“Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda tədbir keçirilib
04.03.2025 [17:12]
Martın 4-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda tədbir keçirilib.
Əvvəlcə YAP Yasamal rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, hər bir xalqın vahid məram və məqsəd ətrafında birləşərək inkişaf yolunu düzgün müəyyənləşdirməsi milli ideologiya ilə sıx bağlıdır: “Azərbaycançılıq müstəqil Azərbaycan dövlətinin və xalqımızın milli ideologiyasıdır. Azərbaycançılıq məfkurəsinin əsasında Azərbaycanı özünə Vətən sayan bütün xalqların bərabərliyi ideyası dayanır. Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası vaxtilə dövlətimizə qarşı müxtəlif istiqamətlərdən yönələn təhdidlərin qarşısının alınmasında mühüm amil olub. Bu gün azərbaycançılıq milli dövlət ideologiyası kimi Konstitusiya əsaslarına söykənən, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir”.
Çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev azərbaycançılıq ideologiyasının müəllifidir: “Ulu Öndər hələ sovet dövründə Azərbaycana rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışıb. Ümummilli Liderimiz 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu ideologiyanı daha da gücləndirdi”.
A.Rəhimzadə deyib ki, Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, tolerantlığın bərqərar olduğu ölkədir. Burada hər bir xalqın nümayəndəsinə bərabər münasibət göstərilir. “Ona görə də Azərbaycan vətəndaşları azərbaycançılıq ideyası ətrafında birləşib. Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası ictimai-siyasi proseslərə, xüsusilə dövlət quruculuğuna da öz müsbət təsirini göstərir”, - deyə YAP Veteranlar Şurasının sədri söyləyib.
Bakı Dövlət Universitetinin (BDU) professoru, tarix elmləri doktoru Nuru Məmmədov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasını dövlətçilik ideologiyası səviyyəsinə yüksəldib. Azərbaycançılığın xalqımızın milli-tarixi sərvəti olduğunu deyən N.Məmmədovun sözlərinə görə, bu, ilk növbədə, vahid və bölünməz Azərbaycanın qorunub saxlanılması və möhkəmləndirilməsinin siyasi-ideoloji əsasıdır. Azərbaycançılığın mahiyyətini müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların üzvi şəkildə vəhdəti təşkil edir: “Azərbaycançılıq ideologiyası Azərbaycanın ərazisində yaşayanların həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya həm də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsini, ölkəmizin güclənməsini istəyən insanları birləşdirir. Ona görə də bu məfkurə dünyada yaşayan bütün azərbaycanlıları öz ətrafında cəmləşdirir”.
Çıxış edən YAP Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova da azərbaycançılıq məfkurəsinin önəmindən bəhs edib. O deyib ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası milli-mənəvi dəyərlərin qorunması və təbliği baxımından müstəsna əhəmiyyət kəsb edir: “Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Biz bundan sonra da milli-mənəvi dəyərlərimizi qoruyaraq, adət-ənənələrimizi daim yaşadaraq azərbaycançılıq məfkurəsini qorumalıyıq”.
Sonra tədbir interaktiv formada davam edib, gənclərin sualları cavablandırılıb.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48

