Azərbaycan güclü iqtisadiyyatı olan qalib dövlətdir
15.01.2025 [17:44]
Rövlan Heydərov,
YAP Naftalan şəhər təşkilatının sədri
Ölkə başçımız cənab İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə ictimaiyyəti maraqlandıran bir çox məqamlara aydınlıq gətirdi. Dövlətimizin başçısı Azərbaycanın prioritet sahələrdə qazandığı nailiyyətlər, icra olunan layihələr haqqında geniş əhatəli məlumat verməklə yanaşı, qarşıda duran hədəflərlə əlaqədar prioritet istiqamətləri də ölkə ictimaiyyətinin diqqətinə çatdırdı.
Azərbaycan Prezidenti, həmçinin Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıq etdi: “Dövlətimizin başçısı ölkəmizin yeni mərhələdə regionda sülhün və təhlükəsizliyin təmin olunması ilə əlaqədar prinsipial mövqedə olduğunu ifadə etdi. Bildirdi ki, Ermənistan, ilk növbədə, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın tələblərini yerinə yetirməli, bütün təxribat cəhdlərindən imtina edərək konstruktiv siyasət həyata keçirməlidir. Ancaq görünür ki, Ermənistan 2020-ci və ondan sonra 2023-cü illərdəki hərbi məğlubiyyətlərindən dərs çıxarmayıb. Azərbaycan tərəfi humanistlik göstərərək dəfələrlə beynəlxalq tribunalardan da bəyan edib ki, biz artıq müharibə səhifəsini bağlamaq istəyirik, sülh istəyirik. Ancaq görürük ki, Ermənistan və onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir. Ermənistan rəhbərliyi ağlını başına yığmalı, Azərbaycan liderinin tələblərini təcili şəkildə yerinə yetirməlidir. Əks təqdirdə, məsuliyyəti Ermənistan tərəfi daşıyacaq. Prezident İlham Əliyevin də söylədiyi kimi, “biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik”.
Dövlət başçımız müsahibə zamanı Qarabağda və Şərqi Zəngəzurda 2025-ci ildə həyata keçiriləcək layihələr, planlar barədə də geniş məlumat verdi: “Ötən illərdə olduğu kimi bu il də işğaldan azad edilmiş ərazilərdə tikinti-bərpa işlərinin sürətləndiriməsi prioritet vəzifə kimi dövlətimizin diqqət mərkəzində saxlanılacaq. Bu məqsədlə cari ildə ən azı 4 milyard manat ayrılacaq. Bildiyiniz kimi, üç il ərzində 10 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlər qaytarılıb və bu proses 2025-ci ildə də davam etdiriləcək. Belə ki, cari ildə daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünlərin qaytarılması nəzərdə tutulur. Hazırda həmin şəhər və kəndlərdə inşaat işləri gedir, layihələr icra olunur. Bu işlər yekunlaşdıqdan sonra isə ilin sonuna kimi 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar. Bunları nəzərə alaraq, cari ili Böyük Qayıdışın növbəti mərhələsi də adlandırmaq olar”.
Azərbaycanda ümumi iqtisadi artımın əsas hissəsinin neft strategiyasının uğurlu nəticələri hesabına təmin olunmasına baxmayaraq son illər qeyri-neft sektorunda da xüsusi fəallıq nəzərə çarpır. Bu da Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin məntiqi nəticəsidir.
Qeyd edək ki, 2010-cu ildə respublikamızın qeyri-neft sektorunda 18,4 milyon manatlıq məhsul istehsal olunduğu halda, çoxsaylı mənfi şokların təsiri ilə mübarizə aparan qlobal iqtisadiyyatın həssas olduğu indiki dövr¬də qeyri-neft-qaz sənayesində artım neft–qaz sənayesindəki artımı üstələyib.
Hazırkı qlobal iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 4 faiz, qeyri-neft sektoru 6 faizdən çox, o cümlədən qeyri-neft sənayesi isə 7 faizdən çox artıb və hazırkı müsbət dinamikanın növbəti illərdə də davam edəcəyi gözlənilir. Bu isə onu göstərir ki, artıq özünü dünyada etibarlı neft-qaz tədarükçüsü kimi sübut edən Azərbaycan, həmçinin qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atır, yaşıl iqtisadiyyatı inkişaf etdirməklə bu sektorda da etibarlı tərəfdaş olmaq niyyətindədir. Təsadüfi deyil ki, bu gün “ACWA Power”, “Masdar” kimi aparıcı şirkətlər Azərbaycanda mühüm yaşıl enerji layihələri həyata keçirirlər və öz bizneslərini ölkəmizdə daha da genişləndirmək niyyətlərini ifadə edirlər.
Möhtəşəm tədbirə ev sahibliyi etmiş heç bir ölkə bu dərəcədə müqavimətə rast gəlməmişdir. Lakin biz bunun da öhdəsindən gələ bildik. Boykot uğursuz oldu. Baxmayaraq ki, siz də qeyd etdiyiniz kimi, bəzi ölkələr, xüsusilə də Fransa əlindən gələni edirdi ki, tədbiri gözdən salsın. Həmkarlarımdan aldığım məlumata görə, Fransa prezidenti şəxsən onlara zəng edərək Bakıya getməməyi tövsiyə edirmiş. Yəni, liderlərin buraya səfər etmələrinin qarşısını almaq üçün hətta belə vasitəyə də əl atılmışdır. Lakin bu da uğursuz oldu. Səksən dövlət və hökumət başçısı Bakıya səfərə gəldi və bu, bir daha Azərbaycanın etibarlı tərəfdaş olduğunu nümayiş etdirdi. Avropa Komissiyasının Prezidentinin iştirak etməməsinə gəldikdə, bildiyimə görə bu, Avropa Komissiyasının Prezidentinin iştirak etmədiyi ilk COP oldu. Halbuki onun iştirakı bir neçə ay əvvəl artıq təsdiq edilmişdi. Hətta Avropa Komissiyasının təşəbbüsü əsasında Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya liderlərinin iştirakı ilə yaşıl kabel layihəsinə həsr edilmiş xüsusi sessiya da təşkil ediləcəkdi. Gərgin qrafikə baxmayaraq, biz bu sessiya üçün xüsusi vaxt tapa bildik. Buna baxmayaraq, səfər son anda təxirə salındı və bu, gözlənilməz oldu”. Onu da deməliyəm ki, müsahibədə çox ciddi məsələlərdən danışılıb. Bütövlükdə isə cənab Prezidentin bu müsahibəsi Azərbaycanın milli maraqlarını, iqtisadi və siyasi prioritetlərini aydın şəkildə ifadə edən strateji bir sənəd kimi qiymətləndiriləcək. Dövlət başçısının uzaqgörən liderliyi və prinsipial siyasəti ilə Azərbaycan regionda və dünyada nüfuzunu daha da artıracaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hər sahədə qazandığı uğurlar, xalqımızın gələcəyə olan inamını və qürurunu daha da gücləndirir.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

