Böyük imkanlar, geniş hədəflər
03.02.2025 [17:20]
Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Dövlət başçısının həyata keçirdiyi balanslaşdırılmış daxili və xarici siyasət Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarının qorunmasına və ölkəmizin demokratik inkişafına xidmət edir.
Azərbaycan bütün sahələrdə, o cümlədən nəqliyyat sektorunda mütərəqqi islahatlar dövrünə qədəm qoyub. “Biz bütün imkanlarımızdan istifadə edərək nəqliyyat sektorunu daha sürətlə inkişaf etdirəcəyik”, - deyən cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə müxtəlif istiqamətləri əhatə edən çoxsaylı proqramlar uğurla həyata keçirilib.
Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə bir sıra mühüm məqamlarla yadda qaldı. Dövlət başçısı müşavirədəki çıxışında bildirib ki, biz nəqliyyat məsələlərini həmişə diqqət mərkəzində saxlamışıq və son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər biz bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi.
Bütün ölkə üzrə son illər ərzində bir çox nəqliyyat layihələri icra edilmişdir. İllər keçdikcə indi əvvəlki vəziyyət yaddan çıxır. Ancaq əgər biz 20 il əvvələ nəzər salsaq görərik ki, o vaxt bizim yollarımız nə vəziyyətdə idi. Hətta Bakı şəhərinin əsas yolları faktiki olaraq heç bir standarta uyğun gəlmirdi.
Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşir. Adətən nəqliyyat mərkəzləri statusuna malik olan ölkələrin açıq dənizlərə çıxışı var. Bizim isə dünya okeanlarına çıxışımız yoxdur. Amma buna baxmayaraq, görülən işlər nəticəsində Azərbaycan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevrilib. İşlər davam edir, həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə indi əlavə tədbirlər görülür. Çünki vaxtilə hesablanmış yüklərin həcmi artıq onu göstərir ki, daha böyük həcmdə yüklər keçəcək. Bu, müxtəlif səbəblərə bağlı olan məsələdir.
Müşavirədə Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısının vacibliyindən söz açan Prezident İlham Əliyev Ermənistanın qeyri-real layihələrinin davamı olaraq son günlərdə “Sülh kəsişməsi” layihəsini ortaya atdığını qeyd edib.
Nəqliyyat məsələləri ilə bağlı müşavirə şəhər və regionlar arasında əlaqələrin gücləndirilməsi, sərnişin və yük daşımalarının optimallaşdırılması üçün mühüm bir addım olmuşdur. Bu cür tədbirlər nəqliyyat infrastrukturunun müasir standartlara uyğun inkişafını və effektiv idarə edilməsini təmin edəcəkdir. Yeni texnologiyaların tətbiqi və innovativ yanaşmalar sayəsində tıxacların azaldılması və nəqliyyatın daha təhlükəsiz olması mümkündür. İctimai nəqliyyatın təkmilləşdirilməsi və yeni nəqliyyat modellərinin tətbiqi əhalinin rahatlığını artıracaq, sərnişinlərin vaxt itkisinin qarşısını alacaqdır. Eyni zamanda, bu yanaşmalar şəhər iqtisadiyyatını canlandıracaq və daha dayanıqlı nəqliyyat sisteminin formalaşmasına şərait yaradacaqdır. Nəqliyyat sahəsində həyata keçirilən islahatlar gələcəkdə Bakı və digər şəhərlərin inkişafına böyük töhfə verəcəkdir.
Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23

