Azərbaycanın etibarlı tərəfdaş kimi rolu güclənir
15.11.2024 [17:31]
Gündüz Bayramov,
YAP Samux rayon təşkilatının sədri
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox mühüm tarixi uğurlar qazanıb. Bu uğurlar Azərbaycanı bütün dünyaya tanıdıb. Bu illər ərzində ölkəmiz beynəlxalq və regional əhəmiyyətli çoxsaylı tədbirlərə evsahibliyi edib. Artıq ölkəmiz belə mühüm tədbirlərin təşkili və keçirilməsi ilə bağlı zəngin təcrübə toplayıb.
Tərəflər Konfransı 1992-ci ildə BMT-nin ilk iqlim müqaviləsini imzalayan və "iqlimə təhlükəli müdaxilə" ilə mübarizə aparmağı vəd edən 197 ölkəni özündə birləşdirir. Konfransa dünyada olan bütün ölkələr üzvdür və buna görə də əvvəl keçirilmiş COP tədbirləri ən çox dünya liderlərini bir araya gətirən toplantılar kimi tarixə düşüb. Tədbirin Azərbaycanda keçirilməsi isə onun bu istiqamətdə daha da tanınmasına və beynəlxalq mövqeyinin möhkəmlənməsinə böyük töhfə verəcək.
İlk COP 1995-ci ildə Almaniyanın paytaxtı Berlində keçirilib. Sessiyaya BMT-nin beş regional qrupu növbə ilə evsahibliyi edir və hər dəfə bu qrupa aid olan müxtəlif ölkələr ev sahibi olaraq seçilir. Bu il isə növbə Şərqi Avropa qrupunda idi. Azərbaycan Şərqi Avropa ölkələrinin yekdil dəstəyi ilə Tərəflər Konfransının 29-cu sessiyasının ev sahibi olaraq seçildi. Azərbaycanın bu mühüm tədbirə ev sahibi seçilməsi təsadüfi deyil. Dünyanın əsas siyasi və iqtisadi güc mərkəzlərindən olan Avropaya daxil olan ölkələrin Azərbaycanı dəstəkləməsi ilk növbədə ciddi diplomatik uğurdur.
Bu gün Azərbaycan dünyanın ən mötəbər tədbiri olan COP29-u yüksək səviyyədə təşkil edib. Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin fəal rolunun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir. COP29 Azərbaycan üçün həm də davamlı inkişaf strategiyamızın bir hissəsi və iqlim dəyişikliyi ilə mübarizədə lider ölkələrdən biri olmaq üçün bir platformadır. Azərbaycan bu tədbir vasitəsilə iqlim dəyişikliyi ilə mübarizədə fəal rol oynadığını bir daha sübuta yetirir.
COP29-un Liderlər Sammitinin açılışı mərasimində çıxış edən Prezident İlham Əliyevin dediyi kimi, 200 ölkənin yekdil qərarı ilə COP29-a ev sahibliyi etmək səlahiyyətinin Azərbaycana verilməsi ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsidir. Şimal ilə Cənubun, Qərb ilə Şərqin qovşağında yerləşən ölkə kimi Azərbaycan geostrateji əhəmiyyətə malikdir. Ölkəmiz təkcə coğrafi baxımdan deyil, dünyanın müxtəlif ölkələri arasında mədəni, enerji, ticari və nəqliyyat körpülərin yaradılması baxımından da böyük önəmə sahibdir. Eləcə də, Azərbaycanın həyata keçirdiyi nəhəng enerji və nəqliyyat layihələri Avrasiyanın enerji təhlükəsizliyini təmin edir, eləcə də, çoxtərəfli əməkdaşlıq formatları yaradır. Bütün bunlar Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi rolunu gücləndirir.
COP29-un Bakıda keçirilməsi qərarı həm də Azərbaycanın "yaşıl enerji" siyasətinə qlobal dəstəyi ifadə edir. Tədbir çərçivəsində Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafı, "yaşıl enerji"yə keçid və iqlim dəyişiklikləri ilə mübarizədə qarşısına qoyduğu məqsədlər və bu istiqamətdə gördüyü tədbirlər daha böyük auditoriyanın diqqətinə çatdırılır. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycanın bərpaolunan enerjidə texniki potensialı quruda 135 giqavat, dənizdə isə 157 giqavat təşkil edir. 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsi planlaşdırılır. Eyni zamanda, Avropaya yaşıl enerjini ixrac etmək üçün Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsi layihəsi üzrə işlər davam etdirilir. Bundan başqa, Naxçıvanın, Qarabağ və Şərqi Zəngəzur regionlarının yaşıl enerji zonaları elan edilməsi ölkəmizin yaşıl gündəliyinin perspektivindən xəbər verir. Bütün bunlar Azərbaycanın qlobal iqlim dəyişiklikləri ilə mübarizədə mühüm rol oynadığını təsdiqləyir.
Bəzi Qərb dairələri Azərbaycanın neft-qaz ölkəsi kimi ekologiyaya ziyan vurduğunu iddia edirlər.Əslində belə iddiaların heç bir əsası yoxdur. Zəngin təbii sərvətlərə malik olduğuna görə Azərbaycanın hədəfə götürülməsi qərəz və riyakarlıqdan başqa bir şey deyil. Prezident İlham Əliyev çıxışı zamanı həmin dairələrə tutarlı cavab verdi. Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18

