Şirvanlılar YAP-ın namizədinə səs verəcək
22.08.2024 [16:52]
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 51 saylı Şirvan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Heydər Əsədovun seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov YAP-ın qarşıdan gələn parlament seçkilərinə yüksək səviyyədə hazırlaşdığını diqqətə çatdırıb. Bildirib ki, budəfəki parlament seçkiləri, həm də bütün suveren ərazilərimizdə keçirilməsi ilə əlamətdardır.
O, deputatlığa namizəd Heydər Əsədov haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd Heydər Əsədov Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident, YAP Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edib. O, bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə köklü islahatlar həyata keçirilib, tarixi nailiyyətlərə imza atılıb: “Azərbaycanın dinamik inkişafı əhalinin gəlirlərinin artmasına, rifahının yaxşılaşmasına müsbət təsir göstərib. Son illərdə bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də köklü islahatlar aparılıb”.
Görüş iştirakçılarından Pərviz Rüstəmov, Murad Rəhimzadə, Nigar Nadirli, Həbibə Zeynalova, Nərmin Etibarlı, Akif Saqiyev və Sevinc Ələkbərova çıxış edərək bildiriblər ki, YAP ümumxalq və qələbələr partiyası kimi yüksək nüfuza malikdir. Vurğulanıb ki, sentyabrın 1-də keçiriləcək parlament seçkilərində də YAP-ın namizədləri inamlı qələbə qazanacaqlar.
Qeyd edək ki, deputatlığa namizəd Heydər Əsədov M.Ə.Rəsulzadə küçəsində məhəllə görüşü də keçirib. Görüşdə seçicilərin müraciətləri dinlənilib, YAP tərəfindən hazırlanmış maarifləndirici təbliğat materialları paylanılıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

