/ / Şəmkir rayonunda “İşıqlı və humanist peşənin siması - Zərifə Əliyeva” mövzusunda elmi-praktik konfrans keçirildi
Şəmkir rayonunda “İşıqlı və humanist peşənin siması - Zərifə Əliyeva” mövzusunda elmi-praktik konfrans keçirildi
28.04.2025 [18:16]
Şəmkir rayonunda görkəmli oftalmoloq, ictimai xadim, akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyi münasibəti “İşıqlı və humanist peşənin siması - Zərifə Əliyeva” mövzusunda elmi-praktik konfrans keçirildi.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Süleyman Zeynallı, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, RİH başçısının müavini Aynur Abdullayeva, RİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, səhiyyə müəssisələrinin rəhbərləri və partiya fəalları iştirak etdilər.
YAP Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbirdə öncə Ümummilli lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Süleyman Zeynallı açılış nitqi ilə çıxış edərək müstəsna xidmətləri ilə əbədilik qazanan Zərifə xanım Əliyevanın mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi haqda geniş məruzə edib. S.Zeynallı qeyd edib ki, bu gün Azərbaycanda tibb sahəsinin inkişafına mühüm töhfələr vermiş, minlərlər insana nur bəxş etmiş, əməkdar elm xadimi Zərifə xanım Əliyevanın işığına toplaşmışıq. Təkcə Azərbaycanın deyil, dünya tibb elminə öz töhfələrini verən, akademik Zərifə xanım Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıtmışdır. Zərifə xanım Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olmuşdur. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə xanım Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Zərifə xanım bu mükafata layiq görülmüş ilk azərbaycanlı qadın olmuşdur.
Çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirdi ki, çoxşaxəli, gərgin fəaliyyətinə baxmayaraq, Zərifə xanım Əliyeva həmişə qadın incəliyini və zərifliyini qoruyub saxlaya bilib, özünün parlaq şəxsiyyətində əsl Azərbaycan xanımının keyfiyyətlərini yaşadırdı. Bütün bunlarla yanaşı, Zərifə xanım Əliyeva qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, yüksək mənəviyyat sahibi olmuşdur. Azərbaycanın Ümummilli lideri Heydər Əliyev həyatda qazandığı böyük uğurlarda Zərifə xanımın diqqət və qayğısının mühüm əhəmiyyətini yüksək qiymətləndirirdi. Bu iki parlaq şəxsiyyətin ailə həyatı bütün cəmiyyət üçün nümunə idi. Ümummillli Lider Heydər Əliyevin ömür gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olmuşdur. Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Ancaq bu adlar sırasında ən şərəflisi Ana adıdır. Ulu öndərin əsasını qoyduğu quruculuq işləri və Zərifə xanımın çoxşaxəli hümanitar missiyası bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Daha sonra çıxış edən Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva bildirdi ki, akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin, xüsusilə oftalmologiyanın inkişafına əhəmiyyətli töhfələr vermişdir.
Sonda çıxış edən Mərkəzi Xəstəxanasının həkimləri Aftomoloq İnci Cahangirova, Roza Orucova, Şahin Rzayev öz çıxışlarında qeyd etmişdirlər ki, Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir.
Tədbirdə Zərifə Əliyevanın ömür yolunu və zəngin elmi yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirildi.
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15

