Bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət
24.02.2025 [17:59]
Etibar Hacıyev,
YAP Ağstafa rayon təşkilatının sədri
XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımından 33 il ötür. Hər il xalqımız bu faciəni böyük kədər hissi ilə anır, şəhidlərimizin ruhuna dualar oxuyur. Artıq beş ildir ki, Xocalı soyqırımının ildönümü fərqli şəkildə anılır. Çünki 30 il işğal altında qalan, ermənilər tərəfindən tamamilə dağıdılıb yerlə-yeksan olan torpaqlarımız tarixi sahibinə qovuşub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Ermənistanın işğalçılıq siyasətinə son qoydu. 200 ildən artıq müddətdə xalqımıza qarşı düşmənçilik siyasəti yeridən qəddar Ermənistan silahlı birləşmələri diz çökdü. Xocalı soyqırımı qurbanlarının, həmçinin bütün şəhidlərimizin qisası alındı.
2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun gücü, qüdrəti sayəsində tarixi Zəfərimizlə başa çatdı. Azərbaycan Ordusunun qarşısında aciz qalan Ermənistanın siyasi və hərbi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur oldu. Tarixi Zəfərimizdən üç il sonra Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü ilin 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xocalıda, Xankəndidə, Ağdərədə, Xocavənddə ucaltdı. Cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərləri sırasında Xocalı və Xankəndinin də yer alması hər birimizi qürurlandırır.
Təbii ki, bu gün bu qüruru yaşamaqla yanaşı, həqiqətlərimizin təbliği istiqamətində səylərimizi də artırırıq. Ermənilərin tarixin ayrı-ayrı dövrlərində himayədarlarının dəstəyi ilə törətdikləri soyqırımı və deportasiya siyasətini əsaslı şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaq hər zaman qarşımızda dayanan əsas vəzifələrdəndir.
Xocalı faciəsi erməni silahlı birləşmələrinin ölkəmizə təcavüzünün kuliminasiya nöqtəsi idi. Erməni faşistlər aylarla mühasirədə saxladıqları bu dinc şəhəri öz havadarları ilə birgə bir gecənin içində yerlə-yeksan etdilər. Dinc əhaliyə amansızlıqla divan tutuldu, 613 nəfər qətlə yetirildi, 1275 nəfər girov götürüldü, 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insandır. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanlar diri-diri yandırılıb, onlara ağlasığmaz işgəncələr verilib. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Xocalı faciəsinin soyqırımı kimi tanıdılması yönümündə atılan addımların miqyasının genişliyi göz önündədir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin Xocalı soyqırımının müzakirəsinə həsr olunmuş xüsusi iclası keçirilib, hər il fevralın 26-sının “Xocalılıların soyqırımı günü” kimi qeyd olunması barədə qərar qəbul edilib. Həmçinin Ümummilli Lider 1997-ci ildə hər il fevralın 26-sı saat 17.00-da Azərbaycanın bütün ərazisində “Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilməsi haqqında”, 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanlar imzalayıb. Son 21 ildən artıq dövrdə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yönümündə addımları davamlılığı ilə diqqətdədir. Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsinin ümumxalq yürüşü ilə yad edilməsi onu göstərir ki, ermənilərin həyata keçirdikləri bu dəhşətli qətliam xalqımızın yaddaşından heç vaxt silinməyəcək.
Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanıdılmasında Heydər Əliyev Fondunun xidmətləri də böyükdür. Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, həmçinin Fondun vitse-prezidenti Leyla Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir. Xocalı həqiqətlərinin təbliğində Leyla Əliyevanın 2008-ci ildə irəli sürdüyü “Xocalıya ədalət!” beynəlxalq kampaniyanın mühüm rolu olub. Dövlətimizin Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində apardığı sistemli işlərin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 20-dən çox ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qətiyyətlə pisləyiblər.
