Xəzər rayonunda ümumrayon Novruz şənliyi keçirilib
19.03.2025 [15:44]
18 mart 2025-ci il tarixində Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda möhtəşəm “Bahar Sədası” Novruz şənliyi keçirilib. Xəzər Rayon İcra Hakimiyyətinin və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkil etdiyi tədbir baharın gəlişini qeyd edənlər üçün unudulmaz anlar yaşadıb.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirin açılışında Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud və YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdığını, Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun doğma torpaqlarımızı işğaldan azad etdiyini və artıq həmin ərazilərdə də Novruz bayramının qeyd edildiyini vurğulayaraq tədbir iştirakçılarını, xüsusilə də şəhid ailələrini, qazilərimizi əlamətdar Novruz bayramı münasibətilə təbrik edib.
Tədbir zamanı çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Elçin Mansurovun anası Məleykə xanım Məcidova dövlətin onlara yaratdığı hərtərəfli şəraitə, ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Şənliyə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Bakı Baş Mədəniyyət İdarəsinin müəssisələri və peşə məktəbləri də qoşulub. Gün boyunca peşə məktəblərinin nümayəndələri öz bacarıqlarını sərgiləyib, sənətkarlar bazarında əl işləri təqdim olunub, açıq səma altında yerləşən Arxeoloji-Etnoqrafik Muzey Kompleksində dulusçuluq, xalçaçılıq, daşoyma kimi qədim sənət nümunələri nümayiş olunub.
Qala qoruğunun meydançasında qurulmuş səhnədə tanınmış xalq artistlərinin rəngarəng musiqi nömrələri, rəqs qruplarının, nağara ansambllarının, qarmon ifaçılarının çıxışları könülləri oxşayıb.
Qonaqlar üçün milli boyama dərsləri, taxıl pannosu, amulet və talisman hazırlanması, parçadan kuklalar, kətan üzərində rəsm çəkmə, kukla teatrı və kitab məclisi kimi maraqlı ustad dərsləri təşkil olunub. Hər kəs öz yaradıcılığını sınayaraq Novruzun ruhunu hiss edib. Şənlik boyu qonaqlar milli şirniyyatların hazırlanmasını izləyib dadına baxıb, ustaların məharətlə hazırladığı ləziz təamları nuş edib, musiqi və rəqs nömrələrindən zövq alıblar. Meydanı bəzəyən tonqalların alovu, xalq oyunlarının şən səsləri və rəngarəng tədbirlər Novruzun əsl ruhunu yaşadıb. Baharın gəlişi hər kəsin çöhrəsindəki təbəssümdə, meydanı bürüyən xoş əhval-ruhiyyədə öz əksini tapıb.
Bundan başqa milli şirniyyatların hazırlanmasını izləyərək, ustaların hazırladığı ləziz təamları dadaraq musiqi və rəqs nömrələrini izləmək, novruz ənənələrinin canlandırıldığı şənlikdə meydanı bəzəyən tonqallar, xalq oyunları və rəngarəng tədbirlər hər kəsə bayram sevincini yaşadıb.
Xəbər lenti
Hamısına baxDünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16

