Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Turizm / İƏT-in turizm nazirlərinin Bakı görüşü...

İƏT-in turizm nazirlərinin Bakı görüşü...

29.06.2022 [09:46]

Y.SAHİB

Dünən Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm Nazirlərinin 11-ci Konfransı çərçivəsində üzv ölkələrin yüksəkvəzifəli şəxslərinin iclası keçirilib. Görüşdə növbəti konfransın keçiriləcəyi tarix və yer, eləcə də 2023-2024-cü illər üzrə İƏT-in “Turizm Şəhəri Mükafatı”na namizədlər müəyyənləşdirilib, konfransın yekun qətnaməsinin layihə sənədi və Bakı bəyannaməsi qəbul edilib. Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə keçirilən konfransda təşkilatın Baş katibi Hissein Brahim Taha, təşkilata üzv dövlətlərin turizm nazirləri və nazir müavinləri, səfirlər, İƏT-nin 7 alt institutu olan beynəlxalq təşkilatların təmsilçiləri, dövlət rəsmiləri və ekspertlər daxil olmaqla, 39 ölkədən 160-dan artıq nümayəndə iştirak edib.

Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

Müraciətdə bildirilib ki, 2021-ci ildə Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzv olmasının 30 ili tamam olub. İƏT Azərbaycanın müstəqillik qazandıqdan sonra qoşulduğu ilk təşkilatlardan biridir.

 Bundan əlavə qeyd olunub ki, İƏT Ermənistanı təcavüzkar dövlət kimi tanıyan bir sıra qətnamələr qəbul edib. Ermənistan Azərbaycanın işğal altında saxladığı torpaqlarında İslam mədəniyyət abidələrini, məscidləri dağıdıb, orada heyvan saxlayaraq, təhqiredici əməllərə yol verib.

 “2020-ci il müharibəsi zamanı İƏT-in Azərbaycana dəstəyini alqışlayırıq. Konfransda önəmli məsələlərin müzakirə olunacağına ümid edirəm. Tədbirin işinə uğurlar arzu edirəm” - müraciətdə vurğulanıb.

DTA sədri bildirib ki, pandemiyaya qədər İƏT-ə üzv olan ölkələrdən Azərbaycanı çoxsaylı turist ziyarət edib. Ancaq son illərdə pandemiya səbəbindən turizm xeyli aşağı düşüb. O, post-pandemiya dövründə Azərbaycanda turizmi bərpa etmək üçün İƏT ilə birgə təkliflərin verilməsinin vacibliyini vurğulayıb. Banqladeşin aviasiya və turizm naziri Şahcahan Kamal Azərbaycanın yaxın zamanlarda böyük turizm ölkəsinə çevriləcəyinə əminliyini vurğulayıb.

“Halal otel”, “halal restoran” investisiyası

Məlum görüş barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən turizm üzrə ekspert Ramin Zamanov ölkəmizdə baş tutan görüşün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Ekspertin sözlərinə görə, İƏT-ə üzv olan ölkələrin Bakıda baş tutan yığıncağı post-pandemiya dövründən sonra nəzərəçarpacaq ən böyük görüşlərdən biridir: “Görüşün ümumi mahiyyəti İƏT-ə üzv olan dövlətlərin bir-birinə turizm maşrutları üzrə əməkdaşlıq əsasında verdikləri dəstəkdir. Bu görüşdən ölkəmizin aldığı fayda çox böyükdür. Məlumdur ki, Azərbaycanda yaşayan əhalinin çoxu müsəlmandır. Son dövrlər dünyada dini turizm tendensiyası geniş vüsət alıb. Bunun üçün də bir çox ölkələrdə müsəlman qanunlarına, şəriət tələblərinə cavab verən otellərin təsis edilməsi aktualdır. Buna misal olaraq, Bodrumda, Antalyada, Alanyada müsəlman təsisli bir çox oteli göstərmək olar. Həmin otellərin içində bütün şərtlər və qaydalar İslama uyğundur. Artıq ölkəmizdə də yavaş-ayavş “halal turizm” istiqaməti üzrə addımlar atılır. Azərbaycanda digər dinlər olduğu kimi, müsəlman dininə aid tarixi və dini abidələr kifayət qədər çoxdur. Bunların digər İslam ölkələrində təbliği hələ tam yerinə yetirilməyib və bir çox İslam ölkələri Azərbaycanda İslam dininə aid abidələrin varlığı, onların sayı və əhəmiyyəti barədə tam məlumatlı deyillər. Belə görüşlər və əməkdaşlıqlar davamlı baş tutarsa, gələcəkdə ölkəmizə dini turların çoxalması gözlənilə bilər. Həmin turlar da Azərbaycanda halal otellər, halal restoranlar kimi investisiyaların artmasına səbəb olacaq”.

