Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur

Yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur

25.06.2024 [11:30]

İlqar İlyasov, YAP Laçın rayon təşkilatının sədri

XX əsrin əvvəlində Xalq Cümhuriyyətinin süqutundan sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Müstəqillik illərində isə dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də xüsusi hazırlanmış konsepsiya əsasında incə siyasət yeridilməsində Heydər Əliyevin şəxsi keyfiyyətlərini xüsusi olaraq qiymətləndirmək lazımdır. 1994-cü ilin aprelində Bərdə rayonunda ictimaiyyətin nümayəndələri qarşısında çıxışı zamanı Heydər Əliyev deyirdi: “Azərbaycan xalqı öz müstəqilliyini, milli azadlığını qoruyub saxlamalıdır. Bunun üçün də Azərbaycanın güclü ordusu olmalıdır. Bu, həm işğal olunmuş torpaqlarımızı düşməndən təmizləmək, həm də gələcəkdə müstəqil Azərbaycanın etibarlı müdafiəsini təmin etmək üçün gərəkdir. Ona görə də orduya diqqət və qayğı göstərmək hər bir vətəndaşın şərəfli borcu olmalıdır.” Amma təəssüf hissi ilə qeyd etməliyik ki, 1993-cü ildə Heydər Əliyev Bakıya dəvət olunanda Azərbaycan Ordusu ağır böhran keçirirdi. İlk növbədə orduya vahid dövlət rəhbərliyi təmin edilməmiş, ordu quruculuğu ilə bağlı dövlətin aydın proqramı yox idi. Ordu siyasi proseslərə cəlb edilmiş, ordu daxilində siyasi mənsubiyyətə və məqsədlərə görə parçalanma yaranmış, ordu daxilində xaos, özbaşınalıq, qanunsuzluqlar baş alıb gedirdi. Orduya çağırış işi özbaşına buraxılmış, ordunun döyüş qabiliyyəti zəruri tələblərə cavab vermirdi. Azərbaycan Ordusunun formalaşdırılması sahəsində Heydər Əliyevin tarixi fəaliyyyətinin ilk addımları Naxçıvanda atıldı. Bu böyük dövlət xadiminin Muxtar Respublikadakı qısa fəaliyyəti bir daha göstərdi ki, məsqədyönlü, milli maraqları qoruyan siyasət yeridilməsi, xalqın milli maraqlar ətrafında birləşdirilməsi ən mürəkkəb vəzifələri belə həyata keçirməyə imkan verir. Heydər Əliyev parlaq zəkası və bənzərsiz təşkilatçılıq qabiliyyəti ilə həm Naxçıvanın erməni təcavüzündən müdafiəsini, həm də Muxtar Respublika ərazisində milli ordunun hərbi hissələrinin sağlam əsaslar üzərində formalaşmasını təmin etdi və bununla da respublikanın iqtidarında olan qüvvələrə də dövlətçilik nümunəsi göstərdi. Hərbi xidmətdən yayınmış, fərarilik etmiş və digər hərbi cinayətlər törətmiş şəxslərin valideynləri ilə keçirilən görüşdə çıxış edən Heydər Əliyev dövlət quruculuğundakı yerini tam dəqiqliklə təsvir edir: “Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir... Azərbaycanın müstəqilliyini əbədi etmək üçün güclü və daim təkmilləşən, güclənən milli ordumuz olmalıdır. Bu, bizim müqəddəs vəzifəmizdir, hər bir kəsin şərəfli vəzifəsidir.”

Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alır. Elə bunun nəticəsində rəşadətli Ordumuz 2016-cı ilin aprel ayının 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, sürətli əks-hücum əməliyyatına keçərək düşməni ağır məğlubiyyətə uğratdı. Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi və xalqımız uzun illərdən sonra qələbə sevincini yaşadı. Ordumuzun növbəti uğurlu əməliyyatı 2018-ci ilin mayında Günnüt zəfəri idi. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 27 sentyabrında verdiyi əks hücum əməliyyatı ilə 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində - noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları haqlı olaraq böyük qürur hissi ilə deyir: “Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”.

Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, suverenliyini tam təmin etdi, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. Xüsusi ilə qeyd etmək lazımdır ki, əldə edilən Zəfər ölkəmizin siyasi, iqtisadi və mədəni inkişaf yolunda qazandığı misilsiz nailiyyətlərin labüd nəticəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Xankəndində, Şuşada, Xocalıda, Kəlbəcərdə, Laçında, Zəngilanda, Qubadlıda, Cəbrayılda, Füzulidə və Ağdamada dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir. Bu əmanəti qoruyub saxlamaqsa hər bir Azərbaycan vətəndaşının, Silahlı Qüvvələrin müqəddəs borcudur.

Paylaş:
Baxılıb: 123 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

“Triumf yolu”..

13 İyul 11:00

MEDİA

Uğurlu yoldayıq...

13 İyul 10:55

Xarici siyasət

İqtisadiyyat

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Gündəm

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31