Balanslı siyasət modeli
01.05.2025 [20:15]
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri
2025-ci il aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinin nüfuzlu CGTN telekanalına geniş müsahibəsi Azərbaycan-Çin münasibətlərinin tarixi inkişaf mərhələsindən, hazırkı səviyyəsindən və gələcək perspektivlərindən bəhs etməklə yanaşı, iki ölkə arasında strateji əməkdaşlığın dərinləşdiyini bir daha nümayiş etdirdi.
İki ölkə arasında 2024-cü ilin iyul ayında imzalanan Strateji Tərəfdaşlıq Haqqında Bəyannamə Azərbaycan-Çin münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəltdi .“Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanat”ın imzalanması isə əlaqələrin daha yüksək səviyyəyə çatdığını göstərir. Bu sənədlər iki ölkə arasında münasibətlərin yalnız iqtisadi deyil, siyasi, enerji, mədəniyyət və təhsil sahələrində də dərinləşməsinin əsasını qoyub.
Cənab Prezident müsahibədə Azərbaycanın “Vahid Çin” siyasətinə birmənalı dəstəyini xüsusi vurğuladı. Azərbaycan beynəlxalq hüquqa əsaslanan bu mövqeyi müdafiə etməklə Çinlə münasibətlərdə dürüstlük və qarşılıqlı inam prinsipinə əsaslanır. Azərbaycan Tayvanda keçirilən qeyri-qanuni seçkiləri açıq şəkildə pisləyən ilk ölkələrdən biri kimi çıxış edərək öz prinsipial və ardıcıl mövqeyini ortaya qoydu.
Çin rəhbəri Si Cinpinin Prezident İlham Əliyevi “Çinin yaxın dostu” adlandırması təkcə şəxsi münasibətin deyil, eyni zamanda yüksək səviyyəli strateji etimadın göstəricisidir. Azərbaycan-Çin əməkdaşlığının ən perspektivli istiqamətlərindən biri bərpaolunan enerji sahəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin CGTN telekanalına verdiyi müsahibədə qeyd etdiyi kimi, 2030-cu ilə qədər Azərbaycan 6500 meqavat gücündə yaşıl enerji istehsalını hədəfləyir. Bu rəqəm ölkənin mövcud 8000 meqavatlıq enerji tutumu ilə müqayisədə əhəmiyyətli artım deməkdir və faktiki olaraq elektrik enerjisi istehsalının ikiqat artırılmasını nəzərdə tutur.
Çin şirkətləri bu prosesdə həm texnoloji tərəfdaş, həm də podratçı kimi mühüm rol oynayır. Bu əməkdaşlıq çərçivəsində xüsusilə günəş və külək enerjisi layihələri önə çıxır – 6000 meqavatlıq güc bu sahələrdən əldə olunacaq, əlavə 500 meqavat isə hidroelektrik potensialdan təmin ediləcəkdir. Azərbaycanın yaşıl enerji strategiyası yalnız daxili enerji tələbatını ödəməyə deyil, eyni zamanda təbii qaz istehlakının azalması fonunda qazın ixrac potensialının genişləndirilməsinə xidmət edir. Bu model ölkənin həm ekoloji dayanıqlığını artırır, həm də iqtisadi mənfəət gətirir.
Cənab Prezident İlham Əliyevin CGTN telekanalına verdiyi müsahibə Azərbaycan diplomatiyasının strateji baxışlarını və geosiyasi yönlərini aydın şəkildə ortaya qoydu. Çinlə münasibətlər çərçivəsində formalaşan çoxşaxəli əməkdaşlıq nümunəsi göstərir ki, Azərbaycan müasir dünyada balanslı və çoxtərəfli xarici siyasət modeli ilə milli maraqlarını qoruya və regional əməkdaşlığa töhfə verə bilir. Bu yanaşma həm daxili sabitlik, həm də beynəlxalq nüfuz baxımından Azərbaycanın gələcək uğurlarının təməlini təşkil edir.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