2024-cü il fevralın 26-da Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoydu, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Həmin il mayın 28-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış oldular, Xocalı şəhərinə köçən sakinlərlə görüşdülər. Bu il fevralın 19-da isə dövlət başçısı İlham Əliyev Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış oldu, sonra kəndə köçən bir qrup sakinlə görüşdü. Prezident İlham Əliyev sakinlərlə görüşdəki çıxışında bir daha bildirdi ki, Vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmaq dövlətimizin borcudur: “Mənim də Prezident kimi əsas borcum bu gün bundan ibarətdir. İşğala son qoyduq, 2023-cü ildə antiterror əməliyyatı nəticəsində bu bölgəni də işğaldan azad etdik. Ballıca və yüzlərlə digər yaşayış məntəqəsi artıq işğalçılardan tam azad olunmuşdur və indi həyatı bərpa edirik. Yəni, hər şeyi mərhələli yollarla edirik, öz gücümüzlə, bizə heç kim kömək etmir. Ancaq öz imkanlarımız daxilində, öz gücümüzə arxalanaraq, Azərbaycan xalqının imkanlarına arxalanaraq, dövlət hesabına bütün bərpa-quruculuq işləri aparılır, özü də qısa müddət ərzində”.
Xəbər lenti
Hamısına baxDünya
08 Dekabr 11:53
Gündəm
08 Dekabr 11:31
Siyasət
08 Dekabr 11:22
Dünya
08 Dekabr 11:19
Elanlar
08 Dekabr 11:14
İqtisadiyyat
08 Dekabr 11:12
Dünya
08 Dekabr 10:48
Dünya
08 Dekabr 10:20
Sosial
08 Dekabr 10:10
Dünya
08 Dekabr 09:34
Dünya
08 Dekabr 09:16
Dünya
08 Dekabr 08:49
Dünya
08 Dekabr 08:25
Dünya
08 Dekabr 07:52
Sosial
08 Dekabr 07:18
Dünya
08 Dekabr 07:14
Sosial
07 Dekabr 23:18
Sosial
07 Dekabr 22:31
İdman
07 Dekabr 22:30
Hadisə
07 Dekabr 22:25
İdman
07 Dekabr 21:43
Siyasət
07 Dekabr 20:34
Sosial
07 Dekabr 20:33
Hadisə
07 Dekabr 20:33
Dünya
07 Dekabr 19:21
Dünya
07 Dekabr 18:11
Sosial
07 Dekabr 17:03
Sosial
07 Dekabr 16:31
Dünya
07 Dekabr 15:26
Dünya
07 Dekabr 14:30
Dünya
07 Dekabr 13:41
Gündəm
07 Dekabr 13:37
Dünya
07 Dekabr 12:37
Dünya
07 Dekabr 11:20
Hadisə
07 Dekabr 10:49
Siyasət
07 Dekabr 09:23
İdman
07 Dekabr 08:46
Dünya
06 Dekabr 23:16
Dünya
06 Dekabr 22:35
Dünya
06 Dekabr 21:23
Sosial
06 Dekabr 20:45
Dünya
06 Dekabr 19:14
Hadisə
06 Dekabr 18:31
Gündəm
06 Dekabr 17:56
Sosial
06 Dekabr 17:40
Gündəm
06 Dekabr 17:28
Hadisə
06 Dekabr 16:29
Dünya
06 Dekabr 15:32
Dünya
06 Dekabr 14:20
Dünya
06 Dekabr 13:39
Dünya
06 Dekabr 13:11
Dünya
06 Dekabr 12:41
Dünya
06 Dekabr 12:17
Siyasət
06 Dekabr 11:52
Gündəm
06 Dekabr 11:45
İqtisadiyyat
06 Dekabr 11:28
Siyasət
06 Dekabr 11:14
İqtisadiyyat
06 Dekabr 10:58
Siyasət
06 Dekabr 10:35
MEDİA
06 Dekabr 10:12
Analitik
06 Dekabr 09:53
Gündəm
06 Dekabr 09:44
Ədəbiyyat
06 Dekabr 09:30
Yeni texnologiyalar
06 Dekabr 09:15
Ədəbiyyat
06 Dekabr 08:59
Sosial
06 Dekabr 08:32
Gündəm
06 Dekabr 08:14
Dünya
06 Dekabr 07:23
Siyasət
05 Dekabr 23:44
İdman
05 Dekabr 23:21

