YAP Nəsimi Rayon Təşkilatının yaradılmasının 31 illiyinə həsr olunmuş tədbir keçirilib
05.07.2024 [19:18]
Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının yaradılmasının 31 illiyinə həsr olunmuş tədbir keçirilib. Dövlət himnimizin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsi ehtiramla yad olunub. Bundan sonra YAP-ın Nəsimi rayon təşkilatının 31 illik fəaliyyəti haqqında videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP-ın Nəsimi rayon təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Azər Süleymanov xalqımızın ağır sosial-iqtisadi, siyasi və mənəvi-psixoloji böhranla üzləşdiyi dövrdə vətənpərvər insanların, ziyalıların təşəbbüsü ilə yaradılan Yeni Azərbaycan Partiyasının qısa bir müddətdə əsl xalq partiyasına çevrildiyini vurğulayıb. O, rayon təşkilatının düz 30 il bundan əvvəl öz təsis yığncağını məhz bu zalda keçirdiyini xatırladaraq, YAP Nəsimi rayon təşkilatının qurulmasında çox böyük zəhməti olan insanların fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi: “Bu illərdə onlarla partiya yaradılmış, lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə respublikadakı ümumi vəziyyəti daha da ağırlaşdıraraq iqtisadi və siyasi böhran yaratdı. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və xalqın sınanmış lideri Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lərin müraciəti” kimi daxil olmuş həmin sənəd əslində bütöv xalqın arzu və istəyinin ifadəsi idi”.
Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkədə sabitliyi bərpa etdiyini, separatçı qüvvələri zərərsizləşdirdiyini söyləyən A.Sülemanov,1994-1995-ci illərdə dövlət çevirilişlərinə cəhdlərin qarşısının da qətiyyətlə alındığını diqqətə çatdırıb.
Onu da bildirib ki, Ulu Öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursu ölkə başçısı İlham Əliyevin uğurla davam etdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən bir dövlətinə çevrilib. Eyni zamanda dövlətimizin daha da güclənməsində, xalqımızın rifahının daha da yaxşılaşmasında Heydər Əliyev Fondunun rəhbəri, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın əvəzolunmaz xidmətlərindən danışıb.
Sonda YAP Nəsimi rayon təşkilatının yaradılmasında və fəaliyyətində xidmətləri olmuş bir qrup şəxsə təşəkkürnamə və partiya biletləri və hədiyyələr təqdim olunub.
Daha sonra təltif edilən Partiya gənc fəal üzv Nigar Hidayətzadə çıxış edərək göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45

