Gəzmək, görmək, kəşf etmək!
27.09.2025 [08:56]
Hər səyahət yeni bir başlanğıcdır...
Turizm insan həyatında bir çox məqsəd və hissi birləşdirən təcrübədir. Bəziləri üçün bu, sadəcə tətil və ya istirahət forması, bəziləri üçün isə özlərini yenidən kəşf etdikləri, yeni dünyalar gördükləri bir yoldur. Hər kəsə bəllidir ki, turizmin dünya iqtisadiyyatındakı yeri və rolu gün keçdikcə sürətlə artır. Hətta tanınmış iqtisadçılar və analitiklər qeyd edirlər ki, dünya iqtisadiyyatının gələcəyi turizm sənayesi və turizm biznesi ilə çox bağlıdır. Bu, heç də mübaliğə deyil. Çünki 20 ildən çoxdur ki, dünyada turistlərin illik orta artım tempi 5,1 faiz təşkil edib, valyuta daxilolmaları isə 14 faiz artıb.
Turizmin ekoloji və texnoloji təsirləri
Turizm iqtisadiyyatın güclü sahələrindən biri olsa da, son dövrlər yalnız maddi qazanc deyil, həm də sosial, mədəni və ekoloji bir fenomenə çevrilib. Bu sahənin gücü həm də mədəniyyətlərarası dialoqu təşviq etməsindədir. Bir şəhərdən başqa bir şəhərə, bir ölkədən başqa bir ölkəyə gedən turistlər, eyni zamanda, həmin mədəniyyətləri, adət-ənənələri, həyat tərzini təcrübə edərək, daha geniş bir dünyaya qapı açırlar.
Səyahət etdikcə insanlar yeni yerlər kəşf edirlər. Ancaq bəzən yüksək turist axını bir çox bölgələrdə ekoloji tarazlığın pozulmasına səbəb ola bilər. Lakin ekoturizm kimi yeni yanaşmalar turizmin təbii sərvətlərə zərər vermədən daha da inkişaf etməsini təmin etmək məqsədini güdür.
Son illərdə digital alətlər, həmçinin sosial media platformaları, turizmin gedişatını köklü şəkildə dəyişdirdi. Artıq turistlər gedəcəkləri yer haqqında məlumatları internetdən tapır, otellərini onlayn sifariş edir, sosial media vasitəsilə digər səyahətçilərin təcrübələrini öyrənirlər. Bu, rəqəmsal dünya turizmini daha çox asanlaşdırıb və genişləndirib.
Dünyanın 150-dən çox ölkəsində...
Turizmin dünya ölkələri üçün vacib sahələrdən biri olması barədə söhbət açmağımızın xüsusi səbəbi var. Belə ki, bu gün- sentyabrın 27-si Ümumdünya Turizm Günü kimi qeyd edilir. 1925-ci ildən Cenevrədə müxtəlif adlar altında fəaliyyət göstərən Turizm Təşkilatı 1970-ci il 27 sentyabr tarixdə Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb. 1979-cu ildə Baş qərargahı Madrid şəhərinə köçən təşkilat 27 sentyabr - Ümumdünya Turizm Gününü təsis edib. Bu gün Azərbaycan da daxil olmaqla, dünyanın 150-dən çox ölkəsində turizm təmsilçilərinin bayramı kimi qeyd edilir.
Turizm əsasən sosial-iqtisadi sahə kimi 19-cu əsrin ortalarından inkişaf etməyə başlayıb. Bu dövrə qədər isə turizm fərdi gəzinti və səyahət xarakteri daşıyırdı, qeydiyyata düşmədən müxtəlif əraziləri, ölkələri gəzən adamlara “turist” deyirdilər. 1954-cü ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) yığıncağında “turizm” sözü müzakirə olunub, onun beynəlxalq mahiyyəti, sosial-iqtisadi əhəmiyyəti müəyyənləşdirilib. BMT-nin 1963-cü ildə keçirilən Roma konfransında isə “turist” anlayışına konkret tərif verməyə cəhd edilib. Sözsüz ki, həmin konfransda turizmə konkret tərif verə bilməyiblər. Lakin hazırda turizm bütün dünya miqyasında sosial-iqtisadi sahə kimi inkişaf etdiyinə görə, onun haqqında müxtəlif elmi ədəbiyyatlar meydana gəlib.
Ölkəmiz turizm üçün əlverişli məkandır
Azərbaycanda turizmin maraqlı tarixi var. İstər qədim, istərsə də orta əsrlərdə Asiyanın mərkəzi ərazilərindən, uzaq Çin və Hindistandan Qara və Aralıq dənizlərinin sahillərinədək uzanan karvan yolları Azərbaycan ərazisindən keçib gedirdi.
Azərbaycanda Ümumdünya Turizm Günü 2001-ci ildən, Beynəlxalq Turizm Təşkilatına üzv olduğumuz vaxtdan qeyd olunur. Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı sərəncama əsasən, Dünya Turizm Günü ölkəmizdə “Turizm işçiləri günü” kimi də qeyd olunur. Bu bayram turizm sahəsində çalışan bütün şirkətlərin əməkdaşları, muzey işçiləri, mehmanxana komplekslərinin rəhbərləri və işçi heyəti - peşəkar səviyyədə rahat və təhlükəsiz istirahəti təmin edən hər bir kəsin bayramıdır.
Məlumdur ki, son illər turizm ölkəmizdə iqtisadiyyatın aparıcı sahəsinə çevrilib. Bu istiqamətdə görülən ardıcıl və məqsədyönlü tədbirlər turizmin inkişafına öz müsbət təsirlərini göstərir. Azərbaycan turist cəlbediciliyi baxımından öz imicini möhkəmləndirib, bu sahəyə dövlət səviyyəsində xüsusi qayğı göstərilir, turizmin inkişafını təşkil edə biləcək dövlət strukturları yaradılıb. Turizmə olan bu münasibətin əsasında sözsüz ki, ölkənin sosial-iqtisadi maraqları dayanır. Həmin sosial-iqtisadi maraqların təminatı üçün isə Azərbaycan Respublikasının kifayət qədər imkanları və təbii-coğrafi potensialı var. Dünyada mövcud olan 11 iqlim tipinin 9-nun Azərbaycanda olması ölkəmizin turizm üçün əlverişli bir məkan olması haqqında aydın təsəvvür yaradır. Elə bu faktın özü Azərbaycanın beynəlxalq turizm marşrutuna daxil olması üçün kifayət edir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19

