Ölkəmiz kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir
20.11.2024 [16:28]
Sahib Şükürov,
YAP Göyçay rayon təşkilatının sədri
Dövlət başçısı İlham Əliyev COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxış edərək bir çox mühüm məqamlara toxundu, mövcud reallıqları dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətləri yeni, daha yüksək səviyyəyə qalxıb. “Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər”- deyən Dövlətimizin başçısı iqlim dəyişmələrinin hər bir ölkəyə, o cümlədən Azərbaycana da təsir göstərdiyini vurğuladı.
Ölkə başçısı Azərbaycanın hər zaman kiçik ada dövlətlərinə dəstək nümayiş etdirdiyini, fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərdiyini, su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək verdiyini diqqətə çatdırıb. Cənab Prezident həmçinin əlavə edib ki, Azərbaycan Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib.
Prezident İlham Əliyevin çıxışında Baham adaları, Tonqa və Tuvalu ilə əməkdaşlıqdan da bəhs edib. Bu ilin mayında COP-la bağlı planlarını müzakirə etmək üçün bu ölkələrin rəhbərləri Azərbaycana səfər etdiklərini bildirib. “Qəbul olunmuş Bakı Kommünikesində COP29-da mənalı nəticələrin əldə olunmasına çağırış edilir və əlçatan iqlim maliyyəsinin vacibliyi qeyd olunur. Bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunmuşdur. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır. Bu yay Azərbaycan Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzaladı”- deyə ölkə başçısı qeyd edib.
Fransa Polineziyası və Yeni Kaledoniyada dekolonizasiya problemləri ilə bağlı məsələ Prezident İlham Əliyevin çıxışında yer verdiyi məqamlardan biri idi. “Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır”- deyən ölkə başçısı həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulduğunu vurğulayıb. Dövlətimizin başçısı Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqlarının, bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkdiklərini diqqətə çatdırıb.
Prezident İlham Əliyev 1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşdiyini bildirib. Ölkə başçısı Fransanın orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıdığını, radiasiya səviyyəsi 4900 faizi keçdiyini vurğulayıb. “Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir.”- deyən ölkə başçısı əlavə olaraq onu da qeyd edib ki, bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Cənab Prezident bütün bunlara baxmayaraq Fransanın nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənilmədiyini təəssüflə qeyd edib. Dövlətimizin başçısı bunun siyasi riyakarlıq olduğunu siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşdüklərini bildirib. Prezident İlham Əliyev çıxışında Fransadakı bütün siyası məhbuslara dərhal azadlıq tələb edib.
Beləliklə, Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində Prezident İlham Əliyevin qətiyyətli çıxşı bir daha nümayiş etdirdi ki, Azərbaycan müstəqil dövlətdir və heç bir siyasi qüvvədən, heç bir təşkilatdan çəkinmədən tam müstəqil siyasət həyata keçirir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

