geişmiqyaslı kiberhücumlar həyata keçirilib. Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti də son günlər baş verən kibercinayətkarlıq halları ilə bağlı ictimaiyyətə açıqlama verib. Qurum bəyan edib ki, DDoS tipli bu hücumların əsas məqsədi informasiya ehtiyatları vasitəsilə təqdim olunan xidmətlərin əlçatanlığını məhdudlaşdırmaqdır. Hücumlar nəticəsində bəzi taksi xidmətləri və banklara, kütləvi informasiya vasitələrinə və digər müxtəlif xidmət sahələrinə məxsus bir sıra internet informasiya ehtiyatlarının fəaliyyətində qısamüddətli fasilələr yaranıb.
İnternet informasiya ehtiyatlarının sahibləri potensial kiberhücumlarla əlaqədar öncədən məlumatlandırılıb və onlara müvafiq dəstək göstərilib. Hazırda hücumların qarşısının alınması və təsirlərin minimallaşdırılması istiqamətində səlahiyyətli qurumlarla birgə tədbirlər görülür.
Son zamanlar ölkəmizin internet resurslarına yönəlmiş kiberhücumların intensivləşməsini nəzərə alaraq, internet informasiya ehtiyatlarının sahiblərinə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, daimi olaraq resurslarının monitorinqinin həyata keçirilməsi və zəruri olmadığı hallarda xaricdən gələn müraciətlərin müvəqqəti olaraq məhdudlaşdırılması tövsiyə edilir.
Hər hansı kiberhücum halları ilə qarşılaşdıqda “1654” qaynar xətti, www.cert.az internet informasiya ehtiyatı və reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermək xahiş olunur.
Xatırlatmaq lazımdır ki, ötən həftə də Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (KİMM) Azərbaycanın elektron informasiya ehtiyatlarına qarşı genişmiqyaslı kiberhücumların gözlənildiyi barədə xəbərdarlıq yaymışdı.
Bənzər hallarla rastlaşmamaq üçün hansı addımlar atılmalıdır? İstifadəçilər şəxsi məlumatlarını üçüncü tərəfə ötürməmək üçün nə etməlidirlər?
Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan informasiya texnologiyaları (İT) üzrə mütəxəssis Pərvin Əsədov vətəndaşlarımıza edilən kiberhücumların böyük hissəsinin əsasən fişinq hücumları olduğunu diqqətə çatdırıb. İT mütəxəssisi bildirib ki, kiberdələduzlar zəng, mesaj (SMS) və elektron poçt üzərindən müxtəlif sosial mühəndislik texnikalarından istifadə edərək vətəndaşlara aid fərdi məlumatları və maliyyə vəsaitlərini ələ keçirməyə çalışırlar: “Ötən dövr ərzində saxta zəng vasitəsi ilə vətəndaşların bank məlumatlarının ələ keçirilməsi ilə biz tez-tez qarşılaşırdıq. Ermənistanın Azərbaycanın virtual mühitinə hücumları kəskin artıb. Bunun üçün artıq dövlət qurumlarımız və şirkətlərimizə müvafiq olaraq xəbərdarlıqlar edilib”.
İstifadəçilərin bənzər hücumlardan qorunmaları üçün diqqət yetirməli olduqları məqamları sadalayan P.Əsədov hər kəsi diqqətli olmağa səsləyib: “Bilmədiyimiz, anlamadığımız, bizə mesaj vasitəsiylə göndərilən heç bir linki və yaxud da hər hansısa bir faylı açmaq lazım deyil. Ən çox hücumlar banklara və bank kartlarına olunur ki, bu da istifadəçilərin çox da məlumatlı olmamasından irəli gəlir. Və beləliklə də kiberhücum edən tərəfə bank kartlarından istifadə etmək daha asan başa gəlir. Bir daha hər bir vətəndaşımızdan xahiş edirik ki, telefonun poçt qutusuna - e-mailinə gələn, sizə aid olmayan heç bir məlumatı açmayasınız. Bank kartınız haqqında hər hansı bir bildiriş gələrsə, dərhal kartınız hansı banka məxsusdursa, onunla əlaqə saxlayıb kartınız və hesablarınızı dondura bilərsiniz”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27