Azərbaycan və Somali: Diplomatik münasibətlərdə tarixi addım
17.02.2025 [17:16]
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Fevralın 12-də Bakıda Azərbaycan və Somali arasında diplomatik münasibətlərin möhkəmləndirilməsi istiqamətində mühüm bir addım atıldı. Somali Prezidenti Hasan Şeyx Mahmudun rəsmi səfəri çərçivəsində keçirilən görüşlər və imzalanmış sənədlər iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişafı üçün yeni perspektivlər açdı.
Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında bu tarixi səfərin əhəmiyyətini vurğuladı. İkitərəfli görüşlərdə bu dövlətlərin nümayəndə heyətləri qarşılıqlı maraq doğuran bir sıra mühüm məsələləri müzakirə etdilər. Regiondakı geosiyasi vəziyyət, qarşılıqlı dəstək prinsipləri, iqtisadi inkişaf və təhlükəsizlik sahəsində əməkdaşlıq əsas diqqət mərkəzində oldu.
Somali dövlət başçısının vurğuladığı kimi, ölkəsi kənd təsərrüfatı sahəsində böyük potensiala malikdir və bu sahədə Azərbaycanla əməkdaşlıq iqtisadi inkişaf baxımından hər iki tərəf üçün faydalı ola bilər. Görüşdə iqtisadi əlaqələrin gücləndirilməsi, xüsusilə kənd təsərrüfatı, infrastruktur və liman qurğularının inkişaf etdirilməsi məsələləri geniş şəkildə nəzərdən keçirildi. Bundan əvvəl Azərbaycan nümayəndə heyətinin Somaliyə həyata keçirdiyi səfər nəticəsində bu sahələrdə əməkdaşlıq üçün ilkin zəmin yaradılmışdı.
Azərbaycan və Somali arasında münasibətlərin vacib aspektlərindən biri də təhsil sahəsində əməkdaşlığın genişləndirilməsidir. Prezident İlham Əliyev qeyd etdi ki, artıq Somali tələbələri Azərbaycanda Heydər Əliyev adına təqaüd proqramı çərçivəsində təhsil alır və bu prosesin genişləndirilməsi nəzərdə tutulur. İlkin mərhələdə 10 tələbənin bu proqram çərçivəsində təhsil alması planlaşdırılır, lakin gələcəkdə bu sayın artırılması gözlənilir. Bu təşəbbüs Somali üçün yüksək ixtisaslı kadrların hazırlanmasına və ölkənin sosial-iqtisadi inkişafına töhfə verəcək.
Müdafiə sahəsində əməkdaşlıq görüşlərin əsas istiqamətlərindən biri olub. Azərbaycan Prezidenti bəyan etdi ki, ölkə müdafiə sənayesi sahəsində kifayət qədər güclü potensiala malikdir və istehsal etdiyi müdafiə avadanlıqları ilə bir sıra dövlətlərin əsas ixracatçılarından birinə çevrilib. Azərbaycan, həmçinin Somali ilə müdafiə sahəsində təlimlərin keçirilməsi, müdafiə avadanlıqlarının təchizatı və potensial olaraq birgə istehsal imkanlarını nəzərdən keçirir.
Görüşdə müzakirə olunan digər mühüm məsələlərdən biri dövlət xidmətlərinin təşkili ilə bağlı idi. Azərbaycan Prezidenti bildirdi ki, ASAN xidmət modeli bir çox beynəlxalq mükafatlara layiq görülüb və həmin xidmət insanların həyatını daha da asanlaşdırır. Somali nümayəndə heyətinin ASAN xidmətlə tanış olması və bu modeli öz ölkələrində tətbiq etmək imkanları da nəzərdən keçirilir.
İkitərəfli münasibətlərin mühüm aspektlərindən biri də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələsidir. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan və Somali BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birinə birmənalı şəkildə dəstək verəcək. Bu, hər iki ölkənin beynəlxalq arenada öz maraqlarını daha effektiv şəkildə qorumasına şərait yaradacaq.
Qarşıdakı dövrdə tərəflər arasında sərmayə, müdafiə, təhsil və dövlət xidmətləri sahələrində konkret layihələrin həyata keçirilməsi gözlənilir. Bu səfər təkcə iki ölkə arasında münasibətləri gücləndirməklə kifayətlənmir, eyni zamanda, Azərbaycanın Afrika ilə əməkdaşlıq siyasətində yeni istiqamətlərin formalaşmasına töhfə verir.
Xəbər lenti
Hamısına baxDünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16

