Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan ilə Almaniya arasında siyasi əlaqələr yüksək səviyyədədir

Azərbaycan ilə Almaniya arasında siyasi əlaqələr yüksək səviyyədədir

02.05.2024 [11:21]

Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır. Azərbaycanın uğurlu iqtisadi inkişafı, artan nüfuzu və regionda aparıcı mövqeyə malik olması ölkəmizə beynəlxalq aləmdə olan marağı hər ötən gün bir qədər də artırır. İkinci Qarabağ müharibəsindən sonra bu maraq özünü daha qabarıq şəkildə büruzə verməkdədir. İndi dünyanın əksər ölkələri Cənubi Qafqazda daha çox Azərbaycanla əməkdaşlığa üstünlük verir, Bakını özləri üçün strateji tərəfdaş kimi görürlər. Görünən odur ki, Vətən müharibəsində Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyulması Azərbaycanı dünyada qalib dövlət kimi tanıdıb.Dövlətimizin və xalqımızın mənafeyinə söykənən ölkəmizin xarici siyasi strategiyası tam müstəqil, balanslaşdırılmış, bərabərhüquqlu xarakter daşımaqla beynəlxalq münasibətlər sistemində mövqelərimizi daha da möhkəmləndirir, nüfuzunu durmadan yüksəldir.

Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarındandır. İkitərəfli əlaqələrin yüksək səviyyədə olduğu Avropa ölkələri arasında Almaniyanı xususi qeyd etmək lazımdır. Azərbaycan Almaniya  ilə əlaqələrin inkişafına mühüm önəm verir. Azərbaycan ilə Almaniya arasında siyasi əlaqələr yüksək səviyyədədir. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari 26 aprel 2024-cü il tarixində Almaniyaya rəsmi səfərinin hər iki ölkənin əməkdaşlıqları üçün daha böyük potensialın olduğunu bir daha təsdiq etdi.

Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında əsas ölkələrdən biridir. Nəzərə alsaq ki, Avropada təbii qaza olan tələbat ilbəil artır Azərbaycan etibarlı təbii qaz təchizatçısı kimi öz mövqeyini daha da gücləndirir. Dövlətimizin başçısı iştirak və çıxış etdiyi bütün beynəlxalq platformalardan Azərbaycanın milli maraqlarını, haqq səsini dünyaya çatdırır. Dövlət başçısı cənab İlham Əliyev konfrans zamanı Azərbaycan ilə Avropa İttifaqının enerji əməkdaşlığının əhəmiyyətindən danışaraq qeyd etdi ki, Avropa İttifaqının Energetika Komissiyası Azərbaycanı panavropa qaz təchizatçısı kimi qiymətləndirir. Avropaya qaz təchizatımız strateji tərəfdaşlıq əsasında həyata keçirilir. Möhtərəm Prezidentimiz 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan müvafiq memorandum qəbul edildiyini və 2027-ci ilə qədər Avropaya ixrac ediləcək qazın həcmini 20 milyard kubmetrə çatdırmaq əzmində olduğumuzu diqqətə çatdırıb.

Azərbaycan bu baxımdan da dünyanın maraq dairəsindədir. Azərbaycan həm də yaşıl enerji ixracatçısıdır. Ölkə Prezidenti cənab İlham Əliyev Almaniyada mətbuat konfransında bu haqda da fikir səsləndirərək dedi ki, “Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır. 

Bu gün Almaniya Azərbaycanın Cənubi Qafqazda müsbət rolunu, sülh və təhlükəsizliyə, iqtisadi inkişafa gətirdiyi reallıqları aydın görür, əlaqələrin genişlənməsinə çalışır.Regionda yeni reallıq yaradan Azərbaycanın qarşısında böyük hədəflər var. Azərbaycan cari ilin noyabrında iqlim dəyişikliyi ilə bağlı mötəbər tədbirə -COP29-a ev sahibliyi edəcək və mötəbər tədbir ölkəmiz üçün yeni imkanlar vəd edir. Azərbaycan ev sahibi kimi, Qərblə Qlobal Cənub arasında, həmçinin yaşıl enerjiyə keçid və iqlim dəyişikliyi ilə bağlı körpülər yaradacaq. Ölkəmizin sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər çərçivəsində hədəflərinə çatacağına şübhə yoxdur.

Bu səfər Azərbaycan - Almaniya münasibətlərinin daha da inkişaf etdirilməsinə xidmət edəcəkdir. Siyasi, iqtisadi, mədəni, humanitar istiqamətlərdə yeni əməkdaşlıq platformaların yaranma ehtimalı da yüksəkdir.  Ümumilikdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan - Almaniya münasibətlərinin inkişafında yeni bir dövrün başlanmasından xəbər verir.

YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov

Paylaş:
Baxılıb: 498 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31