R.Zamanovun sözlərinə görə, İƏT-ə üzv olan ölkələrin turizm potensialı çox böyükdür: “Bu gün dünya turistlərinin 30 faizdən çoxu məhz İƏT-ə üzv olan ölkələrin əhalisinin sayına düşür. Bu rəqəm getdikcə artır. Həmin əhalinin maddi rifahı kifayət qədər yüksəkdir, ona görə də onlar dünyanın bir çox ölkələrinə səyahət edirlər. Bu səyahətlər qrup halında, fərdi halda təşkil olunur. Hesab edirəm ki, Azərbaycanda olan turizm şirkətləri, bələdçilər, turizm sahəsində çalışan nəqliyyat şirkətləri müsəlman turistlərinin tələblərini getikdə daha çox mənimsəyirlər. Məhz bu istiqamətdə daha çox maşrutlar həyata keçirəcəklər ki, bu təşkilata üzv olan ölkələrin vətəndaşlarını ölkəmizə cəlb etmək də faydalı olacaq. Əlbəttə ki, dövlətimizin bu sahədə gördüyü ilk iş əməkdaşlığın siyasi olaraq həllini tapmasıdır, bunun üçün müvafiq memorandumlar da imzalanır. İƏT-ə üzv ölkələr, hətta bir-birlərinə viza məsələlərində güzəşt edirlər. Bu baxımdan həmin ölkələr arasında gələcəkdə hava nəqliyyatının ən rahat formada tərtib olunması da çox yaxşı olardı. Bu, gələcəkdə turizmin inkişafı baxımdan İƏT-ə üzv ölkələrin hər birinə böyük fayda verəcək”.

Prezident turizm sahəsini diqqətdə saxlayır

Turizm eksperti Azər Hüseynovun fikrincə, İƏT-in Turizm Nazirlərinin Bakıda yığışması ondan xəbər verir ki, Azərbaycan böyük turizm potensialına malik olan ölkədir. Ekspert qeyd edib ki, məlum görüş bizim üçün eyni zamanda bir reklamdır: “Çünki  bu hadisə islam ölkələrinin mətbuatında işıqlandırılacaq.  Toplantının Şuşada davam etdirilməsi də ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Cənab Prezidentin turizmə göstərdiyi qayğını bir tur bələdçisi kimi öz gözlərimlə görürəm. İnfrastruktur inkişaf edir, turizm maşrutlarında bitstoplar yaradılır, otellərdə nəzarət gücləndirilir, tarixi abidələrimiz, həmçinin coğrafi abidələrimiz abadlaşdırılır, yollar çəkilir. Sözsüz ki, bütün bunlar dövlət başçısının turizmə göstərdiyi qayğıdır. Turizm Agentliyi və Bələdçilər Assosiasiyası tərəfindən Şuşaya infotur təşkil olundu. Bu, o deməkdir ki, Prezident turizm sahəsini göz önündə saxlayır. Həqiqətən də Azərbaycanın turizm potensialı çox böyükdür. Belə bir görüşün Bakıda keçirilməsi çox mühüm hadisədir. Ümid edirəm ki, bu hadisənin Azərbaycan turizminin inkişafında böyük rolu olacaq”.

Paylaş:
Baxılıb: 145 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Sosial

Siyasət

Xəbər lenti

Karantin qayıdacaq?

11 Avqust 10:19

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

11 Avqust 10:09

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31