ABŞ-ın nüfuzlu beyin mərkəzi Azərbaycanın regional rolu ilə bağlı hesabat yayıb
18.09.2013 [09:33]
Vaşinqtonda fəaliyyət göstərən və dünyanın ən nüfuzlu beyin mərkəzlərindən olan Hudson İnstitutunun Hərbi-Siyasi Təhlil Mərkəzinin direktoru Riçard Veytsin Azərbaycanın regional rolu ilə bağlı hesabatı dərc olunub.
AzərTAc xəbər verir ki, beynəlxalq hərbi təhlükəsizlik üzrə məşhur olan “Müdafiənin ikinci xətti” adlı mərkəzin hesabatı həm elektron formada yayılmış, həm də kitab şəklində nəşr edilib. Bu mərkəzin hesabatları əsasən ABŞ-ın və NATO ölkələrinin xarici siyasət və təhlükəsizlik üzrə rəsmi dövlət vəzifələrində çalışan və qərarvermə prosesində yaxından iştirak edən şəxsləri üçün nəzərdə tutulur.
“Müdafiənin ikinci xətti” mərkəzinin ekspertləri ABŞ və Avropanın hərbi və təhlükəsizlik sahəsində nüfuzlu şəxslərindən ibarətdir. Həmin ekspertlər ABŞ-da hərbi və təhlükəsizlik sahəsində uzun illər çalışıb və çox yüksək vəzifələr tutmuş generallar, admirallar, nüfuzlu universitetlərin və “beyin mərkəzləri”nin nümayəndələridir.
Hesabatda qeyd edilir ki, SSRİ-nin dağılmasından sonra ABŞ-ın yaxın müttəfiqi olan Azərbaycan Respublikası digər müsəlman ölkələri üçün dini və etnik müxtəliflik məsələlərinə uğurlu yanaşmaları ilə nümunə rolunu oynamaqdadır. Özünün dünyəvi siyasəti, müxtəlif dinlərə və xalqlara tolerant münasibətilə Azərbaycan çox səmərəli “yumşaq güc” əldə edib və digər müsəlman ölkələri üçün təcrübəsindən geniş istifadə oluna biləcək cəlbedici ölkəyə çevrilib.
Giriş, nəticə və üç hissədən ibarət olan hesabatın birinci hissəsində Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonrakı tarixi, artan “yumşaq güc”ü, habelə digər təsir imkanlarından bəhs edilir. Qeyd edilir ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, xüsusilə son illərdə geniş iqtisadi, diplomatik və “yumşaq güc”ə xas təsir imkanları əldə etməkdədir. Azərbaycan dövlətinin strategiyası və ardıcıl siyasəti ona çox mürəkkəb və qeyri-sabit bölgədə postsovet “travma”sını geridə buraxmaq və müxtəlif sahələrdə geniş əməkdaşlıq üçün etibarlı tərəfdaşa çevrilə bilmək imkanı verib. Müstəqillik illərində Azərbaycan uğurlu inkişafa və ümumi daxili məhsulunu 60 dəfədən çox artırmağa nail olub. 2011-ci ildə Azərbaycan özünün artan iqtisadi-siyasi gücü və beynəlxalq gərginliyin azalmasına verdiyi töhfələr sayəsində çox ciddi rəqib namizədlərin olduğu bir şəraitdə BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilib.
Hesabatın ikinci hissəsində Azərbaycanda dinin siyasətdə və cəmiyyətdə oynadığı roldan bəhs edilir. Qeyd edilir ki, Azərbaycan dünyəvi dövlət prinsiplərinə sadiq qalaraq, bütün dini icmaların azad şəkildə öz məscidləri, kilsələri, sinaqoqları və digər ibadət yerləri və institutları vasitəsilə fəaliyyət göstərməsi üçün hər cür şərait yaradıb. Azərbaycan rəhbərliyi müxtəlif dini icmaların tarixi mirasının istər ölkə daxilində, istərsə də respublikanın hüdudlarından kənarda qorunması, yenidən qurulması və təmir edilməsi üçün böyük işlər görür. Azərbaycan ərazisində əsrlər boyu müxtəlif dinlərin və xalqların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayıblar və onlara qarşı münasibət daim fundamental bəşəri prinsip və dəyərlərə əsaslanır.
Hesabatda, həmçinin qeyd edilir ki, Azərbaycan 11 sentyabr terror aktından sonra terrorizmə qarşı mübarizədə ABŞ-a qeyd-şərtsiz yardım etmək üçün hazır olduğunu bildirən ilk ölkələrdəndir. Azərbaycan, eyni zamanda, Əfqanıstanda sülhyaratma əməliyyatlarında və hazırda NATO-nun silahlı qüvvələrinin bu ölkədən çıxarılması prosesində əvəzsiz rola malikdir.
Bundan əlavə, Azərbaycan qlobal miqyasda ABŞ-ın enerji strategiyasında və maraqlarında mühüm rol oynayır. ABŞ şirkətləri 1990-cı illərdən başlayaraq Azərbaycanın neft sektorunda geniş fəaliyyət göstərir. Azərbaycan isə BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi, digər mexanizmlərlə də ABŞ-ın regional və qlobal maraqlarının təmin olunmasında yaxından iştirak edir.
Bildirilir ki, Azərbaycan ötən müddət ərzində neft gəlirlərindən səmərəli şəkildə istifadə edərək çox böyük iqtisadi problemləri aradan qaldırıb, yoxsulluğun səviyyəsini minimuma endirib, iqtisadiyyatın qeyri-neft sektorunun davamlı inkişafına nail olub. 1990-cı illərin sərmayə idxal edən ölkəsindən qonşu dövlətlərə investisiya yatıran ölkəyə çevrilməklə Azərbaycan bölgədə öz ayaqları üzərində inamla duran və iqtisadiyyatı davamlı inkişaf edən ölkəyə çevrilib. Bütün bunlar isə Azərbaycana özünün “yumşaq güc”ünün yeni vasitələrini inkişaf etdirməsinə imkan verib.
Hesabatda xüsusilə qeyd edilir ki, Azərbaycan bütün bunlara ilk baxışda onun müstəqil siyasət həyata keçirməyə əngəl ola biləcək çox ciddi maneələrin olduğu bir coğrafi məkanda - Rusiyanın, İranın, Yaxın Şərqin və Avropanın maraqlarının kəsişdiyi nöqtədə nail olub. Azərbaycan özünün mürəkkəb coğrafi məkanından öz xeyrinə istifadə edərək müxtəlif layihələr həyata keçirməklə Qərb ilə Şərqi, Şimal ilə Cənubu bağlayan bir məkana çevrilib. Bütün bu nailiyyətlərə Azərbaycan özünün xüsusi düşünülüb və çox praqmatik siyasəti ilə müvəffəq olub.
Hesabatda Azərbaycan ərazilərinin qonşu Ermənistan tərəfindən işğalı və təcavüzkar siyasətin fəsadlarına xüsusi diqqət ayrılıb.
Hesabatda ABŞ rəhbərliyinə Azərbaycanın regionda oynadığı rolu nəzərə almaq və qiymətləndirmək, ölkəmizə dəstək vermək tövsiyə edilir. Hesabatla ətraflı şəkildə bu linkdən tanış olmaq mümkündür:
http://www.sldinfo.com/enhancing-the-regional-role-of-azerbaijan-a-key-consideraton-for-the-united-states/.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

