Nümunə ola biləcək əməkdaşlıq
20.05.2024 [10:25]
Azərbaycan və Belarus SSRİ-nin tərkibində müttəfiq respublika olublar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşıb. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlayıb.
2006-cı ildə Belarus-Azərbaycan münasibətlərində mühüm hadisə baş verib. Belə ki, Minsk və Bakıda diplomatik missiyalar fəaliyyətə başlayıb. Bununla da hər iki ölkənin humanitar, iqtisadi, siyasi sahələrdə qarşılıqlı maraqları öz təsdiqini tapıb. Hazırda iki ölkə arasında əməkdaşlıq münasibətləri yüksək səviyyədə inkişaf etməkdədir.
Qeyd edək ki, Belarus Respublikası Azərbaycanın ərazilərinin işğalı dövründə ölkəmizin haqlı mövqeyini dəstəkləyib. Habelə, Azərbaycana strateji hücum silahlarının verilməsini təmin edib.
Mayın 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Rəsmi qarşılanma mərasimindən sonra hər iki dövlət başçısının təkbətək və geniş tərkibdə görüşləri, daha sonra isə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi keçirilib.
Sənədlərin imzalanmasından sonra hər iki Prezident mətbuata bəyanatlarla çıxış ediblər.
Ölkəmizin başçısı cənab İlham Əliyev qeyd edib ki, “Aparılan danışıqlar - təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Bu gün münasibətlərimizin son illərdə inkişafını müfəssəl şəkildə təhlil etdik və bu münasibətlərin dinamik inkişafını məmnuniyyətlə qeyd etdik, həmçinin daha da mühüm olanı - gələcəkdə qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirdik.”
Belarus şirkətlərinin Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etdiyini bildirən cənab Prezident İlham Əliyev bildirib ki, bu qardaş ölkə ilə birlikdə həyata keçirəcəyimiz işlərin miqyası çox genişdir.
Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, aqroşəhərciklərin tikintisi üzrə çox gözəl təcrübəsinin olduğunu qeyd edən ölkə başçısı bildirib ki, məhz bu potensialdan istifadə etməklə “keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaq mümkündür. Ona görə də bu qardaş ölkə ilə əlaqələrin inkişafı bizə imkan verəcəkdir ki, bu prosesi tezliklə başa çatdıra bilək.”
Regionumuzda və MDB məkanında təhlükəsizliklə bağlı məsələlərin də müzakirə edildiyini qeyd edən cənab İlham Əliyev bildirib ki, “Dünyada vəziyyət sürətlə və bir qayda olaraq mənfi istiqamətdə dəyişir. Yeni münaqişələr, yeni qeyri-sabitlik ocaqları yaranır. Təəssüf ki, bir qayda olaraq mövcud münaqişələr öz həllini tapmır. Cənubi Qafqazda Azərbaycanın beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT-nin Nizamnaməsinə və bütün dünya ictimaiyyətinin bu gün tanıdığı beynəlxalq humanitar hüquqa tam uyğun olaraq hərbi-siyasi yolla həll etdiyi münaqişə istisna olmaqla.”
Ölkə başçısının Bəyanatından göründüyü kimi, Belarus dövlət başçısının Azərbaycana səfəri bütün sahələr üzrə əməkdaşlığı yenidən nəzərdən keçirməyə, əməkdaşlığın yeni formasını tapmağa, birgə iqtisadi layihələr həyata keçirməyə imkan verəcək.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22

